www.mlspp.gov.az
Azərbaycanca   English 26.04.2018 - cı il
Xəbər lenti

Gələn ay Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

Qanunvericilik / AR Prezidentinin Fərman və Sərəncamları
08.07.2014

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:
1.1. 3.1.19-cu yarımbənddə “əmək müqaviləsini (kontraktını) bağlamadan” sözləri “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 3.1.19-1-ci yarımbənd əlavə edilsin:
“3.1.19-1. əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin fəaliyyətini təmin etmək;”.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə” üzrə:
2.1. 1.1-ci bənddən “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan” sözləri çıxarılsın;
2.2. 3.1.1-ci yarımbəndə “tənzimlənməsi,” sözündən sonra “əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil edilməsi,” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2014-cü il.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.