www.mlspp.gov.az
Azərbaycanca   English 22.08.2018 - year
Xəbər lenti

Labour pensions of about 90,000 people of the corresponding categories will be increased on the basis of the new Rules approved by the Decree of President Ilham Aliyev                   Minor residents of the rehabilitation institution met with servicemen

Structure / Institutions subordinated to the Ministry / “Məzun evi” Sosial Müəssisəsi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir.

Müəssisə Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki sosial müəssisə olmaqla, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun vahid sisteminə daxildir.

“Məzun evi” Sosial Müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əmrlərini, həmçinin öz Nizamnaməsini rəhbər tutur.

Müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə yaradılmış və Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə müəssisənin Nizamnaməsi təsdiq edilmişdir.  “Məzun evi” Sosial Müəssisəsi qeyri-kommersiya hüquqi şəxsdir, müvafiq xəzinə hesabına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştampa və digər rekvizitlərə malikdir.

Müəssisənin direktoru və mühasibi vəzifəyə Fondun direktorunun təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən, digər işçiləri isə Müəssisənin direktoru tərəfindən təyin və vəzifədən azad edilirlər.

Müəssisənin ünvanı: Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin NİZAMNAMƏSİ

Video archive
Photo archive
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda
© 2011. The official information source of the Ministry of Labor and Social Protection of Population of the Republic of Azerbaijan.
All rights reserved.