www.mlspp.gov.az
Azərbaycanca   English 23.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

Qanunvericilik / Strateji Yol Xəritələri

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin Tədbirlər Planında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş vəzifələrin icrası ilə bağlı


Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilmişdir.

Strateji yol xəritələrinin Tədbirlər Planında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müəyyən edilmiş vəzifələrin icrası məqsədilə Nazirliyin 23 iyun 2017-ci il tarixli 17020032225 nömrəli əmri il İş Planları  (cəmi 7 İş Planı) təsdiq edilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ümumilikdə 7 strateji yol xəritəsi üzrə tapşırıqlar müəyyən edilmişdir. (“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” (cəmi 4 tədbir), “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” (cəmi 11 tədbir), “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” (cəmi 2 tədbir), “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” (cəmi 17 tədbir), “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair  Strateji Yol Xəritəsi” (cəmi 4 tədbir), “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” (cəmi 6 tədbir) , “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair  Strateji Yol Xəritəsi” (cəmi 2 tədbir)  (Ümumilikdə: 46 tədbir)).

Bununla yanaşı, Strateji yol xəritələrinin “İcra, monitorinq və qiymətləndirmə” bölməsinə əsasən müvafiq yol xəritələrinin Tədbirlər Planında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas icraçı olduğu tədbirlər üzrə (ümumilikdə 3 tədbir) Nazirliyin müvafiq struktur bölmələrinin və  həmicraçı kimi müəyyən edilmiş  digər qurumların nümayəndələrindən ibarət aşağıdakı işçi qrupları yaradılmışdır:

1. Azərbaycan Respublikasında peşə təhsili və təlimin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.1.1-ci yarımbəndi (Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması) üzrə İşçi Qrupu (İşçi qrupun rəhbəri Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov);

Qeyd: bu yarımbənd üzrə digər icraçı qurumlar: Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

- dəvət olunan qurumlar: Mədəniyyət Nazirliyi və Dövlət Statistika Komitəsi

2. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 9.3.3-cü yarımbəndi (Kəndin sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakının təmin edilməsi) üzrə İşçi Qrupu  (işçi qrupun rəhbəri Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva);

Qeyd: bu yarımbənd üzrə digər icraçı qurumlar: Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı şəhər, Sumqayıt şəhər və  Abşeron rayon  İcra Hakimiyyətləri

3. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik  enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.1.5-ci yarımbəndi (Kommunal xidmətlər sektorunda kadr potensialının təkmilləşdirilməsi) üzrə İşçi Qrupu (işçi qrupun rəhbəri Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli)

Qeyd: bu yarımbənd üzrə digər icraçı qurumlar: Təhsil Nazirliyi

Strateji yol xəritələrinin “İcra, monitorinq və qiymətləndirmə” bölməsinə əsasən İşçi qrupların hesabat toplantıları əsas icraçı təşkilatın rəhbərliyi ilə rüblük əsasda keçirilir. İclaslarda rüb ərzində görülmüş işlər və növbəti dövr üçün nəzərdə tutulmuş fəaliyyətlər müzakirə edilir. İşçi qruplar illik tədbirlər planı əsasında fəaliyyət göstərirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas icraçı olduğu bəndlər üzrə yaradılmış işçi qrupların 11, 12 iyul, 3 avqust, 16, 19 və 20 oktyabr tarixlərində iclasları  keçirilmişdir. İşçi qrupların tədbirlər planları və 2017-ci ilin birinci yarısınadək görülmüş işlər barədə hesabatlar yol xəritələri üzrə əlaqələndirici qurumlara təqdim edilmişdir.

Bununla yanaşı, Nazirliyin həmicraçı olduğu bəndlər üzrə digər qurumlarda yaradılmış işçi qurupların işində nazirliyin əməkdaşları fəal iştirak etmiş, bu bəndlərlə bağlı təklifləri əsas icraçı qurumlara təqdim etmişlər.


Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi

 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.