www.mlspp.gov.az
Azərbaycanca   English 26.02.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1087 nəfər şəxs daimi dövlət təminatında yaşayır

Struktur / Aparat / Kadr və kadr hazırlığı şöbəsi

Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin
Kadr və kadr hazırlığı şöbəsi

    Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin struktur vahidi olan Kadr və kadr hazırlığı şöbəsi Nazirliyin Aparatının bölmələrinin, strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı dövlət qulluğu və əmək qanunvericiliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqi, dövlət qulluğu üçün kadrların müsabiqə və ya müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının və Nazirliyin dövlət qulluqçusu olmayan əməkdaşlarının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiyası və sosial müdafiəsi, həmçinin dövlət qulluğu və əmək münasibətləri ilə bağlı digər məsələlər üzrə işlərin təşkilini və tənzimlənməsini həyata keçirir, müvafiq sahəyə aid olan hüquqi aktların məcburi hüquqi ekspertizasını keçirir, fəaliyyət istiqamətlərinə uyğun sahələrdə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak edir. 
    Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi haqqında Əsasnamə"ni və digər qanunvericilik aktlarını, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını və şöbənin Əsasnaməsini rəhbər tutur. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.  

    Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.