www.mlspp.gov.az
Azərbaycanca   English 19.10.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa Regional İclası keçirilir

Struktur / Aparat / Təsərrüfat şöbəsi

Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 
Təsərrüfat şöbəsi

    Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını və şöbənin Əsasnaməsini rəhbər tutur.

    Təsərrüfat şöbəsi nazirliyin fəaliyyəti üçün zəruri şəraitin yaradılması, inventar, dəftərxana ləvazimatları, texnika, rabitə, nəqliyyat, kommunal və digər sahələrdə təminat istiqamətində tədbirlər görür, dövlət satınalmalarının həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müsabiqələr keçirir, müqavilələr bağlayır və onların yerinə yetirilməsinə nəzarət edir, nazirliyin ehtiyacları üçün əsaslı tikinti və təmir işlərini aparılması ilə bağlı layihə və smeta sənədlərinin hazırlanması, nazirliyin sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi ilə bağlı maddi-texniki məsələlərin həlli işlərini görür.

    Şöbə nazirliyin inzibati binasının mühafizəsi, cari və əsaslı təmiri, təhcizat işləri üzrə müvafiq idarə, müəssisə və təşkilatlarla müqavilələr bağlayır, bu müqavilələr üzrə şərtlərin, xidmət və öhdəliklərin icrasının təşkilatlar tərəfindən təmin olunmasına nəzarət edir, yerinə yetirilmiş işləri və xidmətləri qəbul edir.

    Şöbə nazirliyin inzibati bina, nəqliyyat vasitələri, mebel, komputer və digər avadanlıqlar ilə təmin edilməsi ilə bağlı işlərin görülməsi, onların maddi-texniki bazasının yaxşılaşdırılması barədə nazirliyin rəhbərliyinə təkliflər verir, nazirliyin mərkəzi aparatında olan xidməti avtomobillərdən istifadə olunmasına nəzarəti, onların istismara yararlı vəziyyətdə saxlanılmasını təmin edir, nazirliyin struktur bölmələri qarşısında onların inzibati binadan texniki normativlərə uyğun istifadə olunması və qənaət rejiminə əməl ediməsi ilə bağlı məsələ qaldırır və fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən nazirliyin strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

    Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Təsərrüfat və Texniki təminat xidməti sektorları daxildir.  

    Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.