www.mlspp.gov.az
Azərbaycanca   English 25.03.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş olub                    Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

Struktur / Aparat / İnformasiya texnologiyaları şöbəsi

Azərbaycan Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İnformasiya texnologiyaları şöbəsi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsi nazirliyin mərkəzi aparatının struktur bölməsidir. Şöbə Nazirlik çərçivəsində informasiya idarəetmə sisteminin formalaşdırılması və təkmilləşdirilməsi, sahələr üzrə və müəssisələrarası, həmçinin korporativ proqram təminatlarının hazırlanması, elektron xidmətlərin təşkili istiqamətlərində tədbirlər həyata keçirir. Şöbə Azərbaycan Respublikasının informasiya texnologiyalarının inkişafı strategiyasına uyğun olaraq, elektron xidmətlər şəbəkəsinin inkişafı, nazirliyin ayrı-ayrı strukturları tərəfindən əhaliyə göstərilən xidmətlərin, eyni zamanda elektron sənəd dövriyyəsinin elektron formada tətbiqinin təmin edilməsi ilə bağlı müvafiq işlər görür. 

    Şöbə öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, ölkədə İT sistemi ilə bağlı dövlət siyasətini müəyyən edən qanunvericiliyi, “Dövlət hakimiyyət orqanlarında, idarə müəssisə və təşkilatlarda kargüzarlığın aparılmasına dair Təlimatı”, öz fəaliyyət sahəsinə aid olan digər Azərbaycan Respublikası Qanunlarını, normativ hüquqi aktları və şöbənin Əsasnaməsini rəhbər tutur.  

    Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna İnformasiya-kommunikasiya texnologiyalarının təminatı, İnformasiya sitemlərinin analitik təhlili, İnformasiya sistemlərindən istifadənin təşkili və Çağrı mərkəzi sektorları daxildir. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.