www.mlspp.gov.az
Azərbaycanca   English 25.05.2016 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazax rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində beynəlxalq ekspertlərin iştirakı ilə demoqrafik proqnozların hazırlanmasına həsr olunmuş "Məlumat mübadiləsi saatı" keçirilib

ÜSY almaq üçün tələb olunan sənədlərin siyahısı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımı almaq üçün tələb olunan sənədlər:


Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər.  Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən  təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.

Ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) müraciəti elektron formada və ya kağız üzərində edə bilər. Bunun üçün aşağıdakı sənədlər tələb olunur:

  • Şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda);
  • Təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir (1nömrəli əlavə);
  • Ərizə-bəyannamə (2 nömrəli əlavə).


Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları

1 nömrəli əlavə

2 nömrəli əlavə

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.