www.mlspp.gov.az
Azərbaycanca   English 25.06.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

Struktur / Aparat / Əmək siyasəti şöbəsi

Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək siyasəti şöbəsi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi əməyin ödənilməsi və əmək münasibətlərində, əmək şəraiti, əməyin mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirir, işçilərin əmək hüquqlarının qorunması, Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyalarının ratifikasiya edilməsi ilə bağlı yuxarı dövlət orqanları ilə təşkilatı və hazırlıq işlərin aparılması, ratifikasiya edilmiş konvensiyaların tətbiqi ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış fərman və sərəncamların icrasına əsasən aidiyyatı tapşırıqların yerinə yetirilməsi ilə bağlı və ya müvafiq icra hakimiyyəti orqanları ilə birgə işlərin yerinə yetirilməsi, qəbul olunmuş dövlət proqramlarında aidiyyatı üzrə nəzərdə tutulmuş müvafiq tədbirlərin yerinə yetirilməsi ilə bağlı hesabatların hazırlanması işlərini görür.

    Şöbə həmçinin mərkəzi icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış normativ sənədlərə rəy və təkliflərin hazırlanması, idarə və təşkilatların müraciətinə və sorğularına cavabların hazırlanması, əməyin mühafizəsi ilə bağlı müvafiq normativ bazanın yaradılması və təkmilləşdirilməsi, əməyin mühafizəsi ilə bağlı idarə və təşkilatlarla əmək şəraiti ağır və zərərli iş yerlərinin müəyyən edilməsi üçün idarə və təşkilatlarla yazışmaların aparılması, iş yerlərinin attestasiyasının keçirilməsi ilə əlaqədar tövsiyələrin verilməsi və s. istiqamətlərdə tədbirlər həyata keçirir.

    Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Əmək şəraiti, əməyin mühafizəsi və Əməyin ödənilməsi və əmək münasibətləri sektorları daxildir.  

    Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.