www.mlspp.gov.az
Azərbaycanca   English 27.05.2017 - year
Xəbər lenti

Event on World Day for safety and health at work was held at the Ministry of Labour and Social Protection of Population                    Training seminars on "Prevention of domestic violence" were held

Legislation / İnternal proceeding rules on freedom of information at MLSPP

Azərbaycan Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
21 fevral 2014-cü il tarixli 11/7-27
nömrəli əmri ilə təsdiq edilmişdir


   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 
      informasiya azadlığı ilə bağlı daxili icraat
Q A Y D A L A R I

 

I. Ümumi müddəalar
 
1.1. Bu Qaydalar “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında“   Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-“Nazirlik”) informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarını tənzimləyir.
1.2. Nazirlikdə informasiya azadlığı üzrə müəyyən edilmiş məsul şəxs səlahiyyətləri daxilində fiziki və hüquqi şəxslər, kütləvi informasiya vasitələri (bundan sonra Sorğuçu) tərəfindən edilən sorğu və suallara operativ, keyfiyyətlə, müvafiq qanunvericiliyin və bu Qaydaların tələblərinə uyğun olaraq cavab verilməsini təmin edir.
 
II. İnformasiya azadlığı üzrə məsul şəxs
 
2.1. Nazirlikdə informasiya azadlığı üzrə məsul şəxs Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən müəyyən olunur.
 
 
III. İnformasiya azadlığı üzrə məsul şəxsin vəzifələri
 
3.2. Nazirlikdə informasiya azadlığı üzrə məsul şəxs:
3.2.1. Açıq məlumatları sərbəst, maneəsiz və hamı üçün eyni şərtlərlə verməlidir;
3.2.2. İnformasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir;
3.2.3. Əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır;
3.2.4. Həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır;
3.2.5. Səlahiyyətinə aid edilmiş məsələlər üzrə öz təşəbbüsü ilə mütəmadi olaraq informasiyanı  geniş kütlə üçün açıqlamalıdır.  



IV. İnformasiyanın əldə olunması
 
4.1. İnformasiya “İnformasiya əldə etmək haqqında” və “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının qanunlarında göstərilən qaydada verilir.
                        

V. İnformasiya əldə etmə haqqında sorğunun formaları
 
5.1. İnformasiya əldə etmək üçün sorğu yazılı və ya şifahi şəkildə, o cümlədən elektron poçt vasitəsilə və ya telefonla verilə bilər.
5.2. Şifahi sorğu şəxsin özünü təqdim etməsi ilə Nazirlikdə informasiya azadlığı üzrə məsul şəxsə bilavasitə verilir və bir qayda olaraq şifahi şəkildə cavablandırılır.
5.3. Yazılı sorğu “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən qaydada və formada tərtib olunur.

 
VI. İnformasiya azadlığı üzrə məsul şəxsin sorğu edilən informasiyanı verməsi qaydası
 
6.1. İnformasiya sorğusu üzrə məsul şəxs yalnız onun səlahiyyətinə aid edilmiş informasiyanı verə bilər.
6.2. Sorğu məsul şəxs tərəfindən diqqətlə araşdırılır. Bunun üçün:
6.2.1. Sorğunun «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun tərtib olunub-olunmadığı;
6.2.2. Tələb olunan informasiyanın informasiya ehtiyatlarında olub-olmadığı;
6.2.3. Tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun açıq və ya alınması məhdudlaşdırılan informasiyalara aidiyyatı;
6.2.4. Tələb olunan informasiya açıqdırsa, amma alınması məhdudlaşdırılan informasiyanın tərkibinə daxildirsə, həmin informasiyanın ayrılıb verilmə imkanları;
6.2.5. Tələb olunan informasiya informasiya ehtiyatlarında varsa və açıqdırsa, onun sorğuda göstərilən formada verilməsinin mümkün olub-olmadığı;                           
6.2.6. Tələb olunan informasiya informasiya ehtiyatlarında varsa və açıqdırsa, bu informasiyanın verilməsinin məsul şəxsin səlahiyyətində olub-olmaması dəqiqləşdirilir.
6.3. Məsul şəxs araşdırmaların nəticələri barədə aşağıdakı qərarlardan birini qəbul edə bilər:
6.3.1. İnformasiyanı təqdim etmək;
6.3.2. İnformasiyanı qismən təqdim etmək;
6.3.3. İnformasiyanı təqdim etməkdən imtina etmək.
6.4. Məsul şəxs sorğu edilən informasiyaya malik olmadıqda və ya belə informasiyanı vermək səlahiyyəti olmadıqda buna səlahiyyəti olan müvafiq məsul şəxsi müəyyən etməkdə sorğuçuya kömək göstərməlidir.
6.5. Məsul şəxsin sorğu edilən informasiyanı vermək səlahiyyəti varsa, o Sorğuçunun sorğuda göstərdiyi formada informasiyanı Sorğuçuya verir. İnformasiya sorğuda göstərilən formada verilə bilməzsə, Sorğuçunun razılığı ilə verilə biləcəyi formada verilir.
 
VII. Sorğuya cavab verilməsindən imtina
 
7.1. Aşağıdakı hallarda sorğunun icrasından imtina edilir:
7.1.1. Sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda;
7.1.2.  Sorğu anonimdirsə;
7.1.3. İnformasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin    informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik     çəkdikdə;
7.1.4. Sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda;
7.1.5. Sorğu olunan informasiyanın verilməsi məsul şəxsin səlahiyyətlərinə aid olmadıqda;
7.1.6. Sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa.
7.2. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir.

 
VIII.    Qaydaların pozulmasına görə məsuliyyət
 
8.1. İnformasiya azadlığı üzrə məsul şəxs informasiyanın verilməsindən əsassız imtinaya, vaxtında və düzgün informasiya verilməməsinə görə məsuliyyət daşıyır.

Video archive
Photo archive
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda
© 2011. The official information source of the Ministry of Labor and Social Protection of Population of the Republic of Azerbaijan.
All rights reserved.