www.mlspp.gov.az
Azərbaycanca   English 25.06.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

Proqram və Layihələr / Layihələr
05.07.2011

“Azərbaycan Respublikasında Əməyin Təhlükəsizliyi və Sağlamlığının (ƏTS) Təkmilləşdirilməsi üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) Dəstək” layihəsi haqqında ümumi məlumat.

Avropa Qonşuluq Siyasəti Təşəbbüsü Proqramının Azərbaycan Respublikası üzrə 2007-ci il üçün İllik Milli Fəaliyyət Planı

Tvinninq layihəsinin nömrəsi AZ09ENP-PCASO10

Tvinninq layihəsinin ümumi məqsədi Azərbaycan Respublikasında sosial müdafiənin təkmilləşdirilməsi məqsədilə ƏTS üzrə qanunvericiliyin həyata keçirilməsinə nəzarəti gücləndirməkdən ibarətdir. Tvinninq layihəsinin məqsədi Əməyin Təhlükəsizliyi və Sağlamlığı sahəsində DƏMX-in potensialının artırılmasndan ibarətdir.

ƏƏSMN-nin nəzdində Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Azərbaycan Prezidentinin 27 yanvar 1997-ci il tarixli (544 -N-li ) fərmanı ilə yaradılmışdır. DƏMX Azərbaycan Respublikasının Konstitusiyasında əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş dövlət qurumudur. İcra hakimiyyəti orqanı kimi onun rol və vəzifələri aşağıda göstərilən sənədlərdə təsvir olunur:

• Əmək Məcəlləsinin 15-ci maddəsi və 
• Nazirlər Kabinetinin 9 fevral 2000-ci il tarixli 20 N-li Əmri (8.1 - 8.10-cu bəndlər)

Onun missiyasına aşağıdakı məsələlər daxildir: 
• ƏTS və iş şəraiti üzrə qanunvericiliyin həyata keçirilməsinə nəzarət
• Qanunvericiliyə uyğun olmayan halların təhqiqatının aparılması və bu hallar nəticəsində baş verən iş qəzalarının qarşısının alınması 


Təklif olunan tvinninq fəaliyyətləri beş komponentə bölünür.

1-ci Komponent: ƏTS-nin idarə edilməsi sistemi üzrə texniki şərtlər hazırlanır:

• ƏTS üzrə Siyasət Çərçivəsinin layihəsi tvinninq layihəsinin fəaliyyətləri üçün vacib başlanğıc nöqtəsini təşkil edir. O, milli sistemlərin DƏMX-in ƏTS üzrə mövcud strukturları, əsasnamələri, müvafiq potensial və prosedurları baxımından ilkin qiymətləndirilməsinə əsaslanacaqdır. Siyasət Çərçivəsi daha sonra layihənin müxtəlif müdaxilə sahələrinin: ƏTS və yoxlamaların idarə edilməsi, monitorinqi, əməliyyat prosedurları, treyninq və əlaqənin bir araya gətirilməsi məqsədini daşıyir. O, həmçinin ümumi ƏTS çərçivəsinin, məsələn, işə götürənin işçi qüvvəsinin sağlamlığı və təhlükəsizliyi üzrə Azərbaycan Respublikasında nəzərdə tutulmuş müstəsna məsuliyyəti baxımından, aydın şəkildə müəyyən edilməsinə də xidmət edəcəkdir.  


2-ci Komponent: ƏTS üzrə yoxlamaların monitorinqi üçün indikatorlar (göstəricilər) hazırlanır

• Monitorinqin təkmilləşdirilməsi istiqamətində ilk addım kimi iş qəzalarının səbəblərinin təsnifatına yenidən baxılacaq. İş qəzalarından başqa zərərli iş şəraiti də hədəf olaraq müəyyən olunacaqdır. Ona görə də, müxtəlif sektorlar üçün əsas risklər nəzərə alınmalıdır. Burada mövcud təsnifat sistemi Almaniya və digər ölkələrdə mövcud olan təsnifatlarla müqayisədə yoxlanılacaqdır. Almaniyadan (və ola bilsin ki, Aİ-nin digər üzv dövlətləridən) müxtəlif sektorlarda üstünlük təşkil edən risklərə dair müvafiq materiallar təsnifat sistemi üçün əsas kimi götürüləcəkdir. 

• Təsnifat sisteminə yenidən baxılmasının nəticələrinə müvafiq olaraq, əmək müfəttişləri üçün Benefisiarın məqsədlərinə uyğun olan metodologiya işlənib hazırlanacaqdır. Qanunvericilikdən əlavə, bu metodologiyada milli ƏTS sistemi, iqtisadi struktur və ümumi ƏTS çərçivəsi də nəzərə alınacaqdır. Bu metodologiya işdə baş verən qəzalar haqqında hesabat verilməsinə yönələcək və ona standartlaşdırılmış hesabat vərəqələri daxil olacaqdır. Bu metodologiyada, həmçinin zərərli şərait və ya hadisələr haqqında müəssisələrdən və digər məlumat mənbələrindən olan və yoxlama əhqiqat tələb edən siqnallar da nəzərə alınacaqdır. 


3-cü Komponent: ƏTS üzrə yeni əməliyyət sənədləri və prosedurlar hazırlanır və əmək müfəttişlərinə onlardan necə istifadə olunması üzrə təlim keçirilir

• Bu layihənin əsas məqsədi əmək müfəttişlərinin işinin əməliyyat (fəaliyyət) əsaslarının təkmilləşdirməsindən ibarətdir. Aİ/BƏMK -in və BƏT-in əmək müfəttişliyi üzrə yanaşmalarına uyğun gələn vacib cəhət inspektorun müəssisədə qabaqlayıcı tədbirlərin səviyyəsinin artırılmasında və dəyişiklik yaradılmasında məsləhətçi və fasilitator (vasitəçi) roludur. 

• Etik Davranış Qaydaları Məcəlləsinin əmək müfəttişlərinin professionallığının artırılmasına həvəsləndirəcəyi və şərait yaradacağı ehtimal olunur. Bu məcəllə Dünya Bankının layihəsi çərçivəsində hazırlanacaqdır və tvinninq layihəsinin treyninq modullarına daxil ediləcəkdir. Etik Davranış Qaydaları Məcəlləsinin həyata keçirilməsi Əmək Müfəttişliyinin əməkdaşlıq etməsini, xüsusilə də sosial tətəfdaşlarla, həmçinin ƏTS sahəsində həm dövlət, həm də qeyri-dövlət sektorundan olan diğər maraqlı tərəflərlə əməkdaşlıq etməsini tələb edir.

• Riskin qiymətləndirilməsi müəssisə səviyyəsində əsas qabaqlayıcı mexanizm kimi bu strategiyaya daxil ediləcəkdir və ƏTS idarəetmə sistemlərinin funksiyası, ümumi idarəetmə sisteminə inteqrasiya edilmiş şəkildə müasir qabaqlayıcı yanaşma kimi gələcəkdə nəzərə alınacaqdır. 

• Modul strukturlu treyninq proqramı layihə qrupu və Benefisiar təşkilatın işçiləri tərəfindən DƏMX-in tələblərinə uyğunlaşdırılmış şəkildə hazırlanacaqdır. Fəallaşdırcı təlim metodlarından, məsələn, ƏTS üzrə nümunənin (və ya müxtəlif nümunələrin) öyrənilməsindən vəvə ya rol oyunlarından istifadə olunacaqdır. 


4-cü Komponent: “Təlimatçıların təlimi” yanaşması vasitəsilə əməyin təhlükəsizliyi və sağlamlığı üzrə treyninq potensialının gücləndirilməsi
 

• Bu komponentdə treyninq strategiyasının hazırlanması və treyninq proqramlarının layihə çərçivəsində həyata keçirilməsi, həmçinin DƏMX daxilində treyninq potensialının üzünmüddətli gücləndirilməsi nəzərdə tutulur. Təlimatçıların Təlimi yanaşması bu istiqamətdə vacib addımdır və davamlılığı təmin edir. 

• Ekspert qrupu mövcud materiallardan və treyninq yanaşmalarından, məsələn, BƏT-in İLİTS sistemindən (Əmək Müfəttişliyi üzrə İnteqrativ Treyninq Sistemi, 2006-cı il) və Əmək Müfəttişləri üçün Vəsitələr Komplektinin (2006-cı il) treyninq hissəsindən istifadə edəcəkdir. Treyninq proqramlarının hazırlanmasında vahid metodologiyadan istifadə olunacaqdır və buraya Benefisiarla sıx əməkdaşlıq şəraitində kurrikulumun (təldris proqramının), treyninq materialların hazırlanması, təlim alacaq şəxslərin seçilməsi, həyata keçirilən treyninqlərin sənədləşdirilməsi və dəyərləndirilməsi də daxil olacaqdır.

• Zərərli iş şəraitinin və iş qəzalarının təhqiqatı üzrə treyninq proqramı geniş şəkildə işlənib hazırlanacaqdır. Treyninqlərə yoxlama səfərlərinin təşkili, hesabat vərəqələrində yoxlamaların hesabatının verilməsi (şablon əsasında və şıfahi şəkildə şərh etməklə) və belə yoxlamaların nəticələrinin uçotunun aparılması, məlumat göstəricilərinin toplanması və prosessinqi metodlarına dair mövzular daxil olacaqdır.


5-ci Komponent: daha səmərəli əlaqə vasitələri yaradılır və sahə yoxlamaları üçün çamadana dair texniki tələblər müəyyən olunur

• Daxili və xaricı əlaqə baxımından DƏMX-in mövcud təşkilatının, strukturunun və fəaliyyətlərinin dərindən və keyfiyyətli şəkildə qiymətləndirilməsi aparılacaqdır. Bu təhlil əsasında təşkilati potensiala, daxili təşkilatlara, əlaqə metodlarına və vasitələrinə, işçilərin bacarıqlarına və zəif cəhətlərin aradan qaldırılması və gələcək inkişaf üçün məlumat sisteminin müsbət cəhətlərinin artırılması məqsədilə DƏMX-in əlaqə sisteminin gələcək cəhətlərinə yönəlmiş lazımı müdaxilələr müəyyən olunacaqdır. Xəbərlər bülleteni, ƏTS-yə dair informasiya üzrə qaynar xətt, konfrans və ya simpoziumlar, müxtəlif hədəf qrupları üçün treyninqlər, sosial dialoq üzrə regional seminarlar və seçilmiş əsas məsələlər üzrə DƏMX-in məlumat kampaniyaları kimi müvafiq informasiya kanalları müəyyən olunacaqdır. 

• Yoxlama fəaliyyətləri üçün müfəttişlərdən iş yerlərində sağlamlıq və təhlükəsizlik risklərinə məruz qalma dərəcəsinin ölçülməsi üçün özləri ilə cihazlar gətirilməsi tələb olunur. Belə risklərə fiziki faktorlar, kimyəvi təhlükələr və bioloji vasitələr, həmçinin laboratoriyalarda hərtərəfli təhlil olunmalı olan erqonomik və digər (qismən ölçülə bilməyən) risklər daxildir. Ona görə də risklərin analizi üçün müəyyən olunan laboratoriyalar üzrə əsas tələblər olacaqdır. 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.