www.mlspp.gov.az
Azərbaycanca   English 19.10.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa Regional İclası keçirilir

Proqram və Layihələr / Dövlət proqramları
24.11.2011
«Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nda nəzərdə tutulmuş ikinci mərhələnin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2011-ci il.


Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı


Azərbaycan Respublikası Prezidentinin 
2011-ci il 15 noyabr tarixli
Sərəncamı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 
2011-2015-ci illər üçün Dövlət Proqramı

1. Giriş

Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın və 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)” icrası olaraq əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasında daxili potensialdan səmərəli istifadə edilməsi, iqtisadiyyatın liberallaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi nəticəsində 2003-cü ilin 1 oktyabr tarixindən 2011-ci ilin 1 yanvar tarixinə olan vəziyyətə respublikada 912899, o cümlədən 654809 daimi iş yeri açılmışdır. Yeni iş yerlərinin 79,1 faizi regionlarda, 87,0 faizi qeyri-dövlət sektorunda, mütləq əksəriyyəti isə qeyri-neft sektorunda yaradılmışdır.

Ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar nəticəsində 2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində dünya ölkələri sırasında ən sürətli irəliləyişə nail olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın 2006-2010-cu illəri əhatə edən birinci mərhələsinin icrası olaraq işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuş, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

2011-ci ilin 1 yanvar tarixinə ölkədə iqtisadi fəal əhalinin sayı 1995-ci illə müqayisədə 25,9 faiz, 2006-cı illə müqayisədə isə 6,7 faiz artaraq 4587,4 min nəfər, məşğul əhalinin sayı müvafiq olaraq 19,8 faiz və 8 faiz artaraq 4329,1 min nəfər təşkil etmişdir.

Son illər iqtisadiyyatda baş verən struktur dəyişiklikləri ilə bağlı dövlət sektorunda çalışanların xüsusi çəkisinin azalması müşahidə olunur və 1995-ci ildə bu göstərici 56,1 faiz olduğu halda, 2010-cu ildə 26,4 faiz təşkil etmişdir. Eyni zamanda, qeyri-dövlət sektorunda çalışanların xüsusi çəkisi 43,9 faizdən 73,6 faizədək artmışdır.

1995-ci ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılan tədqiqatlara əsasən ölkə üzrə işsizlik səviyyəsi 17,2 faiz, 1999-cu ilin əhalinin siyahıya alınmasının məlumatlarına əsasən 16,25 faiz, 2003-cü ildə BMT-nin İnkişaf Proqramının və Beynəlxalq Əmək Təşkilatının iştirakı ilə respublikanın bütün ərazisində əhalinin iqtisadi fəallıq səviyyəsi üzrə keçirilmiş seçmə statistik müayinəyə əsasən 9,7 faiz təşkil etmiş, sonrakı illərdə ilbəil azalmışdır. 2008-ci ildə dünyada baş verən qlobal maliyyə böhranı nəticəsində bir çox dünya ölkələrində, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələrində müşahidə olunan işsizlik səviyyəsinin artımı fonunda ölkəmizdə makroiqtisadi sabitlik qorunmuş və iqtisadi artıma nail olunmuşdur. Belə ki, ölkəmizdə işsizlik səviyyəsi 2009-cu ildə 6,0 faiz və 2010-cu ildə 5,6 faiz təşkil etmişdir.

“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir.

Dövlət Proqramı işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini, investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsini nəzərdə tutur.

2. Dövlət Proqramının məqsəd və vəzifələri

Dövlət Proqramının əsas məqsədi əhalinin səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nda 2011-2015-ci illərdə nəzərdə tutulmuş prioritet istiqamətlərin həyata keçirilməsinin təmin edilməsidir.

Dövlət Proqramının vəzifələri aşağıdakılardan ibarətdir:

makroiqtisadi siyasət və sahibkarlığın inkişafı sahəsində:

- ölkədə makroiqtisadi sabitlik sahəsində əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanmasını dəstəkləyən siyasətin davam etdirilməsi;

- yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi;

- regional iqtisadi əlaqələrin genişləndirilməsi;

- ədalətli rəqabət mühitinin formalaşdırılması və inkişafı;

- elmtutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyaların tətbiq edilməsi;

əmək bazarının tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində:

- təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şəraitin yaradılması;

- qeyri-formal məşğulluğun qarşısının alınması;

- neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsi;

- işsizlərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsi;

- sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafının, eləcə də fərdi əmək fəaliyyəti ilə məşğul olanların (xüsusilə də əmək bazarında gərginlik olan ərazilərdə) iqtisadi həvəsləndirilməsinin təmin edilməsi;

- peşə təhsilinin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması məqsədi ilə bu sahədə ixtisas və ixtisaslaşma təsnifatının təkmilləşdirilməsi;

- peşə hazırlığı, iqtisadiyyatın sahələri üzrə əhalinin məşğulluğu və boş iş yerləri haqqında məlumatı əhatə etməklə, əmək bazarının vəziyyətinə dair analitik-informasiya sisteminin yaradılması və tətbiq olunması;

- işləyənlərin layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqının mərhələli artımının həyata keçirilməsi;

- məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin qiymətləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi;

- əmək qanunvericiliyinə riayət olunmasına səmərəli nəzarətin təmin edilməsi;

- əmək şəraiti və əməyin ödənilməsi müasir tələblərə cavab verən iş yerlərinin yaradılması və mövcud iş yerlərinin səmərəliliyinin artırılması;

- daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi;

- qeyri-neft sektorunda, xüsusilə aqrar, toxuculuq, emal müəssisələri və xidmət sahələrinin inkişafı hesabına yeni iş yerlərinin yaradılması;

- kənd yerlərində sosial və kommunal infrastrukturun inkişaf etdirilməsi yolu ilə əhalinin, xüsusən də gənclərin miqrasiya səviyyəsinin azaldılması;

işçi qüvvəsinə tələbatın stimullaşdırılması və insan kapitalının inkişaf etdirilməsi sahəsində:

- əmək bazarının tələblərini nəzərə alaraq, rəqabət qabiliyyətli ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində peşə təhsili sisteminin təkmilləşdirilməsi;

- iş yerində təhsilin davam etdirilməsi, fasiləsiz peşə təhsili sisteminin daha da təkmilləşdirilməsi, mütərəqqi təhsilalma formalarının (məsafədən (distant), modul tədris və s.) tətbiqi;

- ilk peşə-ixtisas təhsili üçün müasir tələblərə cavab verən təhsil proqramlarının hazırlanması;

- insan amilinin inkişafına yönəldilmiş investisiyaların cəlb edilməsi üçün imkanların müəyyənləşdirilməsi;

- beynəlxalq məşğulluq təsnifatına əsaslanan təkmilləşdirilmiş peşə təsnifatlarının, peşə və təlim standartlarının hazırlanması;

sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun inkişafı sahəsində:

- işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi;

- qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, onlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi, işsiz və işaxtaran qadınların peşə hazırlığı və əlavə təhsilinin təmin edilməsi;

- gənclərin məşğulluğunun artırılması;

- əlillərin cəmiyyətə, o cümlədən əmək bazarına inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması;

- qaçqın və məcburi köçkünlər üçün peşə hazırlığının təmin edilməsi, onlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi;

- cəzaçəkmə müəssisələrindən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə peşə hazırlığı kurslarının təşkil edilməsi;

işaxtaran və işsizlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində:

- işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin ünvanlı dövlət sosial yardım sistemi ilə əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, o cümlədən işsizlərin və onların ailə üzvlərinin təhsil, tibbi və digər xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi;

- sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları üçün yeni iş yerlərinin yaradılması;

- işsizlik müavinətinin minimum məbləğinin mərhələlərlə artırılması;

sosial tərəfdaşlıq prinsiplərinin gücləndirilməsi sahəsində:

- sahə səviyyəsində kollektiv sazişlərin və müəssisə səviyyəsində kollektiv müqavilələrin bağlanılması işinin təşkil edilməsi;

- kollektiv saziş və müqavilələrdə məşğulluğun təmin olunması, kadrların hazırlanması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinin əks etdirilməsi;

- əhalinin məşğulluğunun artırılması sahəsində tədbirlərin sosial tərəfdaşlıq prinsipi əsasında həyata keçirilməsi.

3. Gözlənilən nəticələr

Dövlət Proqramında 2011-2015-ci illər üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

- səmərəli məşğulluq siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması;

- əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şərait yaradılması, kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və əlavə təhsil şəbəkəsinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması;

- işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi;

- əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional mühitin təkmilləşdirilməsi;

- yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin formalaşdırılması;

- struktur islahatların dərinləşdirilməsi, investisiya fəallığının artırılması;

- insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsi.

4. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı

Dövlət Proqramının maliyyə təminatını dövlət büdcəsinin vəsaiti və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr təşkil edir.

5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

Tədbirin adı

İcraçılar

İcra müddəti
(illər üzrə)

1

2

3

4

Makroiqtisadi siyasət və sahibkarlığın inkişafı

 

1.1.

Sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə regionlarda güzəştli şərtlərlə kreditlərin verilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi

İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2011-2015

 

1.2.

 

Sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün ilkin  kapitalın formalaşdırılması məqsədi ilə  dəstək mexanizmlərinin yaradılması

 

Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi

 

2011-2015

 

1.3.

 

Regionlarda məşğulluğun artırılması məqsədi ilə inzibati rayon və şəhərlərin iqtisadi xüsusiyyətlərinə uyğun yeni istehsal və emal müəssisələrinin yaradılması və fəaliyyətini dayandırmış müəssisələrin bərpası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi

 

İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

2011-2015

 

1.4.

 

Azərbaycan Respublikasında biznes mühitinin  yaxşılaşdırılması məqsədi ilə investorlar üçün ölkənin cəlbedici olmayan regionlarında yeni iş yerlərinin açılmasına şərait yaradılması  ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi

 

İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

2011-2015

 

1.5.

 

Yeni iş yerlərinin yaradılması üçün regionlara  investorların cəlb edilməsi məqsədi ilə investisiya imkanlarının araşdırılması və xarici investorlara təqdim ediləcək konkret investisiya təkliflərinin hazırlanması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi

 

İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, yerli icra hakimiyyəti orqanları

 

2011-2015

 

1.6.

 

Dövlət satınalmaları ilə əlaqədar keçirilən müsabiqələrdə yerli mallara (işlərə və xidmətlərə) münasibətdə qanunvericiliyə  uyğun olaraq  güzəştlərin tətbiqi

 

Satınalmalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

 

2011-2015

 

1.7.

 

Dövlət satınalmalarında rəqabət və iştirakçılığın artırılması məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

 

Satınalmalar üzrə Dövlət Agentliyi

 

2011-2015

 

1.8.

 

Sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədi ilə təsərrüfat subyektlərinin qeydiyyatı sisteminin təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi

 

Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

 

2011-2015

 

1.9.

 

Ədalətli rəqabət mühitinin formalaşdırılması məqsədi ilə qanunsuz sahibkarlığın və vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi

 

Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti

 

2011-2015

 

1.10.

 

Sahibkarların kreditləşdirilməsi zamanı ilk növbədə innovasiyalar tətbiq olunan yeni iş yerlərinin yaradılmasına yönəldilmiş layihələrə üstünlük verilməsi

 

İqtisadi İnkişaf Nazirliyi, aidiyyəti dövlət orqanları

 

2011-2015

 

1.11.

 

Sahibkarlıqla məşğul olan şəxslərin məlumatlandırılması və vergi öhdəliklərinin yerinə yetirilməsinə əlverişli şəraitin yaradılması məqsədi ilə kompyuter terminalları şəbəkəsinin genişləndirilməsi

 

Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

 

2011-2015

 

1.12.

 

Elmtutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyaların tətbiq edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi

 

İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Milli Elmlər Akademiyası

 

2011-2015

 

1.13.

 

Ölkədə keyfiyyətə nəzarət infrastrukturunun  və bu sahədə texniki tənzimlənmə sisteminin qabaqcıl beynəlxalq tələblərə  uyğunlaşdırılması və istehsalçıların xarici bazarlara çıxışının təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi

 

İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

 

 

 

 

2011-2015

 

1.14.

 

Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı hazırlıq işləri çərçivəsində texniki tənzimləmə, standartlaşdırma və sertifikatlaşdırma sistemlərinin təkmilləşdirilməsinə dair tədbirlərin həyata keçirilməsi

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi

 

2011-2015

 

1.15.

 

İxrac yönümlü məhsul istehsalının genişləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi

 

İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

 

2011-2015

 

1.16.

 

Kiçik sahibkarlıq subyektlərində yeni texnologiyaların tətbiqinin stimullaşdırılması və yerli xammaldan istehsal olunan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi

 

İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

 

2011-2015

 

1.17.

 

Əhalinin  məşğulluq imkanlarının yüksəldilməsi məqsədi ilə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və bu sahədə savadlılığın artırılması üçün müvafiq tədbirlərin görülməsi

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

 

2011-2015

 

1.18.

 

Regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində kooperasiyanın inkişafı istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi

 

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra  hakimiyyəti orqanları

 

2011-2015

 

1.19.

 

Aqroservis xidmətinin inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasından istifadə imkanlarının yaxşılaşdırılması məqsədi ilə aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi

 

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

2011-2015

 

1.20.

 

Kənd əhalisinin  torpaq sahələrindən səmərəli istifadə etməsi məqsədi ilə meliorasiya-irriqasiya sisteminin inkişafı sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi

 

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

2011-2015

 

1.21.

 

Toxumçuluq, tingçilik və damazlıq təsərrüfatlarının inkişaf etdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi

 

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

2011-2015

 

2. Əmək bazarının tənzimlənməsinin təkmilləşdirilməsi

 

 

2.1.

 

Əmək münasibətləri, əməyin mühafizəsi, əhalinin məşğulluğu və əmək miqrasiyası sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

 

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həmkarlar ittifaqlarını və işəgötürənlər birliklərini cəlb etməklə

 

2011-2014

 

2.2.

 

Sosial müdafiəyə xüsusi ehtiyacı olan  və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin edən işəgötürənləri həvəsləndirmək məqsədi ilə təkliflərin hazırlanması

 

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi

 

2011-2013

 

2.3.

 

Ölkədə əhalinin məşğulluğunun artırılması məqsədi ilə sahibkarlığın inkişafı və regionların investisiya cəlbediciliyinin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi

 

İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

2011-2015

 

2.4.

 

Əmək qanunvericiliyinə riayət olunmasına nəzarətinin gücləndirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmkarlar ittifaqlarını və işəgötürənlər birliklərini cəlb etməklə

 

daimi

 

2.5.

 

Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın hazırlanması

 

 

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi həmkarlar ittifaqlarını və işəgötürənlər birliklərini cəlb etməklə

 

2012-2013

 

2.6.

 

Sahə səviyyəsində kollektiv sazişlərin və müəssisə səviyyəsində kollektiv müqavilələrin bağlanılması işinin həyata keçirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmkarlar ittifaqlarını və işəgötürənlər birliklərini cəlb etməklə

 

mütəmadi

 

2.7.

 

Kollektiv saziş və müqavilələrdə məşğulluğun təmin olunması, kadrların hazırlanması, əlavə təhsili və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinin əks etdirilməsi

 

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmkarlar ittifaqlarını və işəgötürənlər birliklərini cəlb etməklə

 

2011-2015

 

2.8.

 

Müvafiq iqtisadi sahələr üzrə təhlükəsiz və sağlam iş yerlərinin standartlarının hazırlanması üzrə tədbirlərin həyata keçirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həmkarlar ittifaqlarını və işəgötürənlər birliklərini cəlb etməklə

 

2011- 2015

 

2.9.

 

İşləyən şəxslərin layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi

 

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmkarlar ittifaqlarını və işəgötürənlər birliklərini cəlb etməklə

 

2011- 2015

 

2.10.

 

Əmək bazarının mövcud vəziyyətinin, məşğulluq və işsizlik səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə iqtisadi rayonlar üzrə müvafiq araşdırmaların aparılması

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi

 

mütəmadi

 

2.11.

 

Əmək bazarının statistik tədqiqi, məşğulluq və işsizlik səviyyəsinin müəyyən edilməsi məqsədi ilə ev təsərrüfatlarının ümumi sayının ən azı bir faizini əhatə etməklə hər rüb  "Əhalinin iqtisadi fəallığına dair" statistik müşahidənin aparılması

 

Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

mütəmadi

 

2.12.

 

Beynəlxalq təcrübəyə əsaslanaraq məşğulluq və əmək qanunvericiliyinə nəzarət  üzrə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi mexanizminin yaradılması

 

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2011-2013

 

2.13.

 

İşsizlərin sosial müdafiəsinin gücləndirilməsi, onların peşə hazırlığına və əlavə təhsilə cəlb edilməsi yolu ilə kadr potensialının inkişaf etdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

 

2011-2015

 

2.14.

 

İşsizlər üçün yeni məsləhət xidmətlərinin həyata keçirilməsi, əmək birjalarının fəaliyyətinin təkmilləşdirilməsi, əmək yarmarkalarının keçirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2011-2015

 

2.15.

 

İşsiz və işaxtaran şəxslərin əmək bazarına daxil olmaları üçün köməkliyin göstərilməsi, o cümlədən əlillərin müvafiq iş yerləri ilə təmin edilməsi məqsədi ilə boş iş yerləri (vakansiyalar) haqqında vahid informasiya bazasının təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi

 

2011-2012

 

2.16.

 

İşaxtaran və işsiz şəxslər arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə yardım edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

 

2011-2015

 

2.17.

 

Ümumi təhsil müəssisələrində mövcud tədris yükü çərçivəsində peşəyönümü sisteminin inkişaf etdirilməsi, özünüməşğulluq və sahibkarlıq fəaliyyətinə dair tədris kurslarının təşkili

 

 

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

 

2011-2015

 

2.18.

 

Respublikanın əmək bazarında xarici işçi qüvvəsinin iştirakının tənzimlənməsi, ölkə daxilində əməkçi miqrantların hüquqlarının qorunması və bu sahədə nəzarət işinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə

 

2011-2015

 

 

2.19.

 

Yuxarı sinif şagirdlərinin əmək vərdişlərinə yiyələnməsi üçün  ilk peşə-ixtisas təhsili müəssisələrinin baza və potensialından daha geniş istifadə olunması

 

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2011-2015

 

3. İşçi qüvvəsinə  olan tələbatın stimullaşdırılması və insan kapitalının

inkişaf   etdirilməsi

 

3.1.

 

Əmək bazarında yaranmış vəziyyətin təhlili və  proqnozlaşdırılması, müxtəlif ixtisaslı kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədi ilə tədqiqatın aparılması

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi

 

2011-2012

 

3.2.

 

 

 

 

 

 

 

Əmək bazarının tələblərini nəzərə alaraq, rəqabət qabiliyyətli ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində peşə təhsili sisteminin təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi

 

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

 

 

 

2011-2015

 

3.3.

 

 

 

 

 

 

 

İş yerində təhsilin davam etdirilməsi, fasiləsiz təhsilin və distant təhsilalma formasının  tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi

 

 

 

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

 

2011-2015

 

3.4.

 

Peşə hazırlığı və əlavə təhsil  sahəsində qabaqcıl və mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi

 

 

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

 

2011-2015

 

3.5.

 

Biznesin təşkili və sahibkarlıq fəaliyyəti üzrə maarifləndirmə işinin aparılması məqsədilə regionlarda ilk peşə-ixtisas təhsili müəssisələrində və təlim mərkəzlərində müvafiq təlimlərin təşkili

 

 

Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

2011-2015

 

3.6.

 

Beynəlxalq məşğulluq təsnifatına əsaslanan təkmilləşdirilmiş peşə və təlim standartlarının hazırlanması və tətbiqi

 

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi

 

2012-2014

 

3.7.

 

Əmək bazarında tələb olunan peşələr üzrə modul təlim proqramlarının hazırlanması və tətbiq edilməsi

 

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2011-2015

 

3.8.

 

Əmək təhlükəsizliyi standartlarının tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmkarlar ittifaqlarını və işəgötürənlər birliklərini cəlb etməklə

 

2011-2015

 

3.9.

 

İşsiz və işaxtaran şəxslərin əmək bazarına daxil olmağa hazırlanması, təhsil müəssisələrində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması və bu məqsədlə  ali və orta ixtisas təhsili müəssisələrində müvafiq tədrisin təşkil olunması

 

Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2011-2015

 

3.10.

 

Dövlət qulluqçularının əlavə təhsilinin təşkili sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

 

mütəmadi

 

3.11.

 

Ümumi və ilk peşə-ixtisas  təhsili sahəsində çalışan müəllimlər üçün əlavə təhsilin müasir modellərinin tətbiqinin genişləndirilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi

 

Təhsil Nazirliyi

 

2011-2013

 

3.12.

 

İnsan potensialının inkişafına yönəldilmiş investisiyaların qiymətləndirilməsi ilə bağlı müvafiq araşdırmaların aparılması

 

İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası həmkarlar ittifaqlarını və işəgötürənlər birliklərini cəlb etməklə

 

mütəmadi

 

4. Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun inkişafı

 

4.1.

 

İşə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə kömək edən tədbirlərin həyata keçirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2011-2015

 

4.2.

 

 

 

 

 

 

 

 

 

Qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi  məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi

 

 

 

 

 

 

İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,   yerli icra hakimiyyəti orqanları

 

2011-2015

 

 

 

 

 

 

 

 

 

4.3.

 

İşaxtaran qadınların peşə hazırlığı və əlavə təhsilinin təmin edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi

 

 

İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,   yerli icra hakimiyyəti orqanları

 

2011-2015

 

 

4.4.

 

Gənclərin məşğulluğunun inkişaf etdirilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi

 

 

Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi

 

2011-2015

 

4.5.

 

İşaxtaran və işsiz şəxslərin, xüsusilə də gənclərin kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün kiçik həcmli kreditlərin verilməsinin dəstəklənməsi

 

İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2011-2015

 

 

4.6.

 

Gənclər üçün "məktəbdən işə keçid" prosesini asanlaşdırmaq, eləcə də gənclər və digər  yaş qrupuna aid şəxslər üçün peşəkar istiqamətləndirmə və karyeranın inkişafı sahəsində məsləhət xidmətlərinin təşkili üzrə tədbirlərin həyata keçirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

 

2011-2013

 

4.7.

 

Gənclər, valideyn himayəsindən məhrum olan xüsusi internat məktəblərini bitirmiş şəxslər üçün peşəyönümü və karyeranın inkişaf proqramlarının işlənib hazırlanması

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

 

 

2011-2013

 

4.8.

 

Gənclərin əmək vərdişlərinə yiyələnmələri və iqtisadi fəaliyyətin əsaslarını öyrənmələri üçün metodiki vəsaitlərin və təlim proqramlarının hazırlanması

 

Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

 

2011-2015

 

 

 

 

 

4.9.

 

Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

 

 

2011-2015

 

4.10.

 

Əlillər üçün xüsusiləşdirilmiş modul tipli peşə təlimi proqramlarının hazırlanması və həyata keçirilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

 

2011-2015

 

 

 

 

 

4.11.

 

Əlillərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə güzəştli kreditlərin verilməsinin dəstəklənməsi

 

 

İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2011-2012

 

4.12.

 

Əlillərin məşğulluğunun təmin edilməsi işinin gücləndirilməsi məqsədi ilə regionlarda əlillər üçün münasib ixtisaslaşdırılmış istehsal sahələrinin yaradılmasının dəstəklənməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

2011-2015

 

4.13.

 

İşsizlərin, o cümlədən əlillərin səmərəli məşğulluğunun təmin edilməsi məqsədi ilə psixoloji və peşəyönümü testlərinin hazırlanması

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

 

2011-2012

 

4.14.

 

Qaçqın və məcburi köçkünlər üçün peşə hazırlığının təmin edilməsi, onların arasında özünüməşğulluğun inkişaf etdirilməsinə dair müvafiq köməkliyin göstərilməsi

 

 

İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

 

daimi

 

4.15.

 

Cəzaçəkmə müəssisələrindən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə həmin  müəssisələrdə peşə hazırlığı kurslarının təşkil edilməsi və istehsal sahələrinin genişləndirilməsi

 

Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Təhsil Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə

 

2011-2015

 

4.16.

 

Cəzaçəkmə müəssisələrindən buraxılacaq qadınların və yetkinlik yaşına çatmayanların peşə hazırlığı ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi

 

 

Ədliyyə Nazirliyi, Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

 

2011-2015

 

 

 

 

 

 

 

5. İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi

 

5.1.

 

İşsizlik müavinətinin minimum məbləğinin mərhələlərlə artırılması

 

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

 

2011-2015

 

5.2.

 

İşaxtaran və işsiz şəxslərə peşə hazırlığı və əlavə təhsili müddətində verilən təqaüdün minimum məbləğinin mərhələlərlə artırılması

 

 

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

 

2011-2015

 

5.3.

 

İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin ünvanlı dövlət sosial yardım sistemi ilə əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, o cümlədən işsiz şəxslərin və onların ailə  üzvlərinin təhsil, tibbi və digər xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi,  Səhiyyə Nazirliyi

 

mütəmadi

 

6. Yekun müddəa

 

 

 

6.1.

 

"Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın icra edilməsi barədə hesabatın hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi

 

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2016

aprel

 

 


Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.