www.mlspp.gov.az
Azərbaycanca   English 27.07.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

Müsahibə elanı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
vakant dövlət qulluğu vəzifələrinin
tutulması ilə bağlı daxili müsahibə
ELAN EDİR:


Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinun dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

•   ərizənin surəti
•   əmək kitabçasının surəti
•   ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
•   kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
•   1 ədəd fonu ağ rəngli fotoşəkil
•   son 1 ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 01 iyul 2014-cü il tarixdən 15 iyul 2014-cü il saat 18:00-dək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ərtaflı məlumat almaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilə bilər:  

Telefon: 596-50-26


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxili müsahibəyə çıxarılan  vakant vəzifələrin 

SIYAHISI


Nazirlik yanında
Dövlət Əmək  Müfəttişliyi Xidmətinin
regionlar üzrə Dövlət Əmək Müfəttişlikləri  

 

  1. 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi
    Rəis-1

  2. 20 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi
    Rəis-1

Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin
yerli Mərkəzləri   üzrə

  1. Daşkəsən rayon ƏSMM
    Ünvanlı sosial yardım və sosial müavinətlər sektoru

    Direktor müavini-sektor müdiri - 1
    Mühasibat uçotu sektoru
    Sektor müdiri-baş mühasib - 1

  2. Qazax  rayon ƏSMM
    Ünvanlı sosial yardım və sosial müavinətlər sektoru

    Baş məsləhətçi - 1
    Məsləhətçi-1

  3. Qusar rayon ƏSMM
    Ünvanlı sosial yardım və sosial müavinətlər sektoru

    Direktor müavini- sektor müdiri -1
    Baş məsləhətçi - 1

  4. Sabirabad rayon ƏSMM
    Mühasibat uçotu sektoru

    Sektor müdiri-baş mühasib - 1
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.