www.mlspp.gov.az
Azərbaycanca   English 21.11.2017 - year
Xəbər lenti

An individual residential house was presented to the family of National Hero in Zagatala district                   The State Labour Inspectorate Service held an awareness raising event children’s right in the field of labour relations in Ganja city

Regulation of the Ministry of Labour and Social Protection of Population of the Republic of Azerbaijan

Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi haqqında
ƏSASNAMƏ


I. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, əhalinin məşğulluğu, demoqrafiya, tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Nazirlik fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.

1.5. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Nazirliyin adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.6. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Nazirlik Bakı şəhərində yerləşir.
II. Nazirliyin fəaliyyət istiqamətləri
2.1. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. əmək münasibətləri, əhalinin məşğulluğu, demoqrafiya və əhalinin sosial müdafiəsi sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsini təmin edir;

2.1.2. aidiyyəti dövlət orqanları ilə birlikdə əmək miqrasiyası sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində qanunvericiliyə uyğun olaraq iştirak edir;

2.1.3. tibbi-sosial ekspertizanın, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasının və sosial müdafiəsinin təşkil edilməsi üzrə müvafiq tədbirləri həyata keçirir;

2.1.4. öz səlahiyyətləri daxilində yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikasının, insan alveri qurbanlarının sosial reabilitasiyasının və penitensiar müəssisələrdə caza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının həyata keçirilməsini təmin edir;

2.1.5. ahıllara, əlillərə və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərə qanunvericiliyə uyğun olaraq sosial-məişət xidmətlərinin göstərilməsini təmin edir;

2.1.6. öz səlahiyyətləri daxilində əmək münasibətləri, əhalinin məşğulluğu, demoqrafiya və əhalinin sosial müdafiəsi sahələrinin inkişafını təmin edir;

2.1.7. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Nazirliyin vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifələri aşağıdakılardır:

3.1.1. əmək münasibətləri, əhalinin məşğulluğu və sosial müdafiəsi, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə qanunvericiliyin tətbiqini təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində zəruri olan təlimatlar, əsasnamələr, qaydalar və digər normativ hüquqi aktlar qəbul etmək;

3.1.2. öz səlahiyyətləri daxilində əməyin ödənilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi sahələrində mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların fəaliyyətini əlaqələndirmək, habelə işəgötürənlərə əməyin təşkili, ödənilməsi və mühafizəsi işinin təşkilində köməklik göstərmək;

3.1.3. öz səlahiyyətləri daxilində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə fəaliyyətlərinə dövlət nəzarətini həyata keçirmək, onların Azərbaycan Respublikasının əmək qanunvericiliyə zidd olan əmr, sərəncam və qərarlarının tətbiqini dayandırmaq, onların ləğv edilməsi barədə göstəriş vermək, təqsirkar şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək və zəruri nallarda digər məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldırmaq;

3.1.4. müəssisələrdə əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyati üçün təhlükə törədən işin və ya istehsal vasitələrinin istismarının, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşanadək, qanunvericiliklə müəyyən edilmiş. qaydada dayandırılması ilə bağlı tədbirlər görmək;

3.1.5. öz səlahiyyətləri daxilində yeni və yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsal vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsini təmin etmək;

3.1.6. öz səlahiyyətləri daxilində yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin istismara buraxılmasına razılıq vermək;

3.1.7. öz səlahiyyətləri daxilində əmək miqrasiyası sahəsində digər dövlət və qeyri-dövlət strukturlarının fəaliyyətini əlaqələndirmək;

3.1.8. öz səlahiyyətləri daxilində Nazirliyin strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.1.9. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

3.1.10. Nazirliyin sisteminə daxil olan qurumların işçilərinin əmək şəraitinin, maddi və sosial-məişət təminatının yaxşılaşdırılması barədə təkliflər vermək və müvafiq tədbirlər həyata keçirmək;

3.1.11. öz səlahiyyətləri daxilində əmək münasibətlərini tənzimləmək və sosial əməkdaşlığın normativ hüquqi bazasını inkişaf etdirmək;

3.1.12. kollektiv müqavilələrin və sazişlərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək və onların uçotunu aparmaq;

3.1.13. əməyin ödənilməsi və tarif sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

3.1.14. büdcədən maliyyələşdirilən təşkilatlarda çalışan işçilərin, о cümlədən hərbi qulluqçuların və xüsusi rütbəli .şəxslərin əməyinin ödənilməsi sistemləri, növləri və məbləğləri üzrə təkliflər vermək;

3.1.15. əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə artımlarla (əmsallarla) ödənilməsinə nəzarəti həyata keçirmək;

3.1.16. əmək münasibətləri üzrə sahə və sahələrarası standartları, normalan müəyyən edən normativ hüquqi aktlara riayət olunmasına nəzarəti həyata keçirmək;

3.1.17. əmək şəraiti nəzərə alınmaqla mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların işçiləri tərəfindən xüsusi geyim və digər fərdi və kollektiv mühafizə vasitələrindən istifadə olunmasına nəzarəti həyata keçirmək;

3.1.18. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.1.19. qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin qarşısını almaq üçün səlahiyyətləri daxilində tədbirlər görmək;

3.1.19.1. əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin fəaliyyətini təmin etmək;

3.1.20. əməyin mühafizəsi üzrə iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;

3.1.21. öz səlahiyyətləri daxilində istehsalatda baş verən bədbəxt hadisələrin istehsalatla bağlılığını araşdıraraq təhqiqatının və uçotunun aparılmasını təmin etmək;

3.1.22. qanunvericiliyə uyğun olaraq istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətini həyata keçirmək, istehsalatda bas verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini müəyyən etmək;

3.1.23. demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsi işini əlaqələndirmək;

3.1.24. əmək, məşğulluq, sosial müdafiə və demoqrafiya məsələləri üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətlərinə uyğun sahələrdə elmi-texniki nailiyyətlərinin tətbiq edilməsini təmin etmək;

3.1.25. əmək bazarındakı vəziyyəti öyrənməklə, işçi qüvvəsinə olan tələb və təklifləri təhlil etmək, əmək bazarının inkişafına dair proqnozlar hazırlamaq;

3.1.26. işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini təmin etmək, onların işə düzəlməsinə köməklik göstərmək, əmək bazarının real tələblərinə müvafiq peşə hazırlığını, əlavə təhsilini və haqqı ödənilən ictimai işlərə cəlb olunmasını təşkil etmək;

3.1.27. qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlarla birlikdə ərazi və dövlət məşğulluq proqramlarını hazırlamaq və öz səlahiyyətləri daxilində həyata keçirilməsini təmin etmək;
3.1.28. aidiyyəti qurumların iştirakı ilə əhalinin həyat səviyyəsini öyrənmək, təhlil etmək və qiymətləndirmək, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
3.1.29. minimum əməkhaqqı məbləğinin, ehtiyac meyarının həddinin mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməsi, sosial müavinətlərin məbləğlərinin inflyasiya səviyyəsindən asılı olaraq indeksləşdirilməsi üzrə təkliflər vermək;
3.1.30. fəaliyyət istiqamətlərinə uyğun sahələrdə müvafiq tələbatın ödənilməsini təmin etmək;
3.1.31. qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək;
3.1.32. ünvanlı dövlət sosial yardımı üzrə monitorinq və qiymətləndirmənin aparılmasını təmin etmək;
3.1.33. aidiyyəti qurumlarla birlikdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində proqnozların hazırlanmasında iştirak etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
3.1.34. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən sosial müavinətlərin, kompensasiyaların, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün qanunvericiliyə uyğun olaraq təyin edilməsi və ödənilməsini təmin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına tibb, sosial-məişət xidməti, sanatoriya-kurort müalicəsi, əlillərin nəqliyyat vasitələri ilə təmin olunması üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək;
3.1.35. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunmuş təqaüdlərin ödənilməsini təşkil etmək;
3.1.36. dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sosial müavinətlər sisteminin unifikasiyası və sadələşdirilməsi üzrə təkliflər vermək;
3.1.37. sosial müavinətlər, kompensasiyalar, ünvanlı dövlət sosial yardımı və ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə bağlı statistik hesabatlar hazırlamaq;
3.1.38. fəaliyyət istiqamətlərinə uyğun sahələrdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
3.1.39. öz səlahiyyətləri daxilində digər icra hakimiyyəti orqanlarının Nazirliyin fəaliyyət istiqamətlərinə aid sahələrlə bağlı fəaliyyətini əlaqələndirmək;
3.1.40. əmək miqrasiyası proseslərinin tənzimlənməsi üzrə təkliflər hazırlamaq;
3.1.41. yerli əmək ehtiyatlarından daha geniş və səmərəli istifadə olunmasına şərait yaratmaqla, əcnəbi işçilərin isə cəlb olunmasını öz səlahiyyətləri daxilində tənzimləmək;
3.1.42. əməkçi miqrantların sosial müdafiəsi üçün zəruri şəraitin yaradılması işlərini müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə həyata keçirmək;
3.1.42.1. işəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti həyata keçirmək;
3.1.43. öz səlahiyyətləri daxilində qeyri-leqal əmək miqrasiyasının qarşısını almaq üçün aidiyyəti orqanlarla birlikdə tədbirlər hazırlamaq və həyata keçirmək;
3.1.44. Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsi və onların müddətinin uzadılması ilə bağlı işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması barədə rəy vermək;
3.1.45. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsini təmin etmək;
3.1.46. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şəxslər tərəfindən həmin fəaliyyətin həyata keçirilməsi məqsədilə xarici ölkələrin hüquqi və ya fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq bağlanmış müqavilələri təsdiq etmək;
3.1.46.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu sahədəki fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;
3.1.47. əmək pensiyası təminatı sahəsində dövlət siyasətinin formalaşdırılmasında və əmək pensiyaları haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlamasında iştirak etmək;
3.1.48. fəaliyyət istiqamətlərinə uyğun sahələrdə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;
3.1.49. tibbi sosial ekspertizanı, öz səlahiyyətləri daxilində əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasını və sosial müdafiəsini təşkil etmək, əlilləri və sağlamlıq imkanları məhdud uşaqları protez-ortopediya məmulatları, əlil kreslo-velo arabaları və digər reabilitasiya vasitələri ilə təmin etmək;
3.1.50. qanunvericiliyə uyğun olaraq əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi, peşə-əmək və sosial reabilitasiyası sahəsində xüsusi proqramlar hazırlamaq və həyata keçirmək;
3.1.51. əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasının gücləndirilməsi məqsədi ilə əlillərin bərpa mərkəzləri şəbəkəsinin işini təkmilləşdirilmək və mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının müxtəlif regionlarında yeni reabilitasiya mərkəzlərinin yaradılmasını təmin etmək;
3.1.52. əlillərlə və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı informasiya bazasını yaratmaq və mütəmadi olaraq təkmilləşdirmək;
3.1.53. istedadlı əlillər və sağlamlıq imkanları məhdud uşaqlar arasında tətbiqi sənət, incəsənət, musiqi, bədən tərbiyəsi və idman sahələrində aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlərin keçirilməsini təşkil etmək;
3.1.54. Azərbaycan Respublikasında fəaliyyət göstərən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlan ilə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində əməkdaşlıq etmək;
3.1.55. yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərini həyata keçirmək, həmin şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri barəsində aidiyyəti qurumlarla birlikdə fərdi profilaktik işi təşkil etmək;
3.1.56. öz səlahiyyətləri daxilində yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisə və xidmətlərin fəaliyyətinə nəzarət etmək, eləcə də həmin müəssisə və xidmətlər şəbəkəsinin inkişafı üçün tədbirlər görmək;
3.1.57. yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmətlər göstərən müəssisə və xidmətlərin fəaliyyətinə sosial reabilitasiyanın müasir metod və texnologiyalarının tətbiqində köməklik göstərmək;
3.1.58. öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə caza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, caza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsini təmin etmək, caza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti əlaqələndirmək;
3.1.59. qanunvericiliyə uyğun olaraq insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirləri həyata keçirmək, bu məqsədlə insan alveri qurbanlarına yardım mərkəzlərini yaratmaq və öz səlahiyyətləri daxilində həmin mərkəzlərin fəaliyyətinə nəzarət etmək;
3.1.60. ahıllara, əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, sosial müdafiəyə ehtiyacı olanlara, habelə Nazirliyin tabeliyində olan internat evlərində, pansionatlarda yaşayan bu kateqoriyadan olan şəxslərə tibbi və sosial-məişət xidmətini təşkil etmək, müvafiq sosial xidmətlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə tədbirlər görmək və bu sahədə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək;
3.1.61. vətəndaşların qəbulunu təşkil etmək, daxil olmuş ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək, о cümlədən internet saytı vasitəsilə cavablandırmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;
3.1.62. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
3.1.63. informasiya təminatını və məsləhət işini təşkil etmək məqsədi ilə müvafiq tədbirlər görmək, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında öz səlahiyyətləri daxilində məlumatları (arayışları) təqdim etmək;
3.1.64. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.1.65. Nazirliyin strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlarda maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, struktur bölmələrinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar müvafiq tədbirlər görmək;
3.1.66. Nazirliyin fəaliyyəti sahələrinə ayrılan büdcə vəsaitlərindən, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək və qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində həmin vəsaitlərdən istifadəyə nəzarət etmək;
3.1.67. Nazirliyin arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılması və mühafizəsini təmin etmək;
3.1.68. bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Nazirliyin sistemində informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işini təşkil etmək;
3.1.69. Nazirliyin işçilərinin fəaliyyətini və peşə hazırlığını mütəmadi yoxlamaq və zəruri tədbirlər gömək, peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.1.70. Nazirliyin səlahiyyətinə aid olan işlərlə bağlı mərkəzləşdirilmiş uçot sistemlərini təşkil etmək, statistik hesabatlan aparmaq;
3.1.71. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Nazirliyin hüquqları
4.1 Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. Nazirliyin fəaliyyət istiqamətlərinə aid olan normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
4.1.2. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.3. əmək münasibətləri, əhalinin məşğulluğu, əmək miqrasiyası, əmək pensiyaları, sosial müavinətlər və əhalinin sosial müdafiəsinin digər sahələri üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxmasının məqsədəuyğunluğu bərədə təkliflər vermək;
4.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı Azərbaycan Respublikası tərəfindən beynəlxalq təşkilatlara təqdim olunan dövri hesabatların hazırlanmasında iştirak etmək;
4.1.5. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.1.6. beynəlxalq təşkilatlar və xarici dövlət təşkilatlan ilə, assosiasiyalarla, xarici şirkətlərlə əmək miqrasiyası sahəsində əməkdaşlıq məsələlərinə dair müəyyən olunmuş qaydada məsləhətləşmələr və danışıqlar aparmaq;
4.1.7. bu məqsədlər ucun nəzərdə tutulmuş vəsaitlər dairəsində müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.1.8. bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən edilmiş qaydada mətbu nəşrlər təsis etməklə, xüsusi bülletenlər buraxmaq, nəşriyyat-poliqrafiya fəaliyyətini həyata keçirmək;
4.1.9. qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;
4.1.10. bu məqsədlər ucun nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliyə uyğun olaraq Nazirliyin ehtiyaclan ucun əsaslı tikinti aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;
4.1.11. kollektiv müqavilələrin və sazişlərin hazırlanmasına köməklik göstərmək;
4.1.12. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək, bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində elmi tədqiqat işlərinin aparılmasını təmin etmək;
4.1.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Nazirliyin fəaliyyətinin təşkili
5.1. Nazirliyin aparatı və onun strukturuna daxil olan qurumlar (regional orqanlar, ikili tabelikdə olan yerli bölmələr və s.), tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Nazirliyin strukturu, aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (bundan sonra - nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini vardır. Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.5. Nazir:
5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. nazir müavinləri arasında vəzifə bölgüsünü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;
5.5.4. Nazirliyin aparatının onun strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların isinin əlaqələndirilməsini təmin edir;
5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisati daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.6. Nazirliyin aparatının işçilərini, yerli və digər orqanlarının rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərini isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
5.5.7. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
5.5.8. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.9. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlan ilə münasibətlərdə Nazirliyi təmsil edir, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;
5.5.10. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;
5.5.11. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
5.6. Nazir öz vəzifələrinin icrasını müvəqqəti olaraq müavinlərindən birinə tapşıra bilər.
5.7. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında əsasnamə nazir tərəfindən təsdiq edilir.
5.8. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət Nazirliyin kollegiyası yaradılır.
Zəruri hallarda Nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər da daxil edilə bilər.
5.9. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.10. Nazirliyin kollegiyasının iclaslarında Nazirliyin fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə edilir, digər mühüm məsələlərə baxılır və müvafiq qararlar qəbul edilir.
5.11. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.
5.12. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
5.13. Nazirliyin kollegiyasının iclasları nazir tərəfindən çağırılır.
5.14. Nazirliyin kollegiyasının iş qaydasını nazir müəyyənləşdirir.
5.15. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.16. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

Video archive
Photo archive
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda
© 2011. The official information source of the Ministry of Labor and Social Protection of Population of the Republic of Azerbaijan.
All rights reserved.