www.mlspp.gov.az
Azərbaycanca   English 24.02.2018 - year
Xəbər lenti

Orders on increasing the Presidential Scholarship for the war and 20 January disabled, families of martyrs will be applied to 33.6 thousand people                   A seminar on "Preventing forced labor and human trafficking" was held

Decree of the president of the Republic of Azerbaijan on the amendment to the “Regulations of the Ministry of Labour and Social Protection of Population of the Republic of Azerbaijan”approved by decree number 386 of 16 February 2011 of the Presiden
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"ni Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"na uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.1.55-1-ci və 3.1.55-2-ci yarımbəndlər əlavə edilsin:
"3.1.55-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək;
3.1.55-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlamaq;".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2012-ci il.

Video archive
Photo archive
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda
© 2011. The official information source of the Ministry of Labor and Social Protection of Population of the Republic of Azerbaijan.
All rights reserved.