www.mlspp.gov.az
Azərbaycanca   English 26.02.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1087 nəfər şəxs daimi dövlət təminatında yaşayır

Struktur / Aparat / Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi

Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi nazirliyin mərkəzi aparatının struktur bölməsidir. Şöbə əlillərin sosial müdafiəsi, tibbi sosial və peşə reabilitasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, əlil insanların cəmiyyətə inteqrasiyasını gerçəkləşdirə biləcək Proqramların və sosial layihələrin, əlillərin sosial müdafiəsinə dair normativ hüquqi sənədlərin, təlimatı metodiki göstərişlərin işlənib hazırlanması, əlillərin ictimai həyatın bütün sahələrində iştirakına şərait yaradılması, onların öz fərdi maraq və qabiliyyətlərinə uyğun dolğun həyat sürməsi üçün mühüm sosial adaptasiya tədbirlərinin reallaşdırılması, əlil ictimai təşkilatlarla qarşılıqlı işin təşkili istiqamətində fəaliyyət göstərir.

    Şöbə öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, ölkədə əlillərlə bağlı dövlət siyasətini müəyyən edən “Əlilliyin və sağlamlıq imkandan məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununu, Əlillərin hüquqları haqqında Konvensiyanı, Avropa Sosial Xartiyasının ümumi tələblərini, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan Respublikasında ratifikasiya olunmuş Konvensiyasını, “Dövlət hakimiyyət orqanlarında, idarə müəssisə və təşkilatlarda kargüzarlığın aparılmasına dair Təlimatı”, öz fəaliyyət sahəsinə aid olan digər Azərbaycan Respublikası Qanunlarını, normativ hüquqi aktları və şöbənin Əsasnaməsini rəhbər tutur.

    Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası məsələləri və Əlillərlə bağlı dövlət siyasəti sektorları daxildir.

    Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.