www.mlspp.gov.az
Azərbaycanca   English 19.01.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Biləsuvar rayonunda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edib                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib

Struktur / Aparat / Beynəlxalq əlaqələr şöbəsi

Azərbaycan Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsi 

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatının struktur bölməsi olan Beynəlxalq əlaqələr şöbəsi əmək və əhalinin sosial müdafiəsi məsələlərinə dair xarici əlaqələr və əməkdaşlıq sahəsində fəaliyyət göstərir. Şöbə əmək və əhalinin sosial müdafiəsi məsələləri ilə əlaqədar qarşılıqlı faydalı beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və təkmilləşdirilməsi, respublikanın əmək və sosial inkişaf problemləri ilə məşğul olan hökumətlərarası və qeyri-dövlət beynəlxalq təşkilatların işində nazirliyin iştirakının təmin edilməsi, Nazirliyin xarici iqtisadi fəaliyyətinə dair məqsədyönlü təkliflərin, həmçinin beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair perspektiv proqramların hazırlanması, xarici ölkələrin müvafiq nazirlikləri və baş idarələri, ayrı-ayrı firmalar və milli-ictimai təşkilatlarla ikitərəfli əlaqələrin yaradılması, Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsindən irəli gələn əsas tələblərə riayət olunması, əhalinin sosial müdafiəsi və səmərəli məşğulluğun təminatı, əməyin ödənilməsi və əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlıq prinsiplərinin genişləndirilməsi və s. üzrə xarici təcrübə barədə nazirlik əməkdaşlarını zəruri informasiya ilə təmin edilməsi sahəsində işlər görür və dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilələrin və sazişlərin layihələrinin hazırlanmasında iştirak edərək, qəbul olunmuş sənədlərin həyata keçirilməsinə köməklik göstərir, ikitərəfli əlaqələr yolu ilə xaricdə təlim proqramlarının keçirilməsini təmin edir.

    Şöbə öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Qanunlarını, Azərbaycan Respublikası Milli Məclisin Qərarlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qərar, Əmr, Sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

    Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Beynəlxalq təşkilatlarla iş və Xarici dövlətlərlə əlaqələr sektorları daxildir. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.