www.mlspp.gov.az
Azərbaycanca   English 27.05.2017 - year
Xəbər lenti

Event on World Day for safety and health at work was held at the Ministry of Labour and Social Protection of Population                    Training seminars on "Prevention of domestic violence" were held

Activity and Services / Providing Sanatorium Vouchers

Sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat

     Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında sanatoriya-kurort putyovkaları (yollayışları) verilir. İmtiyazlı şəxslər sanatoriya-kurort putyovkaları (yollayışları) almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə aşağıdaki qeyd olunan sənədləri təqdim etməlidirlər. 

- ərizə;
- işləmədikləri barədə arayış;
- əlil və ya şəhid ailəsi olduğunu göstərən vəsiqələrin surəti və ya imtiyazlı şəxs olduğunu sübut edən müvafiq sənəd; 
- həkimdən sanator-kurort arayışı; 
- şəxsiyyət vəsiqəsinin surəti;

     Sanator-kurort putyofkasından istifadə edən şəxs müalicəsini qurtardiqdan sonra istifadə etdiyi putyovkanin (yollayışın) «geriyə qaytarılan talon» hissəsini putyovkani verən rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (Nazirliyə) təqdim etməlidir.

Video archive
Photo archive
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda
© 2011. The official information source of the Ministry of Labor and Social Protection of Population of the Republic of Azerbaijan.
All rights reserved.