www.mlspp.gov.az
Azərbaycanca   English 26.02.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1087 nəfər şəxs daimi dövlət təminatında yaşayır

Struktur / Aparat / Daxili nəzarət şöbəsi

Azərbaycan Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 
Daxili nəzarət şöbəsi 

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur vahidi olan Daxili nəzarət şöbəsi Nazirliyin struktur vahidləri və bölmələrinin vəzifəli şəxslərinin (əməkdaşlarının) xidməti fəaliyyəti üzərində öz Əsasnaməsi ilə verilən səlahiyyətlər çərçivəsində antikorrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi, vətəndaşların qəbulu zamanı etik davranış qaydalarına əməl olunması, ərizə və şikayətlərə vaxtında baxılaraq tam və düzgün cavablandırılması və daxili auditlə bağlı tədbirləri həyata keçirir. 

    Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiya qərarlarını, əmrlərini, sərəncamlarını və şöbənin Əsasnaməsini rəhbər tutur.  

    Daxili nəzarət şöbəsi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər struktur vahidi və ya bölmələri, eləcədə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

    Daxili nəzarət şöbəsinin strukturunu və işçilərin sayını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri müəyyən edir və təsdiq edir. Şöbə bilavasitə Nazirə tabedir və onun qarşısında hesabat verir. Daxili nəzarət şöbəsinin fəaliyyətinə Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (şöbə müdiri) rəhbərlik edir.

    Şöbənin Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Şöbənin digər əməkdaşları Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.