www.mlspp.gov.az
Azərbaycanca   English 25.05.2017 - cı il
Xəbər lenti

Azərbaycanın əmək və məşğulluq sahəsində islahatlar gündəliyi Beynəlxalq Əmək Təşkilatının mənzil-qərargahında təqdim olunub                    Azərbaycanda məşğulluq və inkişaf təlimçilərinin milli şəbəkəsi yaradılıb

Struktur / Aparat / Sosial təminat siyasəti şöbəsi

Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  
Sosial təminat siyasəti şöbəsi

    Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin struktur vahidi olan Sosial təminat siyasəti şöbəsi öz səlahiyyətləri çərçivəsində aztəminatlı ailələrə dövlət sosial yardımı, çətin həyat şəraitində yaşayan şəxslərə (ailələrə) dövlət sosial xidməti, sosial müavinət, müxtəlif növ Prezident təqaüdləri və başqa növ sosial təminat məsələləri ilə bağlı mövcud qanunvericiliyi həyata keçirir. Eyni zamanda, əhalinin sosial təminatı ilə bağlı, o cümlədən, geniş çeşidli sosial yardım və xidmət proqramları üzrə mütərəqqi beynəlxalq təcrübəni, onun respublikada tətbiqi imkanlarını öyrənir və icrası istiqamətində təkliflərini verir.  

    Şöbə aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması, dövlət sosial təminat siyasətinin səmərəli həyata keçirilməsi üçün müasir informasiya texnologiyaları vasitələrindən istifadə edərək, sosial yardım və sosial xidmətlə bağlı qabaqcıl təcrübənin öyrənilməsi, minimum əməkhaqqı məbləğinin, ehtiyac meyarının həddinin mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməsi, sosial müavinətlərin məbləğlərinin inflyasiya səviyyəsindən asılı olaraq indeksləşdirilməsi üzrə təkliflərin verilməsi, habelə sosial təminat məsələləri ilə bağlı dövlət təminatlarının məbləğinin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanması işlərini görür.

    Şöbə sosial təminat məsələləri üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətlərinə uyğun sahələrdə elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir, sosial müavinətlər sisteminin unifikasiyası və sadələşdirilməsi, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisə və xidmətlərin fəaliyyətində sosial reabilitasiyanın müasir metod və texnologiyalarının tətbiqi, ahıllara, əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, sosial müdafiəyə ehtiyacı olanlara, habelə Nazirliyin tabeliyində olan internat evlərində, pansionatlarda yaşayan bu kateqoriyadan olan şəxslərə tibbi və sosial-məişət xidmətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün təkliflər verir.

    Şöbə tərəfindən sosial təminat məsələləri üzrə normativ-hüquqi aktların düzgün həyata keçirilməsi və qüvvədə olan qanunvericiliyə müvafiq olaraq vətəndaşların sosial yardım və xidmətlə təmin olunması məqsədilə Dövlət Sosial Təminat Xidmətinin və onun tərkibinə daxil olan yerli strukturların fəaliyyətinə nəzarəti həyata keçirir. 

    Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Dövlət sosial yardımı siyasəti və Dövlət sosial xidmət siyasəti sektorları daxildir.  

    Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.