www.mlspp.gov.az
Azərbaycanca   English 26.04.2018 - cı il
Xəbər lenti

Gələn ay Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

Struktur / Nazirliyin tabeliyində olan müəssisələr / Sosial Xidmət Müəssisələri / Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq  etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, və mənşəyindən asılı olmayaraq,  müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin qanunvericilikdə nəzərdə tutulan müddətdə (180 gündən çox olmamaqla) yaşaması, onlara sosial-məişət və sosial-hüquqi xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsidir.  

Sosial Sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana  və s. fəaliyyət göstərir.  Sosial Sığınacağın Nizamnaməsinə əsasən, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin müəssisəyə qəbulu Azərbaycan Respublikasının daxili işlər orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fonduna müraciətləri əsasında həyata keçirilir.

Müəssisənin ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km. 33 A.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.