www.mlspp.gov.az
Azərbaycanca   English 23.10.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa Regional İclası keçirilir

Qanunvericilik / Nazirlər Kabinetinin Qərar və Sərəncamları
29.11.2016

“Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 mart tarixli 46 nömrəli qərarında dəyişikliklər edilməsi barədə


Azərbaycan Respublikasının Nazirlər Kabineti


           № 486                                                                      Qərar

 
Bakı şəhəri, 29 noyabr 2016-cı il

 

“Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2002-ci il 23 mart tarixli 46 nömrəli  qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 mart tarixli 46 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 149; 2005, № 6, maddə 546; 2008, № 2, maddə 114; 2016, № 6, maddə 1221) ilə təsdiq edilmiş “Dövlət sosial sığorta şəhadətnaməsinin Təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Beşinci abzasda “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin.

2. Altıncı abzasa “Cinsi” sözündən sonra “, “Ünvanı” və “Fərdi identifikasiya nömrəsi” sözləri əlavə edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.