www.mlspp.gov.az
Azərbaycanca   English 26.02.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1087 nəfər şəxs daimi dövlət təminatında yaşayır

Struktur / Aparat / Həyat səviyyəsinin təhlilli və aktuar hesablamalar şöbəsi

Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsi

    Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatının struktur bölməsidir. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, mövcud qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar, sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavılə və Sazişləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və respublikanın aidiyyəti nazirliklərinin normativ-hüquqi aktlarını və şöbənin Əsasnaməsini rəhbər tutur. Şöbə Naxçivan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsi ilə birlikdə həyat səviyyəsinin təhlili və aktuar hesablamalar sahəsində dövlət siyasətini həyata keçirir.  

    Şöbə həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun nəticələrinin aradan qaldırılmasının təmin edilməsi və imtiyazlı qrupların daim dövlət orqanlarının diqqətində saxlanilması məqsədi ilə informasiya texnologiyaları vasitələrindən istifadə edərək, bu məqsədlə qabaqcıl təcrübəni öyrənməklə, hüquqi-normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsində təkliflərin verilməsi, dövlət proqramlarının hazırlanması və həyata keçirilməsində iştirak edir. Respublika və regionlar üzrə əhalinin həyat səviyyəsinin öyrənilməsi, yaşayış minimumu, sosial müdafiə və sosial xidmətin, təklif olunan islahatların, eləcə də sosial imtiyazların mövcud vəziyyətinin öyrənilməsi, islahat təkliflərinə aid nəticələrin proqnozlaşdırılması, müvafiq şöbələrdən məlumatların toplanaraq ümumiləşdirilməsi, təhlili və nəşrlərinin verilməsi işlərini görür. 

    Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə tərkibində Aktuar hesablamalar və proqnozlar, Həyat səviyyəsinin təhlili və Monitorinq və qiymətləndirmə sektorları fəaliyyət göstərir. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.