www.mlspp.gov.az
Azərbaycanca   English 24.03.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş olub                    Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

Struktur / Nazirliyin tabeliyində olan müəssisələr / “Məzun evi” Sosial Müəssisəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi


Müəssisə - milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir.

Müəssisə Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki yaşayış evi olmaqla, Xidmətin vahid sisteminə daxildir.

Müəssisə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsini və qərarlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Xidmətin əmrlərini, həmçinin bu Nizamnaməni rəhbər tutur.

Müəssisə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə yaradılmışdır, qeyri-kommersiya hüquqi şəxsdir, müvafiq xəzinə hesabına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştampa və digər rekvizitlərə malikdir.

Müəssisənin direktoru və mühasibi vəzifəyə Xidmət rəisinin təqdimatı əsasında əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən, digər işçiləri isə Müəssisənin direktoru tərəfindən təyin və vəzifədən azad edilir.

Müəssisənin ünvanı: Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.