www.mlspp.gov.az
Azərbaycanca   English 24.08.2017 - cı il
Xəbər lenti

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib                    Cari ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5 milyon 970 min 381 müraciət qeydə alınıb

Qanunvericilik / Nazirlər Kabinetinin Qərar və Sərəncamları
29.11.2016

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün  təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması  və saxlanılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə


Azərbaycan Respublikasının Nazirlər Kabineti


           № 489                                                                      Qərar

 
Bakı şəhəri, 29 noyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün  təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması  və saxlanılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azər-baycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.  1.1-ci bənddə “Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri (bundan sonra — Mərkəz)” sözləri “Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri (bundan sonra — Şöbə)” sözləri ilə əvəz edilsin.

2.  2.1.1-ci yarımbənddə, 3.1-ci, 4.1–4.3-cü, 4.6-cı, 5.1-ci (hər dörd halda), 5.2-ci (hər iki halda), 5.4-cü, 6.2-ci (hər iki halda), 6.3-cü (hər beş halda), 6.4-cü (hər iki halda), 6.5-ci (hər iki halda), 6.7-ci, 7.1-ci, 7.2-ci, 7.4-cü, 7.6-cı (hər üç halda), 7.8-ci, 7.10-cu, 7.11-ci, 7.13-cü bəndlərdə ismin müvafiq hallarında “Mərkəz” sözü ismin müvafiq hallarında “Şöbə” sözü ilə əvəz edilsin.

3. 4.7-ci bənddə “Mərkəzə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına” sözləri “Şöbəyə” sözü ilə əvəz edilsin.

4.  5.2-ci bəndin ikinci cümləsində “Dövlət Sosial Təminat Xidməti” sözləri “Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin.

5. 6.1-ci və 6.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“6.1. Yaşayış yerini dəyişməklə əlaqədar müavinət, təqaüd və kompensasiya işinin qeydiyyatdan çıxarılması yeni yaşayış yeri üzrə Şöbənin sorğusu əsasında aparılır.

6. 6. Müavinət təyin olunmuş şəxsə pensiya təyin olunduqda, iş üzrə ödəniş pensiya təyin edildiyi gündən dayandırılır və müavinət işi hərəkətdən çıxarılır. Müavinətdən tutulmalar olduqda, tutulmalar pensiyadan aparılır.”.

6. 6.9-cu bənddə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarından və digər Mərkəzlərdən tələb edilməsi haqqında daxil olan sorğular, göndərilən müavinət, təqaüd və kompensasiya işlərinin qeydiyyatı Mərkəzin” sözləri “digər Şöbələrdən tələb edilməsi haqqında daxil olan sorğular, göndərilən müavinət, təqaüd və kompensasiya işlərinin qeydiyyatı Şöbənin” sözləri ilə əvəz edilsin.

7. 7.9-cu bənddə “Dövlət Sosial Təminat Xidmətinə” sözləri “Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilsin.

8. Qaydalara 1 nömrəli əlavə – “Ərizə” formasına “Azərbaycan Respublikasının” sözlərindən sonra “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri əlavə edilsin və həmin formada “(şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzinə)” sözləri “(şəhər, rayon şöbəsinə)” sözləri ilə, “Mərkəzə” sözü “Şöbəyə” sözü ilə əvəz edilsin.

9. Qaydalara 4 nömrəli əlavədə “ƏSMM-in direktoru” sözləri “DSMF-nin şəhər, rayon şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin.

10. Qaydalara 4 və 5 nömrəli əlavələrdə “ƏSMM-in” sözü “DSMF-nin şəhər, rayon şöbəsinin” sözləri ilə, “Direktor” sözü “Şöbə müdiri” sözləri ilə əvəz edilsin.

11. Qaydalara 6 nömrəli əlavədə “Əhalinin sosial müdafiəsi mərkəzinin” sözləri “Şəhər, rayon şöbəsinin” sözləri ilə, “şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzi” sözləri “şəhər, rayon şöbəsi” sözləri ilə, “Direktorun” sözü “Şöbə müdirinin” sözləri ilə əvəz edilsin.

12. Qaydalara 7 nömrəli əlavə - “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nın 1.2-ci bəndində, 2.15.3-cü, 2.19.4-cü, 2.22.2-ci və 2.23.4-cü yarımbəndlərində “yerli orqanlarının” sözləri “şəhər, rayon şöbəsinin” sözləri ilə, 2.13.1-ci yarımbəndində “Dövlət Sosial Təminat Xidmətinin müvafiq şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzinin” sözləri “Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon şöbəsinin” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.