www.mlspp.gov.az
Azərbaycanca   English 27.05.2017 - year
Xəbər lenti

Event on World Day for safety and health at work was held at the Ministry of Labour and Social Protection of Population                    Training seminars on "Prevention of domestic violence" were held

Structure / Organizations included in structure / State Employment Service

Azərbaycan Respublikası
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  
yanında Dövlət Məşğulluq Xidməti

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi tədbirlərini həyata keçirən icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsini, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
Xidmət Əsasnaməsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri daxilində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları ilə, mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün işəgötürənlərlə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. 

    Xidmət Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən olunmuş qaydada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə cəlb olunması, peşə hazırlığı və əlavə təhsili məqsədi ilə müvafiq tədbirləri həyata keçirir, qanunvericiliyə uyğun olaraq işsizlik müavinətinin təyin olunmasını və ödənilməsini, müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.

    Xidmət işəgötürənlərdən boş (vakant) iş yerləri haqqında məlumat toplayır və bu məlumatdan istifadə edərək işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə aktiv məşğulluq tədbirləri (əmək yarmarkaları, əmək birjaları və s.) həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

    Xidmətin aparatı, şəhər, rayon, məşğulluq orqanları və Naxçıvan Muxtar Respublikasının Məşğulluq xidməti və Xidmətin fəaliyyətini təmin edən digər qurumlar (tədris mərkəzləri və s.) Xidmətin vahid sistemini təşkil edir.

    Xidmətə Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir. Xidmətin rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən üç müavini vardır.

Sayta giriş:  www.ses.gov.az

 

Video archive
Photo archive
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda
© 2011. The official information source of the Ministry of Labor and Social Protection of Population of the Republic of Azerbaijan.
All rights reserved.