www.mlspp.gov.az
Azərbaycanca   English 24.03.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş olub                    Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

Struktur / Struktura daxil olan qurumlar / Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti

Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra – Xidmət)  tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq  imkanlarının məhdudluğunun (bundan sonra - əlillik)  qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır.

   Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və öz Əsasnaməsini rəhbər tutur.

   Xidmət Əsasnaməsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir və müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

   Xidmət əlilliyi olan şəxslər üçün cəmiyyət həyatının bütün sahələrində iştirak etmək imkanının, öz fərdi qabiliyyət və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılması, əlilliyi doğuran səbəblərin aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və  həmin siyasəti həyata keçirir. Tibbi-sosial ekspert komissiyaları (TSEK) vasitəsilə tibbi-sosial ekspertiza keçirərək, əlilliyinin qiymətləndirilməsi əsasında şəxsin  sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən Xidmət  əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı müvafiq proqramların hazırlanması və həyata keçirilməsini təmin edir.

   Xidmət özünün Aparatından, 38 TSEK-dən, 11 əlillərin bərpa mərkəzindən, Bakı Protez Ortopedik Mərkəzi və onun Gəncə filialından ibarətdir.

   Xidmətə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir. Xidmətin rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.