www.mlspp.gov.az
Azərbaycanca   English 27.07.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

Qanunvericilik / Təlimatlar, Qaydalar
30.12.2012

Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi qaydası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 328 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu qanuna uyğun olaraq dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir.

1.2. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət (bundan sonra - sosial xidmət) zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir. 

1.3. Sosial xidmətin həcmi zəmanət verilmiş həddi keçdiyi halda, sosial xidmət bu Qaydanın 1 nömrəli əlavəsinə müvafiq olaraq qismən ödənişli şərtlərlə göstərilir.

1.4. Sosial xidmətin növü sosial xidmətin zəmanət verilmiş həcminə aid olmadığı halda, sosial xidmət bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq tam ödənişli şərtlərlə göstərilir.

1.5. Ödənişli sosial xidmət göstərilərkən çətin həyat şəraitində olan şəxsin maraqları, sağlamlıq vəziyyəti, çətin həyat şəraitində olmasının səbəbi, şəxs üçün müəyyən olunmuş reabilitasiya proqramının məzmunu, sosial xidmətlərə tələbatının qısamüddətli və ya uzunmüddətli olması nəzərə alınır.

2. Ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi qaydası

2.1. Ödənişli şərtlərlə sosial xidmət çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilə xidmət göstəriləcək şəxsin yaxın qohumları, qanuni nümayəndələri, həmçinin xidmət haqqının ödənişini həyata keçirən əmək kollektivləri, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla digər orqan və təşkilatlarla  da bağlanıla bilər.

2.2. Sosial xidmət göstərən subyekt müqavilə bağlananadək çətin həyat şəraitində olan şəxsə təklif edilən ödənişli sosial xidmətlə, sosial işçinin və ya sosial xidmətçinin iş rejimi, sosial xidmətin dövlət tərəfindən zəmanət verilmiş həcmi, qismən ödənişli və tam ödənişli sosial xidmətin növləri, xidmət haqqı tarifləri, xidmət haqqının ödənilməsi qaydası ilə bağlı geniş məlumat verməli, onun düzgün seçim etməsinə yardım göstərməlidir.    

2.3. Müqavilədə ödənişli şərtlərlə sosial xidmətə götürülən şəxslərə  göstəriləcək xidmətlərin xarakteri və həcmi, xidmət göstəriləcəyi müddət, xidmətin ödənilməsi məbləği və qaydaları göstərilir.

2.4. Ödənişli sosial xidmət göstərilməsi üçün zəruri olan avadanlıq və vasitələrin dəyəri, nəqliyyat xərcləri sosial xidmət haqqının məbləğinə daxil deyildir  və bütövlükdə sosial xidmət göstərilən şəxs tərəfindən ödənilir.

2.5. Müqavilənin ləğv edilməsi və dəyişdirilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

 

Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli sosial xidmət haqqının məbləği

 

"Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası"na

 

1  nömrəli əlavə

 

Xidmətlər

Xidmətin müddəti

(dəqiqə ilə)

Xidmət haqqının məbləği(manatla)

Yemək hazırlanmasına kömək etmək                    (o cümlədən, dietik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması

 

60

1.00

Zəruri  ərzaq, sənaye və məişət mallarının alınması

 

30 

0.45

Mənzillərin yığışdırılması və təmizlənməsi (hər 10 m2üçün )

 

-

0.85

Yataq və  geyim əşyalarının yuyulması və ütülənməsi

 

60

1.00

Həkim müayinəsinə aparılıb-gətirilməsi

 

-

1.50

 

Dövlət sosial xidmət müəssisələrində və evlərdə tam ödənişli sosial xidmət haqqının məbləği

 

"Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası"na

 

2  nömrəli əlavə

 

 

Xidmətlər

Xidmətin müddəti

(dəqiqə ilə) 

Xidmət haqqının məbləği(manatla)

Şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım edilməsi (hamamda su qızdırıcı sistemi olarsa)

 

40

3.00

Şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım edilməsi (hamamda su qızdırıcı sistemi olmadıqda)

 

50

5.00

Həyətyanı sahənin nizama salınması               (hər 50 müçün )

 

25

3.00

Paltarın xırda təmiri

 

10

1.00

Yataq və  geyim əşyalarının camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və    kimyəvi təmizləmə məntəqəsi varsa) aparılıb-gətirilməsi

40

2.00

 

 

 

 

 

Sosial xidmət müqaviləsi

 

"Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası"na

 

3  nömrəli əlavə

 


 

Bu müqavilə  "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə uyğun olaraq çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında ödənişli sosial xidmətlərin göstərilməsi üçün tərtib olunur.

 

1.     1.                   Müqavilənin tərəfləri

 

Bu müqavilə bir tərəfdən bundan sonra - "sosial xidmət göstərən subyekt" adlandırılacaq

_____________________________________________________________  
 (sosial xidmət subyektinin adı, onun səlahiyyətli şəxsinin vəzifəsi, adı, soyadı və atasının adı)

 

və digər tərəfdən bundan sonra - "çətin həyat şəraitində olan şəxs (ailə)" adlandırılacaq

_____________________________________________________________
       (adı, soyadı və atasının adı, şəxsiyyəti təsdiq edən sənədinin seriya və nömrəsi )

 

arasında__________________tarixdə___________________bağlanmışdır.

                          (gün, ay, il)                                                                                        (imzalandığı yer)

 

 

2. Müqavilənin predmeti

 

2.1. Sosial xidmət göstərən subyekt qismən ödənişli (tam ödənişli)  şərtlərlə çətin həyat şəraitində olan şəxsə (ailəyə)  aşağıdakı xidmətlərin göstərilməsini öhdəsinə götürür:

_____________________________________________________________

(xidmətlərin adı)

 

2.2. Çətin həyat şəraitində olan şəxs (ailə) və ya şəxsin yaxın qohumları, qanuni nümayəndələri, həmçinin xidmət haqqının ödənişini həyata keçirən əmək kollektivləri, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər orqan və təşkilatlar ona göstərilmiş xidmət haqqını müqavilənin icra müddətində hər ay üçün həmin ay ərzində ödəyir.

3. Tərəflərin öhdəlikləri

 

Sosial xidmət göstərən subyekt xidmətin yüksək səviyyədə təşkili üçün bütün tədbirləri görməlidir.  Çətin həyat şəraitində olan şəxs (ailə) sosial xidmət göstərən subyektin fəaliyyəti üçün lazımi şərait yaratmalı və onu xidmət vasitələri ilə təmin etməlidir.

 

4. Tərəflərin məsuliyyəti

 

Sosial xidmət göstərən subyektin xidmət göstərilməsi ilə əlaqədar lazımi tədbirləri yerinə yetirməməsi,çətin həyat şəraitində olan şəxsin (ailənin) və ya şəxsin yaxın qohumlarının, qanuni nümayəndələrinin, həmçinin xidmət haqqının ödənişini həyata keçirən əmək kollektivlərinin, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər orqan və təşkilatların isə xidmət haqqını ödəməməsi məsuliyyətə səbəb olur.

 

5. Müqavilənin ləğv edilməsi

 

 5.1. Hər hansı bir tərəf qarşı tərəfə əvvəl yazılı xəbərdarlıq etmək şərtilə, müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər.

5.2. Bu müqavilənin 5.1-ci bəndində nəzərdə tutulandan əlavə aşağıdakı hallarda müqavilə ləğv edilir:

5.2.1. xidmətin müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq göstərilməməsi;

5.2.3. çətin həyat şəraitində olan şəxs (ailə) və ya şəxsin yaxın qohumları, qanuni nümayəndələri, həmçinin xidmət haqqının ödənişini həyata keçirən əmək kollektivləri, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər orqan və təşkilatlar tərəfindən xidmətin göstərilməsi ilə əlaqədar ödəmələrin vaxtında aparılmaması;

5.2.4. tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərin yerinə yetirilməməsi.

 

6.  Mübahisəli məsələlərin həlli

 

6.1. Tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

6.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bu məsələlərə məhkəmələrdə baxılır.

7. Müqavilənin müddəti

 

Çətin həyat şəraitində olan şəxs (ailə) və ya şəxsin yaxın qohumları, qanuni nümayəndələri, həmçinin xidmət haqqının ödənişini həyata keçirən əmək kollektivləri, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər orqan və təşkilatlar  müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalamalıdır. Bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir.

 

8. Yekun müddəa

 

Müqavilə 2 (iki) nüsxədə tərtib edilir. Onun bir nüsxəsi sosial xidmət göstərən subyektdə qalır,  ikinci nüsxəsi çətin həyat şəraitində olan şəxsə (ailəyə) və ya şəxsin yaxın qohumlarına, qanuni nümayəndələrinə, həmçinin xidmət haqqının ödənişini həyata keçirən əmək kollektivlərinə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər orqan və təşkilatlara verilir. 

 

Sosial xidmət göstərən subyekt

 

_____________________________________________________________

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı və atasının adı)

 

İmza______________

 

M.Y.

 

 

Xidmət göstəriləcək şəxs (ailə) və ya şəxsin yaxın qohumları, qanuni nümayəndələri, həmçinin xidmət haqqının ödənişini həyata keçirən əmək kollektivləri, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər orqan və təşkilatlar

 

_____________________________________________________________

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı və atasının adı)

 

İmza______________

 

M.Y.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.