www.mlspp.gov.az
Azərbaycanca   English 29.04.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar tədbir keçirilib                    “Məişət zorakılığının qarşısının alınması” mövzusunda təlim-seminarlar keçirilib

Struktur / Nazirliyin tabeliyində olan müəssisələr / Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN NƏZDİNDƏ
TİKİLMƏKDƏ OLAN OBYEKTLƏRİN MÜDİRİYYƏTİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Tikilməkdə olan obyektlərin müdiriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan tikinti və təmir işlərinin vaxtında və yüksək keyfiyyətlə icrasına və istifadəyə verilməsinə, həmin işlərin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və başqa maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan obyektlərin müdiriyyətinin yaradılması haqqında” 24 may 2007-ci il tarixli 81 nömrəli Qərarı əsasında yaradılmışdır.

    Müdiriyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Milli Məclisinin qərarlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin əmr və kollegiya qərarlarını, digər qanunvericilik aktlarını və öz Əsasnaməsini rəhbər tutur.

    Müdiriyyət Azərbaycan Respublikasında Nazirlik tərəfindən inşa edilən və təmir olunan bütün obyektlərin, digər əsas fondların tikintisinə və təmirinə ayrılan vəsaitlər hesabına görülən işlər üzrə Nazirlik tərəfindən ona həvalə edilmiş nəzarət funksiyalarını yerinə yetirir. Müdiriyyət qanunvericiliyə müvafiq olaraq təsərrüfat hesablı prinsiplər əsasında fəaliyyət göstərir. Müdiriyyətin fəaliyyətinə nəzarəti birbaşa Nazirlik həyata keçirir. Müdiriyyətin fəaliyyətinə direktor rəhbərlik edir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri mövcud qanunvericiliyə və Nazirliyin Əsasnaməsinə müvafiq olaraq müdiriyyətin strukturunu təsdiq edir və müdiriyyətin direktorunu, Nazirliyin vəzifə nomenklaturasına aid olan digər məsul işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
 
Ünvan: Bakı şəhəri, S.Əsgərova küçəsi, 85.






Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.