www.mlspp.gov.az
Azərbaycanca   English 24.06.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                   Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanin 14 oktyabr 2016-cı il tarixində keçirilmiş birinci iclası

1. Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanin 14 oktyabr 2016-cı il tarixində keçirilmiş birinci iclasında baxılan məsələlər:  

Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanin Əsasnaməsinin 6.3-cü bəndinə əsasən Komissiyanın sədri onun iclasında Tərəflərin rəhbərlərindən 1 (bir) il müddətinə növbə ilə seçilir.

1.1. Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri vəzifəsinə ilk 01.09.2016—01.09.2017-ci dövrü üçün Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov seçilmişdir;

1.2. Növbəti illər üçün Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri vəzifəsinə seçilmə ardıcıllığı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının Prezidenti müəyyən edilmişdir;

1.3. Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada hökuməti təmsil edən Tərəfin əlaqələndiricisi Arif Hüseynov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını təmsil edən Tərəfin əlaqələndiricisi Həsən Cəfərov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasını təmsil edən Tərəfin əlaqələndiricisi isə Xəqan Hümmətzadə  müəyyən edilmişdir.

http://www.mlspp.gov.az/az/pages/17/40/information/1155

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.