www.mlspp.gov.az
Azərbaycanca   English 27.04.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar tədbir keçirilib                    “Məişət zorakılığının qarşısının alınması” mövzusunda təlim-seminarlar keçirilib

Struktur / Aparat / İqtisadiyyat şöbəsi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur vahidi olan İqtisadiyyat şöbəsi iqtisadiyyat və maliyyə sahəsində təşkilatı və nəzarət tədbirlərini həyata keçirir. Şöbə Nazirliyin aparatının struktur və tabe qurumlarının ştat cədvəllərini hazırlayır, təsdiqini təmin edir və bununla bağlı digər məsələləri həll edir. Dövlət büdcəsindən verilən sosial müavinət və yardımların müvafiq tələblərə uyğun xərc smetalarını hazırlayır, təsdiqini və onların vaxtında maliyyələşməsi işlərini təmin edir. Sosial müavinət və yardımların xərcinə dair struktur bölmələrdən hesabat alır, icmallaşdırır və aidiyyəti dövlət orqanlarına göndərir.

    Nazirliyin aparatının struktur və tabe qurumlarının saxlanılması və onların normal işinin təşkili üçün təkliflər hazırlayır və icrası ilə bağlı işləri təşkil edir. Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən Nazirliyin aparatının struktur və tabe qurumlarında çalışan işçilərin əmək haqqının vaxtında ödənişini və bununla bağlı məsələləri həll edir. Nazirliyin aparatının və struktur bölmələrinin saxlanılması üzrə smeta xərclərinin icrasına dair icmal mühasibat balanslarını və hesabatlarını, habelə statistik hesabatları tərtib edərək müvafiq orqanlara təqdim edir. 

    Şöbə Aparatda və tabeçilikdə olan təşkilatlarda mühasibat uçotunun qurulması və təşkilinin düzgünlüyünə nəzarət edir.
Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Mühasibat üçotu, Maliyyə, İcmal büdcə və Satınalmaların təşkili və idarə etməsi sektorları daxildir.  

    Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.