www.mlspp.gov.az
Azərbaycanca   English 29.06.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

Qanunvericilik / Nazirlər Kabinetinin Qərar və Sərəncamları
14.08.2015

"Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2015-ci il tarixli 289 nömrəli Qərarı


Azərbaycan Respublikasının Nazirlər Kabineti


           № 289                                                                    Qərar

Bakı şəhəri, 14 avqust 2015-ci il

"Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.7-ci və 14.3-cü bəndlər əlavə edilsin:

2.7.

"Elektron məhkəmə" informasiya sistemi

14.3.

Müavinət alan məcburi köçkünlərin adlı siyahıdan ibarət informasiya ehtiyatı

2. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

6.1.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemi

3. 6.2 - 6.4-cü bəndlər ləğv edilsin.

4. 32-ci hissədə və 32.1-ci bənddə "Bakıelektrikşəbəkə" sözü "Azərişıq" sözü ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 34 - 38-ci hissələr əlavə edilsin:

 

34. Müdafiə Nazirliyi üzrə

34.1.

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin vahid məlumat sistemi

 

35. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə

35.1.

"Tələbə-məzun" dövlət elektron məlumat sistemi

 

36. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə

36.1.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi

 

37. Mərkəzi Bank üzrə

37.1.

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri

 

38. Yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə

38.1.

Ailə tərkibi və təsərrüfatı barədə məlumatlar

38.2.

Qəyyumluqda (himayədə) olan uşaqlar barədə məlumatlar

 

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.