Azərbaycan Respublikasının Nazirlər Kabineti
№ 140 Qərar
Bakı şəhəri, 19 aprel 2016-cı il
Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə nəqliyyat xərcləri üçün verilən pul kompensasiyasının məbləğinin müəyyən edilməsi barədə
“Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə nəqliyyat xərcləri üçün aylıq pul kompensasiyasının məbləğı 20 manat müəyyən edilsin.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsi ilə bağlı tələb olunan vəsaitlərin ödənilməsi rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin saxlanılması üçün nəzərdə tutulan xərclər dairəsində müvafiq qaydada həyata keçirilir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri |