www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

Struktur / Aparat / Məşğulluq siyasəti və demoqrafiya şöbəsi

Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Məşğulluq siyasəti və demoqrafiya şöbəsi

    Məşğulluq siyasəti şöbəsi məşğulluq, əmək bazarının tənzimlənməsi, demoqrafiya və miqrasiya sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini aidiyyəti üzrə əlaqələndirir. 
Şöbə bazar iqtisadiyyatı şəraitində əhali sakinliyinin inkişaf etdirilməsi, demoqrafik proseslərin tənzimlənməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi proqramlarının hazırlanmasında iştirak etməklə, məşğulluq, əmək bazarının tənzimlənməsi, demoqrafiya və miqrasiya məsələləri üzrə beynəlxalq təcrubəni öyrənir və müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədi ilə təkliflər verir. 

    Məşğulluq, əmək bazarının tənzimlənməsi, demoqrafiya və miqrasiya sahəsində normativ hüquqi sənədlərin, metodiki tövsiyyələrin, elmi və məlumat-informasiya xarakterli materialların, habelə xarici ölkələrlə məşğulluq, demoqrafiya və əmək miqrasiyası sahəsində əməkdaşlıq haqqında müqavilə və saziş layihələrinin hazırlanmasında iştirak edir. 

    Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə Məşğulluq siyasəti, Əmək miqrasiyası, Peşə standartları və Demoqrafiya və əhali sakinliyinin inkişafı sektorlarından ibarətdir. 
Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.