www.mlspp.gov.az
Azərbaycanca   English 12.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

Qanunvericilik / Təlimatlar, Qaydalar
11.12.2017

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması,
bir növündən başqa növünə keçirilməsi 
və ödənilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi məsələlərini tənzimləyir.

1.2. Qaydalarda Qanunun məqsədləri üçün müəyyən edilən əsas anlayışlardan istifadə olunur.

1.3. 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir.

2. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciətlərə baxılması

2.1. Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər.

2.2. Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə) əlavə edilir.

2.3. Müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin pensiya təyin olunması üçün müraciəti “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi üçün sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında” Təlimata uyğun olaraq cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə təqdim edilir.

2.4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur.

2.5. Xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları əmək pensiyasının təyin edilməsi barədə müraciəti və sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə Fonda təqdim edirlər.

2.6. Azərbaycan Respublikası tərəfindən pensiya təminatı sahəsində imzalanmış beynəlxalq müqavilələr üzrə pensiya təyinatı ilə bağlı müraciətlər və sənədlər həmin müqavilələrdə müəyyən edilmiş səlahiyyətli qurumlar tərəfindən Fonda təqdim edilir.

2.7. Pensiya təyin edilməsi barədə müraciət kağız üzərində edildikdə Şöbənin və ya İdarənin işçisi tərəfindən müraciət 1 (bir) iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (bundan sonra MİS) Pensiya Alt Sisteminə (bundan sonra PAS) daxil olunur və gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bu barədə bildiriş (3 nömrəli Əlavə) Müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir.

2.8. Şəxsin sosial sığorta üzrə məlumatları fərdi şəxsi hesabında tam əks olunduğu halda o, (güzəştli şərtlərlə pensiya hüququ qazananlar istisna olmaqla) pensiya təyinatı barədə elektron müraciət edə bilər. Şəxsin pensiya təyinatı barədə elektron müraciəti PAS-da dərhal qeydə alınır və bu barədə bildiriş (3 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir.

2.9. Şöbənin və ya İdarənin Pensiya üzrə komissiyası (bundan sonra Komissiya) 2 (iki) iş günü ərzində müraciətlə bağlı çatışmayan sənədlərin olduğunu müəyyən etdikdə bu barədə məlumatı PAS-a daxil edir, PAS tərəfindən hazırlanmış bildirişi (4 nömrəli Əlavə) gücləndirilmiş elektron imza ilə təsdiqləyərək, müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərir və ya bildirir.

2.10. Pensiyanın təyin olunması üçün çatışmayan sənədlər təqdim edildikdən sonra Şöbənin və ya İdarənin Pensiya təyinatı sektorunun işçisi 1 (bir) iş günü ərzində onu PAS-a daxil edir, sənədlər tam təqdim edildikdən sonra gücləndirilmiş elektron imzası ilə təsdiqləyir və bu barədə bildiriş (3 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir.

2.11. Müraciət kağız üzərində olduqda sənədlər PAS-a daxil edildikdən sonra 9 (doqquz) iş günü ərzində, elektron müraciət edildikdə isə 1 (bir) iş günü ərzində komissiya üzvləri öz rəylərini PAS-a daxil edərək gücləndirilmiş elektron imzaları ilə təsdiqləyirlər. Komissiyanın bütün üzvləri tərəfindən rəylər təsdiqləndikdən sonra sadə səs çoxluğu ilə qərar (5 və 6 nömrəli Əlavələr) qəbul edilir.

2.12. Gün ərzində Komissiya tərəfindən qəbul olunmuş qərarları özündə əks etdirən PAS tərəfindən hazırlanmış protokol (7 nömrəli Əlavə) Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

2.13. Müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, Şöbə və ya İdarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi (8 nömrəli Əlavə) 5 iş günü ərzində imtinanın səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir.

2.14. Bu Qaydalara uyğun olaraq əmək pensiyası təyin edilməsi və yaxud təyin edilməsindən imtina edilməsi barədə məlumatlar PAS-da saxlanılır.

3. Sosial sığorta stajının hesablanması proseduru

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir:

3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;

3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.

3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:

3.2.1. əmək kitabçası;

3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;

3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə);

3.2.4. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi;

3.2.5. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə);

3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər.

3.3. İş stajı üzrə məlumatlar PAS-a aşağıdakı kimi daxil edilir:

3.3.1. bu Qaydalar qüvvəyə mindiyi günədək işləyən şəxslər üçün işəgötürən tərəfindən;

3.3.2 bu Qaydalar qüvvəyə mindiyi günədək işləməyən şəxslər üçün Şöbənin və ya İdarənin işçisi tərəfindən;

3.3.3. sığorta stajı məhkəmə qaydasında müəyyən edilən şəxs üçün Şöbənin və ya İdarənin işçisi tərəfindən.

3.4. Məlumatları PAS-a daxil edən istifadəçi (işəgötürən yaxud Şöbənin və ya İdarənin işçisi) iş stajını təsdiq edən sənədin skan edilmiş surətini bu sənəd üzrə məlumatlarla birlikdə PAS-a daxil edərək gücləndirilmiş elektron imzası ilə təsdiq edir.

3.5. 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

3.7. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir.

3.8. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir.

3.9. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. .

3.10. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər Sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir.

 4. Əmək pensiyalarının təyin edilməsi

 4.1. Yaşa görə əmək pensiyası hüququ

 

4.1.1. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

4.1.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

 

Misal 1. 1954-cü il 20 iyul tarixində anadan olmuş, 30 il sığorta stajı olan kişinin 63,5 yaşında, yəni 2018-ci il 20 yanvar tarixində yaşa görə əmək pensiyası hüququ yaranır.

Misal 2. 1958-ci il 15 iyul tarixində anadan olmuş, 18 il sığorta stajı olan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən sığortaolunan qadının 61,5 yaşda, yəni 2020-ci il 15 yanvar tarixində yaşa görə əmək pensiyası hüququ yaranır.

4.1.3. Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na əsasən istənilən şəxs üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırılmaqla və ya fərdi hesabın sığorta hissəsinə azı əmək pensiyasının minimum məbləğinə təminat verən məbləğdə əlavə vəsait ödənilməklə pensiya hüququ əldə edilə bilər.

Misal 3. 1957-ci il 15 iyul tarixində anadan olmuş qadın yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2018-ci ilin 27 fevralında müraciət edir. Onun müraciət etdiyi tarixə 8 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 21187 manat pensiya kapitalı vardır. 2017-ci il 1 iyulundan - 2018-ci ilin 30 iyununadək olan dövrdə qadınlara yaşa görə pensiya təyin edilməsi üçün (21 187 / 144 = 147,3 > 110) yaş həddi 60,5 yaş müəyyən edildiyindən və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müraciət anında əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdiyi üçün, onun yaşa görə pensiya hüququ 2018-ci il 15 yanvar tarixindən yaranır.

Misal 4. 1954-cü il 1 sentyabr tarixində anadan olmuş, 23 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 13 000 manat pensiya kapitalına malik olan kişi 2018-ci ilin 1 oktyabrında yaşa görə pensiya təyin olunması üçün müraciət edir. 2018-ci ilin sentyabr ayının 1-də Qanunla yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinə (64 yaş) çatmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas vermədiyi və həmçinin sığorta stajı 25 ildən az olduğu üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmır.

Əgər bu şəxs ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırarsa, onun həmin gündən yaşa görə əmək pensiyası hüququ yaranır.

4-cü misaldakı sığortaolunan kişinin pensiya hüququ fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdikdə və ya azı 25 il sığorta stajına malik olduqda yarana bilər. Bu zaman əmək pensiyası həmin şəxsə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının və ya 25 il sığorta stajının tamamlandığı gündən təyin ediləcəkdir.

4.1.4. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ yaranır.

Misal 5. 1963-cü il 18 avqust tarixində anadan olmuş və altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş sığortaolunan qadın 2018-ci ilin 25 avqustunda əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Müraciət etdiyi gün onun 12 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 10000 pensiya kapitalı qeydə alınmışdır. O, 2018-ci ilin fevralın 18-də yaşa görə pensiya təyin edilməsi üçün Qanunla müəyyən edilmiş 54 il altı ay (01.07.2017-30.06.2018-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 60,5 il pensiya yaş həddi 6 il, yəni hər uşağa görə 1 il azaldılmaqla) yaşa çatmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun yaşa görə pensiya hüququ yaranmır.

5-ci misalda göstərilən sığortaolunan qadının pensiya hüququ fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdikdə və ya azı 25 il sığorta stajına malik olduqda yarana bilər. Bu zaman əmək pensiyası həmin şəxsə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının və ya 25 il sığorta stajının tamamlandığı gündən təyin ediləcəkdir.

Misal 6. 1964-cü il 18 iyul tarixində anadan olmuş yeddi uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 29800 manat təşkil edir. Həmin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün onun 53 il altı ay yaş həddinin (01.07.2017-30.06.2018-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 60,5 il pensiya yaş həddi 7 il, yəni hər uşağa görə 1 il azaldılmaqla) tamam olduğu 2018-ci il 18 yanvar tarixindən yaşa görə əmək pensiyası hüququ yaranır.

4.1.5. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Misal 7. 1964-cü il 20 avqust tarixində anadan olmuş sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ananın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 30130 manat təşkil edir. Həmin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdiyi üçün onun stajından asılı olmayaraq 57 il 6 ay yaş həddinin (01.07.2021-30.06.2022-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 62,5 il pensiya yaş həddi 5 il azaldılmaqla) tamam olduğu 20 fevral 2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.

4.1.6. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi halda və ya azı 25 il sığorta stajı olduqda Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla bu şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır.

Misal 8. 1959-cu il 14 noyabr tarixində anadan olmuş kişinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün onun sığorta stajından asılı olmayaraq 58 il altı ay yaş həddinin (01.07.2017-30.06.2018-ci il tarixədək olan dövr üçün kişilər üzrə müəyyən edilmiş 63 il 6 ay pensiya yaş həddi 5 il azaldılmaqla) tamam olduğu 2018-ci il 14 may tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.

4.1.7. Qanunun 9.1-ci maddəsinə uyğun olaraq axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

4.1.8. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Misal 9. 60 yaşlı kişi 2017-ci il 22 avqust tarixində Qanunun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması üçün müraciət etmişdir. O, 25 ildən artıq ümumi sığorta stajına malikdir, bu müddətin 12 il 6 ayını dəniz şəraitində quyuların əsaslı təmiri üzrə qazmaçı peşəsində işləmişdir və fərdi hesabının sığorta hissəsində 37300 manat pensiya kapitalı vardır.

Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın X bölməsinin (“Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı”) 10.2-ci bəndində nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, onun müraciət etdiyi gün yaşa görə əmək pensiyası hüququ vardır.

Misal 10. Yuxarıdakı misalda qeyd olunan kişinin Qanunla tələb edilən sığorta stajına (ümumi və xüsusi) malik olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi halda onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.

4.1.9. Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir.

Misal 11. 1965-cı il 18 avqust tarixində anadan olmuş kişi 11.10.2005-ci il tarixədək 23 il ümumi sığorta stajı qazanmışdır və bu stajın 10 il 3 ayını Bakı polad tökmə zavodunda polad tökücüsü vəzifəsində işləmişdir.

2006-cı ilin 1 yanvarınadək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, 52 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdirlər.

Misalda qeyd edilən kişinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 20 il ümumi və 1 nömrəli Siyahı üzrə 10 il sığorta stajı olduğundan, ona yaşa görə əmək pensiyası Qanunun 9.8-ci maddəsinə uyğun olaraq 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş Qanunun 13-cü maddəsinin “a” bəndi ilə müəyyən edilmiş 52 yaşa çatdığı 2017-ci ilin 18 avqustundan təyin edilməlidir.

4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

Misal 12. 2017-ci il 15 iyul tarixdə 54 yaşı olan kişi 30 aprel 2009-cu il tarixədək 20 il ümumi sığorta stajına, o cümlədən 13 il 8 ay güzəştli şərtlərlə sığorta stajına malikdir. O, 2017-ci ilin dekabrın 5-də “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən yaşa görə pensiya təyin olunması üçün müraciət etmişdir.

13 il 8 ay güzəştli sığorta stajı olmasına baxmayaraq, 20 il ümumi sığorta stajını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixdən sonra, 30 aprel 2009-cu il tarixədək qazandığı üçün onun Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ yoxdur. Həmin kişinin güzəştli şərtlə pensiya hüququ 60 yaşına çatdıqda, ümumi sığorta stajı 25 il olduqda və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə yarana bilər.

4.1.11. 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.

Misal 13. 1964-cü il 18 iyun tarixdə anadan olmuş yeddi uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının 10 il sığorta stajı olmaqla fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5000 manatdır. O, 2017-ci il 17 iyulunda yaşa görə pensiya təyin olunması barədə müraciət etmişdir. Qadına yaşa görə pensiya 53 yaşının tamam olduğu 2017-ci il 18 iyun tarixindən Qanunun həmin dövrdə qüvvədə olmuş normalarına uyğun təyin edilməlidir.

Misal 14. 63 yaşı 2016-cı il 10 iyununda tamam olmuş kişinin 13 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 10000 manat pensiya kapitalı vardır. O, 01 avqust 2017-ci il tarixdə yaşa görə pensiya təyinatı üçün müraciət etmişdir. Onun yaşa görə pensiya hüququ 01 iyul 2017-ci il tarixdən əvvəl yarandığı üçün ona Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında 2016-cı il 10 iyun tarixindən yaşa görə pensiya təyin olunmalıdır.

 

4.2. Yaşa görə əmək pensiyalarının hesablanması

 

4.2.1. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir.

4.2.2. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

Misal 15. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır:

(27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat.

4.2.3. 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir.

Misal 16. 15-ci misaldakı sığortaolunanın 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının 01.01.2017-ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.

 

Misal 17. 18 fevral 2018-ci il tarixdə 63 il 6 ay yaş həddi, 33 il 4 ay sığorta stajı (o cümlədən 29 il 5 ayı 01.01.2006-cı il tarixədək, 3 il 11 ayı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı günədək qazanmışdır) sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 22971,6 manat (o cümlədən 19522,36 manatı 01.01.2006-cı il tarixədək, 3449,24 manatı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək qazanmışdır) pensiya kapitalı olan sığortaolunan kişinin yaşa görə əmək pensiyasının sığorta hissəsi bu Qaydaların 4.2.1-ci yarımbəndində göstərilən SH= PSK/T düsturuna müvafiq olaraq 22971,6/144 = 159,53 manat məbləğində hesablanır.

Misal 18. 18 avqust 2017-ci il tarixdə 63 yaşı, 20 il 9 ay (o cümlədən 11 ili 01.01.2006-cı il tarixədək, 9 il 9 ayı isə 01.01.2006-cı il tarixdən sonra pensiya hüququnun yarandığı tarixədək) sosial sığorta stajı olan kişi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 18 fevral 2018-ci il tarixdə müraciət edir. Onun 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixə fərdi hesabının sığorta hissəsində 12000 manat pensiya kapitalı qeydə alınmışdır.

Bu halda Qaydaların 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərinə əsasən həmin sığortaolunanın 63 il 6 ay yaş həddinin tamam olduğu 18 fevral 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Qaydaların 4.2.2-ci yarımbəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 11 il ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan 3366 manat (11 il tam iş stajı x 306 manat=3366 manat) pensiya kapitalı indeksləşdirilərək 2017-ci ilin sonuna 7300,15 manat müəyyənləşdirilir (2017-ci ilin yekunlarına görə orta aylıq nominal aylıq əmək haqqının artım tempi əsasında indeksləşdirmə nəzərə alınmaqla bu məbləğ daha böyük olacaqdır). Beləliklə, müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış cəmi pensiya kapitalı 19300 manat təşkil edir.

Bu Qaydaların 4.2.1-ci yarımbəndinə uyğun olaraq yaşa görə əmək pensiyası aşağıdakı qaydada hesablanır:

19300 manat : 144 ay =134,03 manat.

Misal 19. 21 dekabr 2017-ci il tarixdə 60 yaşı tamam olan sığortaolunan kişi 01.12.1992-ci il tarixdən 01.12.2017-ci il tarixədək müxtəlif sahələrdə işləyərək ümumi 25 il sığorta stajı qazanmışdır. Eyni zamanda, bu stajın 15 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən peşələrdə çalışmışdır. O, güzəştli şərtlərlə yaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 dekabr 2017-ci il tarixdə müraciət edir.

Qaydaların 4.2.2-ci yarımbəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 13 il 1 ay sığorta stajına uyğun pensiya kapitalı 8687,6 manat ((13 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 1 ay) =4003,5 manat, 01.01.2006-cı il tarixədək pensiya kapitalı üstəgəl 2006-2016-cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşirdirməklə = 8687,6 manat) təşkil edir. Həmçinin, 01.01.2006-cı il tarixdən 01.12.2017-ci il tarixədək onan dövr üzrə fərdi hesabının sığorta hissəsində 23000 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış cəmi pensiya kapitalı 31687,6 manatdan (8687,6+23000=31687,6 manat) ibarət olur.

Qaydaların 1.8-ci bəndinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırıldığıdan, həmin şəxs üçün pensiya ödənişi müddəti aylarının sayı 186-ya (63 yaş 6 ay (Qanunun 7-ci maddəsi ilə həmin dövrə pensiya yaşı) çıxılsın 60 yaş (bu misal üzrə həmin şəxsin güzəştli şərtlərlə pensiyaya çıxma yaşı) =42 ay +144 ay = 186 ay) bərabərdir.

Bu Qaydaların 4.2.1-ci yarımbəndinə uyğun olaraq onun yaşa görə əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanır:

31687,6 manat : 186 ay =170,36 manat.

Beləliklə, həmin şəxsə hüququnun yarandığı 21 dekabr 2017-ci il tarixdən 170,36 manat məbləğində yaşa görə əmək pensiyası təyin ediləcəkdir.

 

4.3. Əlilliyə görə əmək pensiyaları

 

4.3.1. Əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir.

4.3.2. Əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

4.3.3. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz.

Misal 20. 40 yaşlı sığortaolunan şəxsə 15 iyul 2017-ci il tarixdə I dərəcə əlillik müəyyən olunmuş və onun 16 il sığorta stajı vardır. Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 40 yaşlı sığortaolunanın tələb olunan 8 il 4 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (40 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 25il) x 4 ay = 100 ay/12 = 8 il 4 ay) sığorta stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ yaranır.

Misal 21. 10 fevral 1995-ci il tarixdə anadan olmuş 22 yaşı və 3 il 2 ay sığorta stajı olan sığortaolunana 25 sentyabr 2017-ci il tarixdə II dərəcə əlillik müəyyən olunur və o, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 28 sentyabr 2017-ci il tarixdə müraciət edir. Həmin sığortaolunanın bu Qaydaların 4.3.3-cü yarımbəndində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 5 il sosial sığorta stajı olmadığı üçün onun müraciət etdiyi tarixə əlilliyə görə əmək pensiyası hüququ yaranmır.

Misal 22. 56 yaşlı sığortaolunan şəxsə 18 iyul 2017-ci il tarixdə II dərəcə əlillik müəyyən olunmuşdur və onun 20 il sığorta stajı vardır. Qaydaların 4.3.3-cü yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün həmin sığortaolunanın 13 il 8 ay (56 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 41) x 4 ay = 164 ay/12ay= 13 il 8 ay) sığorta stajı olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun əlilliyə görə əmək pensiyası hüququ yaranmır.

Misal 23. 20 sentyabr 2018-ci il tarixdə III dərəcə əlilliyi müəyyən olunmuş 56 yaşlı sığortaolunanın 10 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 20000 pensiya kapitalı vardır. Ona əmək pensiyası təyin edilməsi üçün 13 il 8 ay (56 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 41) x 4 ay = 164 ay/12= 13 il 8 ay) sığorta stajının olması tələb edilir. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyinə baxmayaraq, tələb edilən sığorta stajı olmadığından onun əlilliyə görə əmək pensiyası hüququ yoxdur.

Misal 24. 62 yaşı və 24 il sığorta stajı olan kişiyə 18 avqust 2017-ci il tarixdə II dərəcə əlillik müəyyən olunmuşdur. Qaydaların 4.3.3-cü yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onun 15 il 8 ay (62 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 47) x 4 ay = 188 ay = 15 il 8 ay) sığorta stajı olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün əlilliyə görə əmək pensiyası hüququ yaranır.

4.3.4. Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir.

4.3.5. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:

SH=PSK/(TxK), burada:

SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;

PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);

T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;

K - sığorta davamiyyəti əmsalıdır.

Misal 25. 2017-ci il 21 iyul tarixdə II dərəcə əlil olan 52 yaşlı sığortaolunanın 18 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 18600 manat pensiya kapitalı qeydə alınmışdır. O, əlilliyə görə pensiya təyin edilməsi barədə 01 oktyabr 2017-ci il tarixdə müraciət etmişdir. Pensiya təyin edilməsi üçün ilk növbədə onun sığorta stajı hesablanır:

(52 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 37) x 4 ay = 148 ay).

Sonra tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 148 ay /192= 0,7708.

Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,7708 x144=111) və pensiya sığorta kapitalı (PSK=18600) alınmış rəqəmə bölünərək (18600 : 111= 167,57manat) pensiyanın məbləği 167,56 manat məbləğində müəyyən edilir.

Misal 26. 25 iyul 2017-ci il tarixdən I dərəcə əlil hesab edilən, 6 il 8 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 5800 manat pensiya kapitalı qeydə alınmış 35 yaşlı sığortaolunan şəxsin əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı qaydada hesablanır: SH=PSK/TxK = 5800 manat pensiya kapitalı / (144 gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı x 0,4167 sığorta davamiyyəti əmsalı) əlilliyə görə əmək pensiyasının məbləği 96,67 manat təşkil edir. Bu Qaydaların 4.3.2-ci yarımbəndində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 6 il 8 ay sosial sığorta stajı olduğu üçün pensiyanın sığorta hissəsinin məbləği (96,67 manat) əmək pensiyasının minimum məbləğinə çatdırılır. Beləliklə, həmin şəxsin əlilliyə görə əmək pensiyasının ümumi məbləği 143 manat (110 manat sığorta hissəsi + 22 manat və 11 manat sığorta hissəsinə əlavələr) təşkil edir.

Misal 27. 2 iyul 2017-ci il tarixdən II dərəcə əlil hesab edilmiş, 18 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 19600 manat pensiya kapitalı qeydə alınmış 51 yaşlı sığortaolunan şəxsin 2-ci dərəcə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı qaydada hesablanır:

SH=PSK/TxK = 19600 manat pensiya kapitalı / (144 gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı x 0,75 sığorta davamiyyəti əmsalı) əlilliyə görə əmək pensiyasının məbləği 181,48 manat təşkil edir.

12 il sığorta stajı tələbinə cavab verdiyi və qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində pensiya təminatına imkan verdiyi üçün bu misalda göstərilən II dərəcə əlilliyi olan şəxsin 181,48 manat məbləğində pensiya almaq hüququ yaranır.

Misal 28. 2 iyul 2017-ci il tarixdən III dərəcə əlil hesab edilmiş, 11 il 9 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 12790 manat pensiya kapitalı qeydə alınmış 53 yaşlı sığortaolunan şəxsin 3-cü dərəcə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı qaydada hesablanır:

SH=PSK/TxK = 12790 manat pensiya kapitalı / (144 gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı x 0,7917 sığorta davamiyyəti əmsalı) əlilliyə görə əmək pensiyasının məbləği 112,19 manat təşkil etməsinə baxmayaraq, sığortaolunanın bu Qaydaların 4.3.3-cü yarımbəndində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 8 ay sığorta stajı olmadığından, onun müraciət etdiyi tarixə əlilliyə görə əmək pensiyası hüququ yaranmır.

Misal 29. III dərəcə əlilliyə görə şəxs 90,5 manat (60,5 manat (baza hissəsi)+ 30 manat (sığorta hissəsi)=90,5 manat) pensiya alır. 01 iyul 2017-ci il tarixdən pensiyanın şərti çevrilməsi aparılaraq 90,5 manat sığorta hissəsi kimi ödənilir. 20 sentyabr 2017-ci il tarixdə şəxsin əlillk dərəcəsi II dərəcəyə dəyişdirilmişdir. Şəxs pensiyasının yenidən hesablanması barədə müraciət edir. Onun fərdi hesabının sığorta hissəsində 01.07.2017-ci il tarixdən pensiyanın yenidən hesablanmasına əsas verən istifadə edilməmiş pensiya kapitalı olmadığı üçün əlillik dərəcəsinin dəyişilməsinə baxmayaraq, pensiya həmin məbləğdə ödənilməkdə davam etdirilir.

 

4.4. Ailə başçısını itirməyə görə əmək pensiyaları

 

4.4.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

4.4.2. Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir.

Misal 30. 25 avqust 2017-ci il tarixdə vəfat etmiş 46 yaşlı sığortaolunan şəxsin 2006-cı ildən sonra 11 il 6 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 20500 manat sığorta kapitalı vardır. Onun ailə üzvləri (3 nəfər) ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət etmişlər. Onlara bu Qaydaların 4.3.2-ci yarımbəndinə əsasən əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısının 10 il 4 ay (46 yaş - 15 yaş = 31) x 4 ay = 124 ay= 10 il 4 ay) sığorta stajı tələb olunur. Onun 11 il 6 ay sığorta stajı olduğu üçün ailəsinin əmək qabiliyyəti olmayan üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Ailə başçısını itirməyə görə pensiya əliliyə görə pensiya kimi hesablanır. İlk növbədə tələb edilən sığorta stajına mütənasib olaraq sığorta davamiyyəti əmsalı hesablanır:

124 ay:192= 0,6458;

Sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi aylarının sayına (144) vurulur (0,6458x144=93) və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin ədədə bölünməklə ailə üzvlərinə ümumi məbləği 220,43 manat (20500:93=220,43 manat) olmaqla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilir.

Misal 31. 10 avqust 2017-ci il tarixdə vəfat edən 61 yaşlı sığortaolunan şəxsin 15 il 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 7885,0 manat pensiya kapitalı qeydə alınmışdır. Ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün onun iki nəfər ailə üzvü - arvadı və 21 yaşında əyani təhsil alan övladı müraciət etmişlər. Ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün vəfat edən şəxsin bu Qaydaların 4.3.2-ci yarımbəndinə əsasən 15 il 4 ay (61 yaş -15 yaş = 46) x 4 ay = 184 ay = 15 il 4 ay) sığorta stajı tələb edilir. Vəfat etmiş şəxsin ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya aşağıdakı qaydada hesablanır: 184:192= 0,9583x144=138; 7885:138=57,14. Ailəyə düşən əmək pensiyasının məbləği (57,14 manat) əmək pensiyasının minimum məbləğindən az olduğu üçün vəfat etmiş şəxsin ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyası minimum məbləğə çatdırılmaqla ödənilir.

4.4.3. Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin hər birinə düşən pensiyanın məbləği ailə üçün hesablanmış ümumi məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

Misal 32. 30-cu misal üzrə müəyyən edilmiş 220,43 manat pensiya məbləği vəfat etmiş şəxsin üç nəfər ailə üzvü arasında, 31-ci misal üzrə müəyyən edilmiş 110 manat pensiya məbləği isə iki nəfər ailə üzvü arasında bölünəcəkdir.

4.4.4. 2017-ci ilin 1 iyul tarixinədək vəfat etmiş, yaşa və yaxud əlilliyə görə əmək pensiyaçısı olmuş ailə başçısının ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği, vəfat etmiş ailə başçısının pensiyasının ümumi məbləğinin (baza və sığorta hissələrinin cəmi) əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.

Misal 33. Yaşa görə əmək pensiyaçısı olan ailə başçısı 01.02.2017-ci il tarixdə vəfat etmişdir. Onun pensiyasının məbləği 160 manat (baza hissəsi 110 manat + sığorta hissəsi 50 manat = 160 manat) təşkil etmişdir. 20 iyul 2017-ci il tarixdə onun arvadı ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət etmişdir. Vəfat edən pensiyaçının pensiyasının baza və sığorta hissələrinin cəmi məbləği (160 manat) onun arvadına sığorta hissə kimi ödənilməlidir.

 

4.5. Əmək pensiyasına əlavələr

 

4.5.1. Əmək pensiyalarına əlavələr iki qrupa bölünür: əmək pensiyasının sığorta hissəsinə əlavələr və qulluq stajına görə əmək pensiyasına əlavələr.

4.5.2. Əmək pensiyasının sığorta hissəsinə əlavələr Qanunun 19-cu maddəsi ilə müəyyən edilir və aşağıdakı qaydada hesablanır:

Misal 34. 23 oktyabr 2017-ci il tarixdən II dərəcə əlillik müəyyən edilmiş və Qanunun 12-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilmiş işləməyən şəxsin öhdəsində 2007-ci və 2009-cu illərdə anadan olmuş iki azyaşlı uşağı vardır. Qanunun 19.1.3-cü maddəsinə əsasən həmin şəxsin əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin üzərinə hər bir uşaq üçün 5,5 manat məbləğində əlavə hesablanır.

4.5.3. Bu əlavələr “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinət almayan uşaqların işləməyən I və II qrup əlilliyə görə əmək pensiyası alan valideynlərindən yalnız birinin əmək pensiyasının sığorta hissəsinin üzərinə hesablanır.

Misal 35. 2000-ci və 2002-ci illərdə anadan olmuş uşaqların ata və anası II dərəcə əlil kimi əmək pensiyası alır və işləmirlər. Onların 2000-ci ildə anadan olmuş uşağına “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinət ödənilir. Bu halda valideynlərdən yalnız birinin əmək pensiyasının sığorta hissəsinin üzərinə sosial müavinət almayan azyaşlı digər uşağına görə 5,5 manat məbləğində əlavə hesablanır.

4.5.4. I dərəcə əlil şəxsə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə 11 manat məbləğində əlavə, əmək pensiyasının üç növündən hər hansı birini almasından asılı olmayaraq, I dərəcə əlilliyi olan şəxsin pensiyasının sığorta hissəsinin üzərinə hesablanır.

Misal 36. Vəfat etmiş sığortaolunanın 3 nəfər əmək qabiliyyətsiz ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Ailə üzvlərindən biri I dərəcə əlildir. I dərəcə əlil olan ailə üzvünün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin üzərinə I dərəcə əlilə qulluğa görə 11 manat məbləğində əlavə hesablanır.

4.5.5. Qanunun 19.1.2-ci maddəsində I dərəcə gözdən əlil şəxslərin əlilliyə görə əmək pensiyasının sığorta hissəsinə 110 manat, digər I dərəcə əlil şəxslərin əlilliyə görə əmək pensiyasının sığorta hissəsinə 22 manat məbləğində (2017-ci ilin 1 iyul tarixindən sonra təyin edilən pensiyalara tətbiq olunur) əlavə hesablanması nəzərdə tutulmuşdur.

Misal 37. 01 noyabr 2017-ci il tarixdən I dərəcə gözdən əlillik müəyyən edilmiş və Qaydaların 4.3.2-ci bəndinə uyğun olaraq ona həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 19.1.2-ci maddəsinə əsasən həmin şəxsin əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin üzərinə gözdən əlil olduğu üçün 110 manat əlavə və Qaydaların 4.5.4-cü bəndində nəzərdə tutulan 11 manat əlavə hesablanır.

4.5.6. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.

Misal 38. Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi olan şəxs 40 il əmək fəaliyyətinin orta məktəbdə 5 il, Bakı Dövlət Universitetində 12 il və Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 15 il olmaqla cəmi 32 ilini əsas iş yeri kimi elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində çalışmışdır və ona 11 oktyabr 2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxsə hazırda işləməyən pensiyaçı kimi 257 manat yaşa görə əmək pensiyası ödənilir. Vətəndaş 1 fevral 2018-ci il tarixdə pensiyasının üzərinə elmlər doktoru elmi dərəcəsinə görə əlavənin hesablanması üçün müraciət etmişdir. Onun əmək pensiyasının məbləği 11 oktyabr 2017-ci il tarixdən 457 manat (257 manat sığorta hissəsi + 200 manat elmlər doktoru elmi dərəcəsinə görə sığorta hissəsinə əlavə =457 manat) məbləğində yenidən hesablanır.

4.5.7. 01 iyul 2017-ci il tarixədək pensiyaların üzərinə hesablanmış baza hissəsinin əlavəsi dəyişdirilmədən pensiyanın sığorta hissəsinin əlavəsi hesab olunur.

4.5.8. Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və I dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır.

Misal 39. 01 aprel 1954-cü il təvəllüdlü vətəndaşa pensiya hüququnun yarandığı 01 aprel 2017-ci il tarixdən 800 manat (baza hissəsi 110 manat + sığorta hissəsi 150 manat + 540 manat Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavə) məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın əmək pensiyasının baza və sığorta hissəsinin 260 manat cəmi məbləğinin (baza hissəsi 110 + sığorta hissəsi 150 manat) Qanunun 26.1-ci maddəsinə uyğun şərti çevrilməsi aparılaraq onun əmək pensiyasının sığorta hissəsi 260 manat məbləğində müəyyənləşdirilir. Beləliklə, vətəndaşın əmək pensiyasının məbləğinin şərti çevrilməsi aparıldıqdan sonra 2017-ci ilin 1 iyul tarixindən 260 manat sığorta hissəsi üstəgəl 540 manat qulluq stajına görə əlavə kimi müəyyənləşdirilir.

Misal 40. 63 il 6 ay yaşı, pensiya hüququnun yarandığı tarixə 38 il 3 ay sosial sığorta stajı (bundan 21 ilini dövlət qulluğu vəzifələrində çalışmışdır) və fərdi hesabının sığorta hissəsində 58000 manat pensiya kapitalı toplanmış sığortaolunan işdən azad olunmaqla 02 may 2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Onun dövlət məvacibinin orta aylıq məbləği 1000 manat təşkil edir.

Bu zaman sığortaolunana bu Qaydaların 4.2.1-ci yarımbəndinə uyğun olaraq 402,78 manat sığorta hissəsindən ibarət olmaqla əmək pensiyası təyin edilir.

Sonra sığortaolunanın dövlət qulluğunda 21 il qulluq stajı nəzərə alınmaqla Qanunun 20.11.3-cü maddəsinə uyğun olaraq dövlət məvacibinin orta aylıq məbləğinin 68 faizində müəyyən olunan məbləğlə bu Qaydaların 4.2.1-ci yarımbəndinə uyğun olaraq təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə 277,22 manat əmək pensiyasına əlavə aşağıdakı kimi hesablanır.

680 manat (1000 manat dövlət məvacibinin orta aylıq məbləği x 68%) – 402,78 manat (Qanunla təyin edilmiş əmək pensiyasının məbləği) = 277,22 manat (qulluq stajına görə əmək pensiyasına əlavə).

Nəticədə, sığortaolunanın əmək pensiyasının ümumi məbləği 402,78 manat əmək pensiyasının sığorta hissəsi üstəgəl 277,22 manat manat qulluq stajına görə əmək pensiyasına əlavə olmaqla cəmi 680 manat məbləğində təyin edilir.

Misal 41. 25 il sosial sığorta stajı (bundan 20 ilini dövlət qulluğu vəzifələrində çalışmış) və fərdi hesabının sığorta hissəsində 15896,11 manat pensiya kapitalı qeydə alınmış, 60 il 6 ay yaşı olan sığortaolunan qadın pensiya hüququnun yarandığı 26 oktyabr 2017-ci il tarixdə işdən azad olunmaqla yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət edir. Onun dövlət qulluğunun son 24 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləği 510,44 manat təşkil edir.

Bu zaman sığortaolunana bu Qaydaların 4.2.1-ci yarımbəndinə əsasən SH = PSK/T düsturuna müvafiq olaraq 15896,11/144 = 110,39 manat məbləğində əmək pensiyasının sığorta hissəsi təyin edilir.

Sonra sığortaolunanın dövlət qulluğunda 20 il qulluq stajı nəzərə alınmaqla Qanunun 20.11.2-ci maddəsinə uyğun olaraq dövlət məvacibinin orta aylıq məbləğinin 65 faizi ilə müəyyən olunan məbləğlə bu Qaydaların 4.2.1-ci yarımbəndinə uyğun olaraq təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər (221,40 manat) qulluq stajına görə əlavə aşağıdakı kimi hesablanır.

510,44 manat (dövlət məvacibinin orta aylıq məbləği) x 65%=331,79 manat - 110,39 manat (Qanunla təyin edilmiş əmək pensiyasının sığorta hissəsi) = 221,4 manat (qulluq stajına görə əmək pensiyasına əlavə).

Nəticədə sığortaolunanın əmək pensiyasının ümumi məbləği 331,79 manat məbləğində təyin edilir (110,39 manat əmək pensiyasının sığorta hissəsi + 221,4 manat qulluq stajına görə əmək pensiyasına əlavə).

4.5.9. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanması “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir.

 

5. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması

 

5.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir.

Misal 42. 25 iyun 2017-ci il tarixdən III dərəcə əlil hesab edilən 7 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 2065 manat pensiya kapitalı qeydə alınmış 36 yaşlı sığortaolunan şəxsin 3-cü dərəcə əlilliyə görə əmək pensiyasının məbləği 91,91 manat təşkil edir (baza hissəsi 60,5 manat + sığorta hissəsi 31,41 manat = 91,91 manat). 01 iyul 2017-ci il tarixdən onun pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən şərti çevrilməklə 91,91 manat sığorta hissəsi kimi müəyyən olunur.

Misal 43. 1 mart 1953-cü il təvəllüdlü sığortaolunana pensiya hüququnun yarandığı 01 mart 2016-cı il tarixdən 215 manat (baza hissəsi 110 + sığorta hissəsi 105) məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə Sərəncamına əsasən onun əmək pensiyasının məbləği 1 yanvar 2017 il tarixdən 228,02 manat (baza hissəsi 110 + sığorta hissəsi 118,02) məbləğində yenidən hesablanmışdır. Sığortaolunanın əmək pensiyasının baza və sığorta hissələrinin cəmi 228,02 manat məbləğinin Qanunun 26.1-ci maddəsinə uyğun şərti çevrilməsi aparılaraq onun əmək pensiyasının sığorta hissəsi 228,02 manat məbləğində müəyyənləşdirilir.

Misal 44. I dərəcə əlil olan sığortaolunana 15 aprel 2017-ci il tarixdə 194,2 manat (baza hissəsi 132 + baza hissəsinə əlavə 11 + sığorta hissəsi 51,2) məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın əmək pensiyasının ümumi məbləğinin Qanunun 26.1-ci və 26.2-ci maddələrinə uyğun şərti çevrilməsi aşağıdakı kimi aparılır:

161,2 manat sığorta hissəsi + 22 manat sığorta hissəsinə əlavə + 11 manat sığorta hissəsinə I dərəcə əlilə qulluğa görə əlavə = 194,2 manat müəyyənləşdirilir.

5.2. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

Misal 45. Şəxsə 2017-ci ilin martında II dərəcə əlilliyə görə 200 manat (baza hissəsi 110 manat + sığorta hissəsi 90 manat) pensiya təyin edilmişdir. İşləməkdə davam etdiyi üçün ona pensiyanın yalnız baza hissəsi ödənilmişdir (01.07.2017-ci tarixindən pensiya tam məbləğdə ödənilir). Qanunda edilmiş dəyişikliyə əsasən onun 2017-ci ilin martından sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80 faiz artırılmaqla 2017-ci ilin 1 iyul tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınır. Bu şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və yaxud yaşa görə pensiya hüququ yarandıqda, Qanunun 37.3.2-ci maddəsinə əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə pensiyası yenidən hesablanır.

5.3. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanırSonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.

Misal 46. Sığortaolunan qadına 20 dekabr 2012-ci ildə yaşa görə pensiya təyin edilmişdir və o, işləməkdə davam edir. 2017-ci il iyulun 5-də qadın pensiyasının pensiya təyin edildikdən sonra toplanmış pensiya kapitalı əsasında yenidən hesablanması barədə müraciət etmişdir. Pensiya təyin olunduqdan sonra azı 6 il işləmədiyi üçün onun pensiyası yenidən hesablanmır.

Misal 47. 01 mart 2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunanın 01 iyul 2017-ci il tarixdən pensiyasının məbləğinin şərti çevrilməsi aparıldıqdan sonra onun pensiyası yalnız sığorta hissəsindən ibarət olmaqla 250 manat təşkil edir. Vətəndaş pensiya təyin edildikdən sonra hazıradək işləməkdə davam edir. Sığortaolunan pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması məqsədilə 15 avqust 2017-ci il tarixdə müraciət etmişdir. Onun 01 mart 2006-cı il tarixdən 15 avqust 2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 10000 manat təşkil edir. Bu zaman onun əmək pensiyası 01 mart 2006-cı il tarixdən 15 avqust 2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 72-yə bölünməklə yenidən hesablanır və növbəti ayın 1-dən ödənilir. Beləliklə, onun əmək pensiyasının sığorta hissəsinin məbləği 01 sentyabr 2017-ci il tarixdən 388,89 manat (250 manat + 138,89 manat (10000/72 = 138,89) təşkil edəcəkdir.

Misal 48. 17 avqust 2011-ci il tarixdən 57 yaşında güzəştli şərtlərlə 270 manat məbləğində yaşa görə pensiyası təyin olunmuş kişi 17 noyabr 2017-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə müraciət etmişdir. Pensiya təyin edildikdən sonrakı 6 il 3 ay müddətində onun fərdi hesabının sığorta hissəsində 25000 manat pensiya kapitalı qeydə alınmışdır. Onun pensiyasının sığorta hissəsi 2017-ci il dekabr ayının 1-dən aşağıdakı qaydada hesablanır.

İlk növbədə yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişi aylarının sayı müəyyənləşdirilir: 6 ay (63,5 – 63 = 0,5 ay). 63,5 yaşında pensiya təyin edilmiş şəxsin pensiyasının ödənilməsində gözlənilən pensiya ödənişi müddəti 144 ay olduğundan, onun gözlənilən pensiya ödənişi aylarının sayı 144 +6 = 150 ay təşkil edəcəkdir. Həmin şəxsin qeydə alınmış pensiya kapitalı işləmiş olduğu ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılaraq 78-ə (150 - 72) bölünür (25000/78=320 manat) və beləliklə onun pensiyasının məbləği 01 dekabr 2017-ci il tarixdən 590,1 manat (270 + 320,5) təşkil edir.

Misal 49. 20 avqust 2011-ci il tarixdə 45 yaşlı təyyarəciyə 540 manat güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Pensiya təyin edildikdən sonra o, işləməkdə davam edir və 31 avqust 2017-ci il tarixdə pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 65420 manat pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması barədə müraciət etmişdir. Onun pensiyası aşağıdakı qaydada yenidən hesablanır:

51 yaşlı təyyarəçinin pensiya ödənişi müddəti 150 ay (63,5 – 51 = 12 il 6 ay x 12 ay) artırılaraq 294 ay (150 + 144) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 222 ay (294 – 72) müəyyənləşdirilir. Beləliklə, pensiya 01 sentyabr 2017-ci il tarixdən 294,69 manat (65420 : 222) məbləğində yenidən hesablanaraq artırılır və pensiyanın ümumi məbləği 834,69 manat təşkil edir.

5.4. Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.

Misal 50. 15 may 1975-ci il təvəllüdlü şəxsə hüququnun yarandığı 01 iyun 2010-cu il tarixdən 7 il sığorta stajı nəzərə alınmaqla II dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir və işləməkdə davam etdiyi üçün ona təyin edilmiş pensiyanın yalnız baza hissəsi ödənilmişdir. Şəxs 05 aprel 2015-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün həmin gündən pensiyası 240 manat məbləğində tam ödənilmişdir. Vətəndaş əmək pensiyasının yenidən hesablanması üçün 15 noyabr 2017-ci il tarixdə müraciət etmişdir. Onun 01 iyun 2010-cu il tarixdən 05 aprel 2015-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 4050 manat və həmin tarixə cəmi sığorta stajı 11 il 10 ay 4 gün təşkil edir. Bu zaman onun əmək pensiyası 10 noyabr 2017-ci il tarixdən fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 75-ə (40 yaş – 15 yaş = 25 yaş x 4 ay = 100 ay : 192 = 0,5625 x 144 = 74,99) bölünməklə yenidən hesablanır. Beləliklə, onun əmək pensiyasının sığorta hissəsinin məbləği 10 noyabr 2017-ci il tarixdən 294 manat (240 manat + 54 manat (4050 : 75 = 54)) təşkil edəcəkdir.

6. Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi

 6.1. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü maddəsinə uyğun olaraq aparılır.

6.2. Pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir.

Misal 51. Şəxs III dərəcə əlilliyə görə 90,5 manat (60,5 manat baza hissəsi + 30 manat sığorta hissəsi) məbləğində əmək pensiyası alır. 01 iyul 2017-ci il tarixdən pensiyanın şərti çevrilməsi aparılmaqla 90,5 manat sığorta hissəsi kimi ödənilir. 20 iyul 2017-ci il tarixdə pensiya yaşının tamam olması ilə əlaqədar pensiyasının növünün əlilliyə görə pensiya növündən yaşa görə pensiya növünə dəyişdirilməsi barədə müraciət etmişdir. Bu zaman onun pensiyası Qanuna 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliyə uyğun olaraq hesablanacaq və yaşa görə pensiya növbəti ayın 1-dən ödəniləcəkdir.

6.3. Yaşa və əlilliyə görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə keçdikdə, pensiya ilk növbədə vəfat edənin sığorta göstəriciləri nəzərə alınmaqla hesablanır. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

6.4. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.

Misal 52Əlilliyə görə əmək pensiyaçısı olmuş ailə başçısı 01.03.2009-cu il tarixdə vəfat etmişdir. Onun pensiyasının məbləği 95 manat (baza hissəsi 85 manat + sığorta hissəsi 10 manat) təşkil etmişdir. Yaşa görə sosial müavinət alan arvadı 20 iyul 2017-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir. Bu halda vəfat edən pensiyaçının pensiyasının baza və sığorta hissələrinin cəmi məbləği onun arvadının ailə başçısını itirməyə görə pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Pensiyanın məbləği əmək pensiyasının minimum məbləğindən az olduğundan pensiya əmək pensiyasının minimum məbləğinə çatdırılmaqla ödənilir.

7. Əmək pensiyalarının ödənilməsi

7.1. Gün ərzində Komissiya tərəfindən qəbul olunmuş qərarlara dair protokol əsasında PAS tərəfindən hazırlanmış plastik kartlar üzrə sifariş Şöbənin və ya İdarənin rəhbəri və Maliyyə-uçot sektorunun müdiri-baş mühasibi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Bu barədə bildiriş (12 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir.

7.2. Əmək pensiyasından tutulmalar barədə qərar (13 nömrəli əlavə) Maliyyə-uçot sektorunun mühasibi tərəfindən PAS-a daxil edilir, Şöbənin və ya İdarənin rəhbəri və Maliyyə-uçot sektorunun müdiri-baş mühasibi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

7.3. Aşağıdakı elektron informasiya sistemlərində və ehtiyatlarında pensiya ödənişinin dayandırılmasına və yenidən hesablanmasına səbəb ola biləcək hallar aşkar edildikdə PAS tərəfindən pensiyanın ödənişi dayandırılır:

7.3.1. MİS-də:

7.3.1.1. sosial müavinət alan şəxslər barədə məlumat;

7.3.1.2. əlil şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar barədə məlumat;

7.3.1.3. əmək müqaviləsi bildirişi üzrə məlumat.

7.3.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində:

7.3.2.1. ölüm haqqında şəhadətnamə üzrə məlumat;

7.3.2.2. nikah haqqında şəhadətnamə üzrə məlumat.

7.3.3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən və Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində:

7.3.3.1. təhsil müəssisələrində təhsil alan şəxslər barədə məlumat;

7.3.3.2. dövlət qulluqçuları barədə məlumat.

7.3.4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində:

7.3.4.1. vətəndaşlıqdan çıxan şəxslər barədə məlumat.

7.4. Pensiya ödənişinin dayandırılmasına səbəb ola bilən hallar aradan qalxdıqdan sonra şəxs Şöbəyə və ya İdarəyə bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq müraciət edir. Pensiya təyinatı sektorunun məsləhətçisi müraciəti 1 (bir) iş günü ərzində PAS-a daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir. PAS-a daxil edilmiş müraciətə baxılması bu Qaydalara uyğun olaraq aparılır.

7.5. Pensiya məbləği plastik kart vasitəsi ilə aylıq ödənilir.

 

 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

1 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna

 

 

__________________________________________________________________________________________________

soyadı, adı və atasının adı

__________________________________________________________________________________ünvanda yaşayan

 

____________________________________________________________________________________________telefon

 

Şəxsiyyət vəsiqəsi (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu) _______

 

                                                                                                      seriya

N _____________________   _________________________________        ___________________________________

                       nömrə                                        doğulduğu tarix                                               fərdi identifikasiya nömrəsi

 

 

___________________________________________

___________________________________________

şəxsiyyət vəsiqəsini (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunu) verən orqanın adı

şəxsiyyət vəsiqəsinin (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun) verildiyi tarix

 

 

Müraciət digər şəxsə aid olduqda (vəkil, qəyyum və digər səlahiyyətli nümayəndə tərəfindən edildikdə) doldurulur.

 

_________________________________________________________________________________________________

pensiya təyin ediləcək şəxsin soyadı, adı və atasının adı

__________________________________________________________________________________ünvanda yaşayan

 

 

Şəxsiyyət vəsiqəsi (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu) _______

 

                                                                                                  seriya

N __________________              _______________________________         _________________________________

                nömrə                                                  doğulduğu tarix                                         fərdi identifikasiya nömrəsi

 

 

___________________________________________

___________________________________________

şəxsiyyət vəsiqəsini (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunu) verən orqanın adı

şəxsiyyət vəsiqəsinin (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun)  verildiyi tarix

 

 

 

 

MÜRACİƏT

 

 

Xahiş edirəm mənə,___________________________________________________________________

vəkili (qəyyumu) olduğum şəxsə____________________________________________________________

yaşa görə_________________________________________________________________________________

əlilliyə görə_______________________________________________________________________________

ailə başçısını itirməyə görə__________________________________________________________________

əmək pensiyası təyin edəsiniz_______________________________________________________________

yenidən hesablayasınız_____________________________________________________________________

digər pensiya növünə keçirəsiniz____________________________________________________________

pensiyanın ödənişini bərpa edəsiniz_________________________________________________________

pensiyadan pay ayırasınız _________________________________________________________________

Pensiyanın məbləğinin dəyişdirilməsinə təsir edə biləcək bütün dəyişikliklər haqqında Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına məlumat verməyi öhdəmə götürürəm.

Mənə,_______________________________________________________________________________

barəsində müraciət etdiyim şəxsə____________________________________________________________

aid olan fərdi məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istifadəsinə icazə verirəm. 

 

 

Müraciətə aşağıdakı sənədləri əlavə edirəm.

 

N

Sənədlərin adı

Sayı

Ərizəçiyə qaytarılıb

İmza

Tarix

1

 

 

 

 

2

 

 

 

 

3

 

 

 

 

4

 

 

 

 

5

 

 

 

 

6

 

 

 

 

7

 

 

 

 

8

 

 

 

 

9

 

 

 

 

10

 

 

 

 

 

 

  • Kağız üzərindən müraciət edildikdə doldurulur.

 

 

 

_____________________________________

                           “______”_______________20    il

                             imza

 

       

 

 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

2 nömrəli əlavə

 

Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin

Siyahısı

 

1. Növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

1.1. şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;

1.2. ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər.

 

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:

 

2.1. çoxuşaqlı analara yaşa görə pensiya təyin edilməsi üçün:

2.1.1. qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

2.1.2. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

2.2. sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə pensiya təyin edilməsi üçün:

2.2.1. qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

2.2.2. uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı;

2.2.3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

2.3. uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə pensiya təyin edilməsi üçün:

2.3.1. atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

2.3.2. ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarının surəti;

2.3.3. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

2.3.4. atanın növbəti nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün:

2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

2.5. Əlilliyə görə pensiya təyin edilməsi üçün:

2.5.1. şəxsin əlilliyini sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən TSEK qərarı.

2.6. Ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün:

2.6.1. ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti);

2.6.2. pensiya almaq hüququ olan ailə üzvlərinin doğum haqqında şəhadətnamələrinin surəti;

2.6.3. vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynin və ya digər qanuni nümayəndəsinin (babası, nənəsi, qardaşı, bacısı, qəyyumu, himayəçisi) şəxsiyyətini təsdiq edən sənədin surəti;

*2.6.4. vəfat etmiş şəxsin 18 yaşından yuxarı (əyani təhsil alanlar təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarının təhsil alması barədə arayışı;

*2.6.5. vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı övladının əlil, ərinin (arvadının) I və ya II qrup əlil olması barədə tibbi-sosial ekspert komissiyasının qərarı;

2.6.6. hərbi hissədən, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti orqanlarından və digər aidiyyəti dövlət orqanlarından hərbi qulluqçunun ölüm faktını, ölümün səbəbini və tarixini təsdiq edən, həmçinin hərbi qulluqçunun itkin düşdüyü barədə sənəd (Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda);

 

Qeyd: - sənədlər aidiyyəti dövlət orqanlarının informasiya bazasından müvafiq məlumat əldə etmək mümkün olmadıqda təqdim edilir;

- Qanunun 19-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanmasına hüquq verən sənədlər əlavə edilir.

 

 

 


 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

3 nömrəli əlavə

 

 

Müraciətin qəbul edilməsinə dair

 

BİLDİRİŞ

 

___________________________________________________________________   _____________

                                                      soyadı, adı və atasının adı                                                                            FİN

 

 

Əmək pensiyasının təyin olunmasına dair “___” ____________ 20__ il tarixli müraciətiniz baxılmaq üçün qəbul edilmişdir.

 

 

 


 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

4 nömrəli əlavə

 

 

Əmək pensiyasının təyin olunması üçün çatışmayan sənədlər barədə

 

BİLDİRİŞ

 

__________________________________________________________________________________

soyadı, adı və atasının adı

 

 

Əmək pensiyasının təyin olunmasına dair “___” _____________ 20__ il tarixli müraciətinizə zəruri sənədlər əlavə edilməmişdir. Ətraflı məlumat almaq üçün 142 çağrı mərkəzi və ya _____________telefon nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

 

 

 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

                                  5 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun

___________rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının

 

Q  Ə  R  A  R  I

 

 

       № ________                              _______20__  il

 

_______________________________________________________________________

                             soyadı, adı və atasının adı

 

müraciətinə baxaraq qərara alır:

 

Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun __________________maddələrinə müvafiq olaraq

yaşa görə _____________________________________________________________

əlilliyə görə_____________________________________________________________

ailə başçısını itirməyə görə_______________________________________________

____nəfər ailə üzvünə __________________________________________________

                                                                          (pensiya hüququ olan ailə üzvlərini  

_____________________________________________________________________

        və təvəllüdlərini göstərməklə)

______________________________________________________________________

 

  ______________tarixdən______________tarixə kimi aylıq _______________ manat məbləğində pensiya təyin edilsin.

 

Ötən dövr üzrə ödənilməli məbləğ _______________ manat.

 

 

Komissiyanın sədri __________________________

 

Komissiyanın üzvü __________________________

 

Komissiyanın üzvü __________________________

 

Komissiyanın üzvü __________________________

 

Komissiyanın üzvü  __________________________

 

Məzmunu

 

Əmək pensiyasının növü

 

Tələb olunan sosial sığorta stajı

 

Faktiki sosial sığorta stajı

 

Qanunun 9-cu maddəsi üzrə sosial sığorta stajı

 

Tələb olunan pensiya sığorta kapitalı

 

Faktiki pensiya sığorta kapitalı

 

Qanunun 20-ci maddəsi üzrə vəzifələrdəki qulluq stajı

 

Qanunun 20-ci maddəsi üzrə dövlət məvacibi və ya orta aylıq əmək haqqı

 

01.01.2006-cı il tarixədək qazanılmış əmək pensiyasının göstəriciləri

Ümumi iş stajı

 

Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı

 

       01.01.2006-cı il tarixdən sonra qazanılmış əmək pensiyasının göstəriciləri

Sosial sığorta stajı

 

Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı

 

Əmək pensiyasının hesablanması

Əmək pensiyasının sığorta hissəsi

 

Əmək pensiyasının sığorta hissəsinə əlavə-cəmi:

 

o cümlədən:

 

Milli Qəhrəmanın ailə üzvlərinə

 

şəhid ailəsi üzvlərinə

 

döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (BVM iştırakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara

 

öhdəsində əmək qabiliyyəti olmayan  ailə üzvləri olan işləməyən I və II qrup əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarının əmək qabiliyyətsiz ailə üzvlərinə

 

I qrup əlillərə qulluq üçün əlavə

 

siyasi repressiyaya məruz qalıb sonradan bəraət qazananlara 

 

müharibə əlillərinə (BVM əlilləri istisna olmaqla) və müharibə iştirakçısı sırasından olan əlillərə

 

BVM  əlillərinə və iştirakçılarına

 

Qanunun 20-ci maddəsi üzrə dövlət məvacibinin və ya orta aylıq əmək haqqının faizi

 

Əmək pensiyasına qulluq stajına görə əlavə

 

Əmək pensiyasının yığım hissəsi

 

Əmək pensiyasının ümumi məbləği

 

 

 


 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

                                  6 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun

___________rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının

 

Q  Ə  R  A  R  I

 

 

 

       № ________                              _______20__  il

 

______________________________________________________________________________

                                           soyadı, adı və atasının adı

 

müraciətinə baxaraq qərara alır:

 

Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun __________________maddələrinə müvafiq olaraq _________________________________

 

_____________________________________________________________________________

 

_____________________________________________________________________________

 

görə pensiya təyin  olunmasından imtina  edilsin.

 

 

 

Komissiyanın sədri __________________________

 

Komissiyanın üzvü __________________________

 

Komissiyanın üzvü __________________________

 

Komissiyanın üzvü __________________________

 

Komissiyanın üzvü __________________________

 

Məzmunu

 

Əmək pensiyasının növü

 

Tələb olunan sosial sığorta stajı

 

Faktiki sosial sığorta stajı

 

Qanunun 9-cu maddəsi üzrə sosial sığorta stajı

 

Tələb olunan pensiya sığorta kapitalı

 

Faktiki pensiya sığorta kapitalı

 

Qanunun 20-ci maddəsi üzrə vəzifələrdəki qulluq stajı

 

Qanunun 20-ci maddəsi üzrə dövlət məvacibi və ya orta aylıq əmək haqqı

 

01.01.2006-cı il tarixədək qazanılmış əmək pensiyasının göstəriciləri

Ümumi iş stajı

 

Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı

 

       01.01.2006-cı il tarixdən sonra qazanılmış əmək pensiyasının göstəriciləri

Sosial sığorta stajı

 

Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı

 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

7 nömrəli əlavə

 

 

Pensiya təyin edilməsi barədə Protokol

 

№_______ tarix__________________

 

Sıra

Pensiya işinin nömrəsi

Pensiya təyin edilən şəxsin soyadı, adı, atasının adı

Pensiyanın növü

Pensiya hüququnun yarandığı tarix

Pensiya hüququnun bitdiyi tarix

Pensiyanın aylıq məbləği

Pensiyanın ötən dövr üzrə məbləği

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

8 nömrəli əlavə

 

 

Əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə

 

BİLDİRİŞ

 

__________________________________________________________________________________

soyadı, adı və atasının adı

 

 

Əmək pensiyasının təyin olunmasına dair “___”  ______________ 20__ il tarixli müraciətinizə baxılmış, _________________________________________________________________________

__________________________________________________________________________________

 

görə imtina edilmişdir.

 

 

 


 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

9 nömrəli əlavə

 

 

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsin sığorta stajı barədə

 

ARAYIŞ

 

Verilir _______________________________________________________________________

soyadı, adı və atasının adı

 

 

ona görə ki, “____” _______________ __________ il tarixdən “_____” ____________ ________ il tarixədək _________ il ______________ ay___________ gün olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada sosial sığorta stajına malikdir.

 

Əsas: ____________________________________ “____” _____________ 20___ il tarixli arayışı.

 

1. İşəgötürənin imzası___________ 

 

2. Aviasiya İşçiləri Həmkarlar İttifaqı

     Respublika Komitəsinin rəhbəri            ____________

 

                       M.Y.

 

 

 


 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

10 nömrəli əlavə

 

 

1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə

 

AKT

Verilir _______________________________________________________________________

soyadı, adı və atasının adı

 

 

ona görə ki, “____” _____________ ______ il tarixdən “_____” ___________ _____ il tarixədək _________________________________________________________________________________

_________________________________________________________________________________

____________________________________________________________________________qulluq etmişdir. Əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddət _________ il ______________ ay___________  gün təşkil edir.

 

Əsas: “_____”________________20____ il tarixli akt.

 

1. Azərbaycan Respublikasının Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında

Dövlət Sosial Müdafiə Fonunun ___________  ________ şöbəsinin müdiri

 

2.____________ Pensiya təyinatı sektorunun müdiri

 

                 M.Y.

 

 

 

 


 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

11 nömrəli əlavə

 

 

Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin məcburi dövlət sosial sığorta haqqı ödədikləri dövr barədə

 

ARAYIŞ

 

Verilir _______________________________________________________________________

soyadı, adı və atasının adı

 

 

ona görə ki, 01 yanvar 1992-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək _________ il ______________ ay___________ gün olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

 

1. Azərbaycan Respublikasının Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında

Dövlət Sosial Müdafiə Fonunun _______________ ________ şöbəsinin müdiri

 

2.____________ Sosial sığorta sektorunun müdiri

 

                 M.Y.

 

 

 

 


 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

12 nömrəli əlavə

 

 

Plastik kartın alınmasına dair

 

BİLDİRİŞ

 

__________________________________________________________________________________

soyadı, adı və atasının adı

 

 

Təyin olunmuş əmək pensiyasının ödənilməsi üçün plastik kartı şəxsiyyəti təsdiq edən sənədlə Beynəlxalq (Kapital) Bankın _____________________ ünvanda yerləşən filialından “___” ______ 20__ il tarixdən sonra ala bilərsiniz.

 

 

 


 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na

13 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun

___________rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının

 

Q  Ə  R  A  R  I

 

       № ________                                        ___________20__  il

 

_________________________________________________________________________________

soyadı, adı və atasının adı

 

_____________nömrəli pensiya işinə əsasən hesablanmış və ya Məhkəmənin qərarına uyğun

 

_______________ manat məbləğində _________________ hər ay ____________ manat olmaqla

                                                                    tutulmanın səbəbi

 

“___”__________20___ il tarixdən başlayaraq pensiyasından tutulsun.

 

 

Əsas: 1. Məhkəmə qərarı___________________________________________________________

 

           2. _________________________________________________________________________

 

 

 

Komissiyanın sədri __________________________

 

Komissiyanın üzvü __________________________

 

Komissiyanın üzvü __________________________

 

Komissiyanın üzvü __________________________

 

Komissiyanın üzvü __________________________

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.