www.mlspp.gov.az
Azərbaycanca   English 28.09.2016 - cı il
Xəbər lenti

Səlim Müslümov: “Konstitusiyaya ediləcək növbəti dəyişikliklər işçi hüquqlarının etibarlı müdafiəsi baxımından da xüsusi önəm kəsb edir”                    Səlim Müslümov: “Özünüməşğulluq proqramı yeni iş yerlərinin açılması prosesinin daimi olması hədəfinə istiqamətlənib”

Fəaliyyət və Xidmətlər / Ünvanlı Dövlət Sosial Yardımı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmişdir

 Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi,

onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi

QAYDALARI

 
1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir.

1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı  fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər:

1.2.1. ailə üzvünün  əmək qabiliyyətini itirməsi;

1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;

1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;

1.2.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması;

1.2.5. ailə üzvünün  vəfat etməsi;

1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;

1.2.7. ailə üzvünün  azadlıqdan məhrum edilməsi;

1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması.

1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər  və onların ailə üzvləri  haqqında tələb olunan arayış və məlumatların  Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur:

1.3.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

1.3.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

1.3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

1.3.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

1.3.6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

1.3.7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

1.3.8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

1.3.9. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

1.3.10. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;

1.3.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

1.3.12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi;

1.3.13. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

1.3.14. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

1.3.15. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrəDövlət Xidməti;

1.3.16. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu;

1.3.17. Azərbaycan Respublikasının Mərkəzi Bankı;

1.3.18. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası;

1.3.19. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

1.3.20. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti;

1.3.21. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi;

1.3.22. yerli icra  hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə  inzibati  ərazi  dairəsi üzrə nümayəndəlikləri.

 
2. Sosial yardımın alınması üçün müraciət edilməsi

 
2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər.  Bu barədə ərizə  (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən  təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.

2.2. Ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) müraciəti  elektron formada və ya kağız üzərində edə bilər. Bunun üçün aşağıdakı sənədlər tələb olunur:

2.2.1. şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda);

2.2.2. təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir) (1nömrəli əlavə);

2.2.3. ərizə-bəyannamə (2 nömrəli əlavə).

2.3. Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata  alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “Elektron xidmətlər” portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (bundan sonra- VEMTAS) göndərir.

2.4. Sosial yardımın alınması üçün kağız üzərində müraciət edən şəxs notariat orqanı tərəfindən təsdiq edilmiş “Ərizə”ni (1 nömrəli əlavə) və “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) Təmsilçinin yaşayış yeri üzrə Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (bundan sonra- Mərkəz) təqdim edir.

2.5. Kağız üzərində edilən müraciət Mərkəz tərəfindən rəsmi olaraq qəbul olunur və bu barədə Təmsilçiyə müvafiq bildiriş təqdim edilir. Müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat rəsmən 1 (bir) iş günü müddətində Təmsilçiyə bildirilir.

2.6. Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına,  kağız üzərində göndərilmiş müraciət qeydiyyata alındıqdan sonra isə Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən bu barədə məlumat göndərilir (3 nömrəli əlavə) və ya bildirilir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır. 

 
3. Sosial yardımın təyin olunması və təyin olunmasındanimtina edilməsi


3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində  araşdırılır və müvafiq qərar qəbul edilir.

3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.

3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir.

3.4. Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür.

3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.

3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır.

3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 (iki) il müddətinə təyin olunur. 

3.6. Sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır:

3.6.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələ-rində yaşayan şəxslər);

3.6.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;

3.6.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;

3.6.4. axtarışda olan şəxslər;

3.6.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları;

3.6.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;

3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;

3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 

3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);

3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);

3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda;

3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti,  təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir və ya bildirilir.


4. Sosial yardımın verilməsi və verilməsinindayandırılması


4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir.

4.2. Sosial yardımın verilməsinindayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə), sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a, kağız üzərində Mərkəzə 5 (beş) iş günü müddətində məlumat verməlidir.

4.3.Təmsilçi vəfat etdikdə, ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişdirilməsinəsəbəb ola biləcək hallar baş verdikdə və ya sosial yardım ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmadıqda, sosial yardımın verilməsi dayandırılır və  ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Sosial yardımın ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmaması üzrlü səbəbdən baş verdikdə, verilmə dayandırıldığı aydan bərpa edilir.

4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən hallardan biri baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı aydan dayandırılır.

4.5. Təmsilçinin (qəyyum, himayəçi, patron(köməkçi) istisna olmaqla) və ya digər ailə üzvünün ailənin orta aylıq gəlirinin 12 (on iki) mislindən çox məbləğdə lotereya uduşu qazanması və ya ailəyə hədiyyə bağışlanması, işsiz ailə üzvünün işlə təmin olunması və s. səbəblərdən ailənin gəlirində dəyişiklik baş verməsi  ilə əlaqədar həmin ailənin sosial yardım hüququna ümumi qaydada yenidən baxılır.

4.6. Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan  yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır.

4.7. Sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinəvə ya verilməsinindayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

4.8. Sosial yardımın təyin edilməsi və sosial yardım təyinatından imtina edilməsi barədə qərardan  “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.


5. Ailənin orta aylıq gəlirinin hesablanması


5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir.

5.2. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır.

5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir.

5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür.

5.5. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:

5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, müvəqqəti ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə);

5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər;

5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla).

5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.

5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi  Məcəlləsinə əsasən müəyyən edilir.

5.8. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və  digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının  satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir.

5.9. Ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, borc (o cümlədən kredit), həmçinin natural formada alınan sosial transfertlər aiddir.

5.10. Ailə üzvünün digər şəxslərdən və ölkə xaricindən aldığı vəsaitlər onların digər gəlirləri hesab olunur.

5.11. Natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. 

5.12. Xarici valyuta ilə əldə olunan gəlir bu gəlirin əldə edildiyi tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə müvafiq hesablanır.

5.13. Ailə üzvünün muzdlu işlə əlaqədar gəlirləri və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər vergi, əmək və sığorta qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Sadələşdirilmiş vergi ödəyicisi olan ailə üzvünün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində gəliri onun dövriyyəsi və şərti rentabellik normaları əsasında müəyyənləşdirilir.

5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə  istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

5.15. Həyətyanı torpaq sahəsindən əldə olunan gəlir hesablanarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş normalardan artıq sahələr nəzərə alınır. Bu zaman normadan artıq sahədən əldə olunan gəlir ailənin torpaq payı olduqda, həmin pay üzrə ən aşağı keyfiyyət qrupunun, torpaq payı olmadıqda isə müvafiq rayon üzrə torpağın ən aşağı keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin normadan artıq sahəyə vurulması yolu ilə hesablanır.

5.16. Şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 1 may tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial yardımların alınması üçün şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanması Qaydası”na uyğun və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilən  məlumatlara əsasən  hesablanır.

5.17. Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə və ya icarəyə götürüldükdə, icarəhaqqı ailənin gəlirində nəzərə alınır. Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə, icarəhaqqı ailənin gəlirinə daxil edilir, icarəyə götürüldükdə isə ailənin gəlirindən çıxılır. İcarəhaqqı natura ilə ödənildiyi halda, onun dəyəri natura formasında gəlirin hesablandığı qaydada hesablanır.

5.18. Əmlakın satılmasından əldə edilən gəlir bu əməliyyatdan əldə edilən gəlirdən alqı-satqı ilə bağlı rəsmi sənədlə təsdiqlənmiş  xərc çıxılmaqla hesablanır.

5.19. Əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar ödəniş sənədinə daxil edildiyi ayda, əməkhaqqı, pensiya, müavinət, təqaüd isə hesablandığı dövrün gəlirində nəzərə alınır.

5.20.  Faktiki ödənilən alimentlər ailənin məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə ailənin məcmu gəlirində nəzərə alınır.

5.21. Barəsində qəyyumluq (himayəçilik və ya patronaj) müəyyən edilmiş şəxslərin sosial yardım hüququ müəyyən edilərkən onlarla eyni təsərrüfatda yaşamayan qəyyumun (himayəçinin) gəliri nəzərə alınmır.

5.22. Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya I və II qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür:

 

                         YM (30%+11.7%+6.1%)+R+RM

Burada:

 

YM – yaşayış minimumunun ölkə üzrə məbləği;

R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği;

RM- mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği;

5.23. ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır;

5.24. ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən aşağıdakılar çıxılır:

5.24.1. vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər;

5.24.2. təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri);

5.24.3. ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (uşaq doğularkən ödənilən birdəfəlik müavinət, dəfn üçün müavinət, radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət);

5.24.4. ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği.


6. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət


6.1. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.


7. Keçid müddəa


7.1. Bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların “Elektron hökumət” portalına qoşulacaq informasiya sistemlərində və ehtiyatlarında sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resursları yerləşdirilənədək və bu informasiya sistemlərinə və ehtiyatlarına Nazirliyin çıxışı təmin edilənədək (bu qayda dərc olunduqdan sonra 6 (altı)       aydan gec olmayaraq) həmin arayış və məlumatlar Təmsilçi tərəfindən bu qurumlardan kağız formasında alınacaqdır.


“Ünvanlı dövlət sosial yardımın alınması üçün   müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindənimtina edilməsi Qaydaları"na

 1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

_____________________________________________ ünvanında

(qeydiyyat ünvanı tam formada)

             qeydiyyatda olan __________________________________

                                            (Təmsilçinin soyadı, adı, atasının adı)

 ______________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi)

                                            _____________________________________________ ünvanında

(qeydiyyat ünvanı tam formada)

                        qeydiyyatda olan _____________________________

(ailə üzvlərinin soyadı, adı, atasının adı)

 ______________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi)

                                       tərəfindən

Ə R İ Z Ə

 

___ nömrəli

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizim ailəmizə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədi ilə ailəmizin 18 yaşına çatmamış üzvləri ________________________________________

(18 yaşına çatmamış ailə üzvünün soyadı, adı, atasının adı)

 ______________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqanın adı, verilmə tarixi)

_____________________________________________________

(18 yaşına çatmamış ailə üzvünün soyadı, adı, atasının adı)

______________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqanın adı, verilmə tarixi)

 

barədə məlumat verərək, bizim hər birimizə aid gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanları və təşkilatlarıtərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğusu əsasında ona təqdim edilməsinərazılığımızı bildiririk.

Həmçinin, ailəmiz üçün 2 (iki) il müddətinə  təyin olunacaq sosial yardımın alınması üçün   __________________________________

  (Təmsilçinin soyadı, adı, atasının adı)

 ailəmizi təmsil edən  şəxs qismində  qeydə alınmasını xahiş edirik.

 ________     _______________________  (telefon nömrəsi ____ )

(imza)                (Təmsilçinin soyadı, adı, atasının adı)

 

  1. _______      ________________________ (telefon nömrəsi ____)

(imza)                 (ailə üzvlərinin soyadı, adı, atasının adı)

 

_________________________________ .

(tarix yazı ilə)

 

Mən, ___________________notariusu _______________________

(notariat kontorunun adı)                    (notariusun soyadı, adı, atasının adı)

_________________________ və   _________________________

(Təmsilçinin soyadı, adı, atasının adı)          (ailə üzvlərinin soyadı, adı, atasının adı)

                                                                                                                     

mənim iştirakımla etdikləri imzalarının həqiqiliyini təsdiq edirəm. İmza edənlərin şəxsiyyətləri müəyyən edilmişdir.

 

 

Reyestrdə ________ № ilə qeyd edilmişdir.

 

M.Y.                               _________ manat haqq tutulmuşdur.

 

Notarius__________________

(imza)


 

 

Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindənimtina edilməsi Qaydaları"na


2 nömrəli əlavə

 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

 

_______________şəhəri (rayonu),_____________qəsəbəsi (kəndi),

 

_______________küçəsi, ev ____, mənzil_____ünvanında yaşayan

       vətəndaş_____________________________________________

(soyadı, adı, atasının adı)

tərəfindən

 

şəxsiyyət vəsiqəsi: seriya _______ №__________  

 

telefon nömrələri: ______________________

 

Ərizə-bəyannamə

 

Xahiş edirəm mənim ailəmə sosial yardım təyin edəsiniz.

Ailəmin üzvləri, gəlirləri və əmlakı barədə məlumatları təqdim edirəm.

Təqdim etdiyim məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyıram  və  sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinindayandırılmasına səbəb ola biləcək halların (ailənin tərkibi, əmlakı və ya gəlirləri dəyişdikdə)  biri baş verdikdə, bu barədə  5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməyi öhdəmə götürürəm.  Hər hansı yalan məlumata, həmçinin sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinindayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyinə görə  ailəmizin 1(bir) il müddətinə sosial yardım almaq hüququnu itirməsi ilə bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsi ilə tanış olmuşam.

 


 

 “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindənimtina edilməsi Qaydaları"na


3 nömrəli əlavə

 

Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciətlərin qəbul edilməsinə dair

 

B İ L D İ R İ Ş

 

№ ____tarix   _______


Hörmətli   _________________________________________

(soyadı, adı, atasının adı)

 

Sizin ünvanlı dövlət sosial yardımın alınması üçün 20___ il __ _____ tarixli müraciətiniz Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tərəfindən ____ nömrəsi ilə qeydiyyata alınmışdır.

 


 

“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindənimtina edilməsi Qaydaları"na

 
4 nömrəli əlavə

 

Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat

 

Sıra
№-si

Ailə üzvünün
soyadı, adı, atasının adı

Ailəni təmsil edən
şəxslə qohumluq dərəcəsi

Ailə üzvünün
statusu

Ailə üzvünün mobil telefon nömrəsi

1.

 

 

 

 

2.

 

 

 

 

 

Ailənin yaşadığı mənzildə ( fərdi evdə) digər ailənin üzvləri yaşayırmı?

bəli

xeyir

 

Ailənin yaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində digər daşınmaz əmlak varmı?

bəli

xeyir

 

Əmlakın mülkiyyətçisinin
və ya istifadəçisinin soyadı, adı və atasının adı

Mənzil (fərdi ev)

Torpaq sahəsi

ümumi sahəsi (m2)

(tikildiyi və ya alındığı  il(əl ilə doldurulur)

istifadə məqsədi

növü (pay, icarə,həyətyanı)

ümumi
sahəsi (m2)

keyfiyyət qrupu

 

 

 

 

 

 

  

Ailənin istifadəsində və ya mülkiyyətində olan nəqliyyat vasitəsi

nəqliyyat vasitəsinin mülkiyyətçisinin
və ya istifadəçisinin soyadı, adı və atasının adı

markası, dövlət qeydiyyat nişanı

istifadə məqsədi

 

 

 

 

Kommunal xidmətlər üzrə ödənişlər barədə məlumat

xidmətin növü

istifadəçinin abonent nömrəsi

elektrik enerjisindən istifadə

 

təbii qazdan istifadə

 

su və kanalizasiyadan istifadə

 

rabitə xidmətindən

 

 

Şəxsi yardımçı təsərrüfatda olan mal-qara və quşlar barədə məlumat

ev heyvanlarının növü

sayı

ev quşlarının növü

sayı

iribuynuzlu mal-qara:

 

arı ailələri

 

inək

 

baramaçılıq

 

camış

 

quşlar:

 

xırdabuynuzlu mal-qara:

 

toyuq

 

qoyun

 

ördək

 

keçi

 

qaz

 

donuz

 

hindtoyuğu

 

dovşan

 

digər

 

 

Ailənin yaşadığı evin (mənzilin) daxili və xarici görünüşünün fotoşəkilləri

1

2

3

4

5

6



“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindənimtina edilməsi Qaydaları"na

 
5 nömrəli əlavə

 

Ünvanlı dövlət  sosial yardımın təyin olunmasına dair

 

B İ L D İ R İ Ş

 

№ ____tarix_______


Hörmətli   __________________________________________

(soyadı, adı, atasının adı)

 

 

Ünvanlı dövlət sosial yardımın alınması üçün 20___ il __ ____ tarixli ____nömrəli müraciətinizə cavab olaraq bildiririk ki, sizin ailənizə 20___ il __ ______ tarixindən  20___ il ___  ______ tarixinədək aylıq _____ manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.  Pul vəsaiti bankın ____________ rayon (şəhər) filialındakı şəxsi hesabınıza köçürüləcəkdir.


 

“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindənimtina edilməsi Qaydaları"na


6 nömrəli əlavə

 

Ünvanlı dövlət  sosial yardımın təyin olunmasından imtina edilməsinə dair

 

B İ L D İ R İ Ş

 

№ ____tarix   _______


Hörmətli   ________________________________________

(soyadı, adı, atasının adı)

 

         Ünvanlı dövlət sosial yardımın alınması üçün 20__ il __ _____ tarixli ___nömrəli müraciətinizə cavab olaraq bildiririk ki, ___________________________səbəbindən sizin ailənizə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq sosial yardım təyinatından imtina edilməsi barədə qərardan  inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.