www.mlspp.gov.az
Azərbaycanca   English 25.06.2017 - year
Xəbər lenti

The next seminar aimed at strengthening the capacity of the State Employment Service was held in Baku                    80 persons with disabilities were sent to Nabran recreation zone by the Ministry of Labour and Social Protection of Population

Activity and Services / Determining the degrees of disability

Əlillik dərəcələrinin təyin edilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərlə vətəndaşların onlara əlilik dərəcələrinin təyin edilməsi məqsədilə Tibbi-sosial ekspert komissiyalarına (TSEK) müvafiq sənədlərlə müraciət etmələri və TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi  proseduru ləğv olunub.

Dəyişikliklərə əsasən, əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülür.

Göndərişin aid olduğu şəxsə (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşa) dair elektron sənəddə həmçinin əks olunan, yəni göndərişi verən səhiyyə müəssisəsinin adını, onu təsdiq edən şəxslərin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə hər hansı TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.

Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq qəbul edilmiş qərar, habelə onun aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş və əmək zəmanətinə dair məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.

“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əsasında tətbiq olunan bu yeni prosedur əlilliyin qiymətləndirilməsi prosesinin məmur-vətəndaş təmasları olmadan, elektron ifrastruktur üzərində tam obyektiv və şəffaf şəraitdə aparılmasına xidmət edir.

Nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, eləcə də autentifikasiya vasitəsinə ehtiyac olmadan istifadə edilən “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” (https://www.e-gov.az/az/services/read/3493/0) e-xidmətləri vətəndaşlara əlilliklərinin qiymətləndirilməsinin nəticəsi barədə elektron qaydada, yəni heç bir vəzifəli şəxsə müraciət etmədən elektron formada məlumat almağa imkan verir.  

Vətəndaşlar əlilliklərinin qiymətləndirilməsinin nəticəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi 142 “Çağrı mərkəzi”nə zəng edərək şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil etməklə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən məlumat əldə edə bilərlər.

Video archive
Photo archive
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda
© 2011. The official information source of the Ministry of Labor and Social Protection of Population of the Republic of Azerbaijan.
All rights reserved.