www.mlspp.gov.az
Azərbaycanca   English 03.12.2016 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəsi ilə görüş olub                    Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 90 140 nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunub

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı (2014-2018-ci illər)

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair

Milli Fəaliyyət  Proqramı

(2014-2018-ci illər)

 

                   Proqramın məqsədi

 

v Əlilliyi olan şəxslərin cəmiyyətin tam hüquqlu və bərabər üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiə olunması.

v Əlilliyi olan şəxslərlə bağlı hüquqi bazanın təkmilləşdirilməsi.

v Əlilliyi olan şəxslərin maksimum müstəqil olmasının, eləcə də əqli, fiziki, sosial və peşə bacarığından tam şəkildə faydalanmasının təmin edilməsi. 

v Əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər şəkildə informasiya axtara, qəbul edə və ötürə bilməsini təmin edən şəraitin yaradılması.

v Bütün insanlarla bərabər şəkildə təhsil almaq və tam olaraq öz şəxsiyyətini, istedadını, yaradıcılığını, intellektual və fiziki potensialını reallaşdırmaq imkanın yaradılması.

v Açıq əmək bazarı şəraitində əlilliyi olan şəxslərin məşğulluğunu dəstəkləmək, peşə hazırlığı proqramları həyata keçirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və qarşıya çıxan maneələrin aradan qaldırılması.

v Mövcud infrastrukturun müəssərliyinin  təmin olunması.

v Bütün səhiyyə xidmətlərindən bərabər istifadə imkanlarının yaradılması, əlilliyin erkən aşkarlanması və erkən müdaxilənin təmin olunması vasitəsi ilə qarşısının alınması və dərəcəsinin azaldılması.

v Sosial müdafiə sisteminə bərabər çıxış imkanlarının yaradılması, sosial xidmətlərin hər bir şəxsin ehtiyaclarının düzgün qiymətləndirilməsinin təmin edilməsi, bu cür xidmətlərin əlilliyi olan şəxslərin təcrid olunmasına deyil, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsinə yönəltmək

v Əlilliyi olan şəxslərin  yerli, regional, milli və beynəlxalq səviyyələrdə sosial, ictimai və siyasi həyatda iştirak  edə bilməsini təmin edən və dəstəkləyən mühitin yaradılması.

v Əlilliyi olan şəxslərlə bağlı etibarlı və müqayisəli tədqiqat məlumatlara əsaslanan proqram və layihələrin həyata keçirilməsi.

v Əlilliyi olan şəxslərin potensialının təbliğ olunması və bu barədə məlumatlılığın artırılması.                                                                                                                                                                                      

 

  1. II.               Gözlənilən nəticələr:

v Əlillərlə bağlı dövlət siyasətini müəyyən edən  qanunvericilik aktlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi.

v Cəmiyyətin bütün sahələrində əlilliyi olan şəxslərə bərabər imkanların yaradılması.

v Əlilliyi olan şəxslərin azad seçim imkanlarının yaradılması və cəmiyyətdə effektiv iştirakının təmin edilməsi.

v Əlilliyi olan şəxslər üçün informasiya mühitinin genişləndirilməsi.

v Əlilliyi olan şəxslərlə bağlı mənfi stereotiplərin, yalnış fikir və zərərli hərəkətlərin  aradan qaldırılması.

v Cəmiyyətdə əlilliyi olan şəxslər haqqında pozitiv təsəvvürlərin formalaşdırılması

v Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması.

v Əlilliyi olan  şəxslərin əmək bazarına verdiyi töhfələrin  və onların potensialının dəyərləndirilməsi.

v Əhalinin yararlandığı digər imkanlara və xidmətlərə müəssərliyin təmin edilməsi.

 

 

 

“2014-2018-ci illərdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın  həyata keçirilməsi üzrə ”

 

T Ə D B İ R L Ə R   P L A N I

 

 

Sıra

Tədbirin adı

İcraçı

təşkilatlar

İcra müddəti

  1. 1.      Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi.

 

1.1.

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar barədə dövlət siyasətini müəyyən edən milli qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkliflərin hazırlanması.

Nazirlər Kabineti,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi

 

    

2014-2018

1.2.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il 13 dekabr tarixli Konvensiyasının tətbiqi ilə bağlı fəaliyyətin əlaqələndirilməsi, təşviqi, müdafiəsi və monitorinqi mexanizminin normativ hüquqi bazasının   yaradılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması.

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iştirakı ilə

 

2014-2018

1.3.

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq  müqavilələrin nəzərdən keçirilməsi, həmin sənədlərə və Yenidən baxılmış Avropa Sosial Xartiyasının 15-ci maddəsinə ölkəmizin qoşulması istiqamətində təkliflər hazırlanması.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi,  Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iştirakı ilə

 

2014-2018

1.4.

 Əlilliyi olan şəxslərin və 15 yaşı tamam olan sağlamlıq imkanları məhdud uşaqların məşğulluğunun təmin edilməsi məqsədilə işəgötürənlərə vergi və sığorta güzəştlərinin müəyyən olunması barədə təkliflərin hazırlanması.

Nazirlər Kabineti,

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi

 

 

 

2015

1.5.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş  həvəsləndirmə mexanizmlərinin  tətbiq edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması.

Nazirlər Kabineti,

Vergilər Nazirliyi

İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi

 

 

 

 

 

2014-2015

2. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi-sosial reabilitasiyası

 

2.1.

Əlilliyin minumuma endirilməsi üçün erkən aşkarlama və müdaxilə proqramlarının təbliği və tətbiq olunması.

Səhiyyə Nazirliyi,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

 

mütəmadi

2.2.

Əlilliyin səbəbi olan genetik xəstəliklərin öyrənilməsi məqsədi ilə laboratoriyaların yaradılması və əhali arasında sağlam həyat tərzinin təbliğinə yönəlmiş tədbirlərin həyata keçirilməsi.

Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

 

2014-2018

2.3.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının davamlı olaraq yaxşılaşdırılması və onlara profilaktik tibbi-sosial reabilitasiya xidmətlərin göstərilməsi məqsədi ilə Bakı şəhərində və regionlarda sağlamlıq sanatoriyalarının, idman sağlamlıq mərkəzlərinin yaradılması.

Nazirlər Kabineti, Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2014-2018

2.4.

Loqoped və pedaqoq ixtisası olan şəxslərin müxtəlif profilli reabilitoloq ixtisaslarına yiyələnmələri üçün müasir tədris proqramları əsasında ixtisaslaşdırılmış kursların təşkili

Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi

2014-2018

2.5.

İnkişafdan geri qalmış uşaqlara və onların valideynlərinə, yaxın qoxumlarına psixoloji və metodik köməklik göstərilməsi məqsədilə tibb müəssisələrində kabinetlərin yaradılması

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2014-2015

2.6.

Abilitasiya və reabilitasiya imkanlarını dəstəkləyən köməkçi texnologiyaların və qurğuların istifadəsinin təşviq edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

mütəmadi

2.7.

Reabilitasiya vasitələrinin istehsalı sənayesinin yaradılması üçün təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi

İqtisadiyyat və Sənaye Nazirliyi

 

 

 

2015

2.8.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan və tabeliyində olan sosial xidmət müəssisələrinin ixtisaslaşdırılması barədə müvafiq təkliflərin hazırlanması

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi

2014-2015

2.9.

Bakıda və respublikanın digər böyük şəhərlərində surdoloji mərkəzlərin açılması, bu mərkəzlərdə işləmək üçün eşitmə qabiliyyəti pozulmuş insanların mimikasını bilən xüsusi işçi heyətinin hazırlanması

Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2014-2018

2.10.

Anadangəlmə və ya sonradan qazanılmış eşitmə problemi olan şəxslərə eşitmə qabiliyyətini qaytaran daxili qulagın protezləşməsi (koxlear implantasiya) əməliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiq edilməsi və bu əməliyyatın dövlət vəsaiti hesabına həyata keçirilməsi. Neonatal mərhələdə uşaqların eşitmə və görmə qabiliyyətinin müəyyən olunması.

Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi

 

 

2014-2018

2.11.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsində ictimaiyyətin iştirakını təmin etməklə səhiyyə müəssisələrinin və  tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinə dövlət nəzarətinin və ictimai nəzarətin daha da gücləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və aidiyyətı qeyri-hökumət təşkilatlarının iştirakı ilə

 

 

mütəmadi

2.12.

Uşaqlar üçün regional tibbi-sosial reabilitasiya  müəssisələrinin təşkil edilməsi və icma-əsaslı sosial reabilitasiya xidmətlərinin yaradılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi,

İqtisadiyyat və Sənaye Nazirliyi

 

2014-2018

2.13.

Naxçıvan, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Lənkəran şəhərlərində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi emalatxanaların yaradılması.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi

 

2014-2016

 

3. Əlilliyi olan şəxslərin  və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və həyat şəraitinin yaxşılaşdırılması tədbirləri. Əlilliyin müəyyən olunması və TSEK-lərın fəaliyyətinin təkmilləşdirilməsi

3.1.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sərbəst hərəkətini asanlaşdıran keyfiyyətli vasitələrlə, qurğularla təmin olunması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2014-2018

3.2.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı məsrəflərinin dövlət tərəfindən qarşılanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi,

Dövlət Sosial Müdafiə Fondu,

2014-2018

3.3.

 

Dayaq-hərəkət sisteminin pozğunluğu səbəbindən əlilliyi olan şəxslərin sosial - məişət reabilitasiyası üçün müyəssər şəraitə malik yaşayış sahəsi modellərinin hazırlanması.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yerli icra hakimiyyəti orqanları

 

 

2015-2017

3.4.

Əlilliyi olan şəxslərə mənzil alınması və regionlarda fərdi mənzil tikintisi üçün uzun müddətli, güzəştli kreditlər, ipoteka verilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə

Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurası

 

 

2015-2016

3.5.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi məqsədilə mövcud sosial xidmətlərin təkmilləşdirilməsi və yenilərinin yaradılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

 

2014-2018

3.6.

Qeyri-hökumət təşkilatlarının əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial problemlərinin həllinə, informasiya təminatına, hüquqi, tibbi və psixoloji maarifləndirilməsinə yönəlmiş layihələrinin dəstəkləməsi və əlaqələndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

 

 

 

 

 

2014-2018

 

Əlilliyi olan şəxslərin və sağlamlığı məhdud uşaqların təhsilinin və peşəyönümünün yaxşılaşdırılması

4.1.

Sağlamlıq imkanları məhdud uşaqların və gənclərin təhsilinin təşkili formalarının təkmilləşdirilməsi, onların inkluziv təhsilə (məktəbəqədər, ibtidai, orta, texniki, peşə və ali təhsilə) cəlb olunması üçün şərait  yaradılması.

 

Təhsil Nazirliyi

 

2014-2018

4.2.

Təhsil müəssisələrində mövcud infrastrukturun əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sərbəst hərəkətlərinə uyğunlaşdırılması.

Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Gənclər və İdman Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

 

2014-2018

4.3.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təhsilində elektron təhsil texnologiyalarının tətbiqi

Təhsil Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2016

4.3.

Test imtahanlarının standartlara uyğunlaşdırılması, xüsusi qabiliyyət tələb edən imtahanlar zamanı hazırlıq işlərinin təşkili

Təhsil Nazirliyi,

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

2014

4.4.

Brayl əlifbasını, alternativ şriftləri, surdo tərcüməni bilən peşəkar kadrların hazırlanması və təhsil müəssisələrinə cəlb edilməsi

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2014-2018

4.5.

Fərdi tələbatı nəzərə almaqla və metodiki vəsaitlərlə təmin etməklə effektiv tədrisin yüngülləşdirilməsi, əlilliyi olan şəxslərin elmi və sosial inkişafı üçün müvafiq dəstəyin göstərilməsi

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2014-2018

4.6.

Jest dilinin və alternativ ünsiyyət üsullarının və ünsiyyətin bütün digər mümkün  metod və formalarının tətbiqinin genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi.

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2014-2018

4.7.

Sağlamlığında problemləri olan uşaqlar üçün fərdi inkişaf proqramlarının tərtib olunaraq həyata keçirilməsi

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

4.8.

Əqli və fiziki inkişafı, fərdi istedad və bacarığı nəzərə alınmaqla  sağlamlıq imkanları məhdud uşaqların arzu etdikləri yerlərdə inklüziv təhsilə cəlb olunması 

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

4.9.

Görməyən, eşitməyən  sağlamlıq imkanları məhdud uşaqların təhsilinə dəstək üçün yardım mərkəzlərinin yaradılması

 

Təhsil Nazirliyi

 

2014-2018

4.10.

Məktəbəqədər tərbiyə müəssisələrində və ümumtəhsil məktəblərində erkən yaşlardan başlayaraq bütün uşaqlarda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarına hörmət hisslərinin təbliğ edilməsi məqsədilə tədbirlərin görülməsi, dərsliklərə bu barədə mövzu salınması.  

Təhsil Nazirliyi

aidiyyətı qeyri-hökumət təşkilatlarının iştirakı ilə

mütəmadi

5. Əlilliyi olan şəxslərin və15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların

məşğulluğunun təmin edilməsi.

    5.1.

Əlilliyi olan şəxslərin və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların məşğulluğunun təmin edilməsi sahəsində müvafiq dövlət orqanları, həmkarlar ittifaqları, işəgötürənlər və qeyri – hökumət təşkilatları arasında əlaqələndirmə işinin təkmilləşdirilməsi

Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

 

 

2014-2015

 

5.4.

Müəssisə və təşkilatlarda əlilliyi olan şəxslər və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqlar üçün qanunvericiliklə müəyyən olunmuş kvotaya əməl edilməsinə nəzarətin gücləndirilməsi və təmin edilməsi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu vəaidiyyəti orqanlar

 

mütəmadi

5.5.

“Əlilliyi olan şəxs xidmətləri” və “Əlilliyi olan şəxslərə icma dəstək” layihələrinin həyata keçirilməsi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi şurası

 

2014-2018

5.6.

Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xalq sənəti növlərinin  öyrədilməsi üçün tədbirlərin görülməsi.

 

Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

 

 

mütəmadi

5.7.

Əlilliyi olan şəxslər və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların əhali üçün nəzərdə tutulan əmək yarmarkalarında iştiraklarının təmin olunması və lazım gəldikdə ixtisaslaşmış əmək yarmarkalarının keçirilməsinin təşkil edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

 

mütəmadi

5.8.

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün peşə hazırlığı proqramlarının  hazırlanması və həyata keçirilməsi

Nazirlər Kabineti,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

 

2014-2018

5.9.

Regionlarda əlilliyi olan şəxslərin və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların xüsusi proqramlara əsasən daimi və müvəqqəti işlə təmin olunması işinin təşkili

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Dövlət Sosial Müdafiə Fondu, Yerli icra hakimiyyəti orqanları

mütəmadi

5.10.

Əlilliyi olan şəxslərin və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yerli icra hakimiyyəti orqanları

mütəmadi

5.11.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqlar üçün psixoloji və peşəyönümü  testlərinin, metodiki vəsaitlərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

 

2014-2015

6. Əlilliyi olan şəxslərinvə sağlamlıq imkanları məhdud uşaqların informasiya və kommunikasiya texnologiyalarından istifadəsi üçün şərait yaradılmasına yönəldilmiş tədbirlər

6.1.

Tam hərəkətsiz yaxud hərəkət qabiliyyəti məhdud əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar xidmət sektorunun yaradılması (kitabxana, mətbuat, poçt xidmətləri).

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yerli icra hakimiyyəti orqanları

 

 

mütəmadi

 

6.2.

Respublikanın şəhərlər və rayonlarında informasiya texnologiyaları mərkəzlərinin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılması

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yerli icra hakimiyyəti orqanları

2014-2018

 

6.3.

Eşitmə, görmə qabiliyyətinin məhdud olması səbəbindən əlilliyi olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarına qoşulmaları üçün texniki dəstəyin verilməsi, mobil operatorlar vasitəsi ilə onlar üçün xüsusi informasiya məlumat növünün yaradılması.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2014-2018

 

6.4.

Kompüter və mobil informasiya texnologiyaları sahəsində görməyənlərin və zəif görənlərin istifadəsi üçün səsli proqramların alınması və onların tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.

 

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2014-2018

6.6.

Tibbi-Sosial Ekspert Komissiyalarının işinin avtomatlaşdırılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi

 

2014-2015

6.7.

Mövcud qaynar xətlər çərçivəsində əlilliyi olan şəxslərin müraciətlərinə baxılması

Bütün mərkəzi icra hakimiyyəti orqanları

2014

6.8.

Qeyri-hökumət təşkilatlarının iştirakı ilə, Audio yazılı, səsli, bədii, siyasi, ensiklopedik və elmi nəşrlərin mühüm məlumatların surdo tərcümə ilə verilməsinin təmin edilməsi istiqamətində pilot layihə keçirilməsi

Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

2014-2018

6.9.

Əlilliyi olan şəxslərin şəxsi məlumatlarının məxfiliyini nəzərə alan texnologiyalardan istifadə etməklə müəssisələrdə (hüquq mühafizə, maliyyə, notarius) sərbəst yazmaq, oxumaq imkanlarının təmin edilməsi

Əmək və əhalinin sosial müdafiəsi nazirliyi,

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

mütəmadi

6.10.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “internet” informasiya kommunikasiya şəbəkəsində olan rəsmi saytlarının gözdən əlilliyi olan şəxslərin istifadəsi  üçün uyğunlaşdırılması.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2014-2018

6.11.

Əlilliyi olan şəxslərin dövlətin siyasi həyatında iştirakı üçün uyğun şəraitin yaradılması.

Mərkəzi Seçki Komissiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

 

2014-2018

6.12

 Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların informasiya və kommunikasiya texnologiyalarından istifadə etməsini dəstəkləmək üçün təlimlər və digər müvafiq tədbirlər həyata keçirtmək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

 

2014-2018

6.13

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların həyat səviyyəsinin qiymətləndirilməsi məqsədilə sorğuların keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

 

2014-2018

7. İstifadədə olan infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması tədbirləri

 

7.1.

Müyəssər şəraitin yaradılması istiqamətində elmi-metodiki, informasiya və məlumat-sorğu vəsaitlərinin hazırlanması və nəşr etdirilməsi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi,Nəqliyyat Nazirliyi

 

 

2014-2015

7.2.

Fəaliyyətdə olan sosial, ictimai, nəqliyyat, dövlət və qeyri-dövlət obyektlərinin infrastrukturlarının, informasiya və rabitə vasitələrinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tələbatına görə uyğunlaşdırılması üçün inventarizasiyasının və təsnifatlaşdırılmasının aparılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi,Fövqəladə Hallar Nazirliyi, Dövlət şəhərsalma və arxitektura Komitəsi, Bakı şəhər İcra hakimiyyəti, yerli icra hakimiyyəti orqanları

 

 

 

2014-2018

7.3.

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssər şəraitin yaradılmasına nəzarətin həyata keçirilməsi məqsədilə qüvvədə olan normativlərə və standartlara riayət etməklə ekspertiza, monitorinq və nəzarət sisteminin yaradılması.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi,Fövqəladə Hallar Nazirliyi, Dövlət şəhərsalma və arxitektura Komitəsi, Bakı şəhər İcra hakimiyyəti, yerli icra hakimiyyəti orqanları

 

 

 

2014-2015

7.4.

İstifadədə və tikilməkdə olan infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması məqsədilə tədbirlərin görülməsi.

 

 Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi, aidiyyəti nazirliklər, komitə və birliklər, yerli icra

hakimiyyəti orqanları

 

 

mütəmadi

 

7.5.

Əlilliyi olan şəxslərinvə sağlamlıq imkanları məhdud uşaqların nəqliyyatdan sərbəst istifadələri üçün müvafiq tədbirlərin həyata keçirilməsi.

Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

 

mütəmadi

 

7.6.

Metro stansiyalarının əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması.

Bakı şəhər Baş Metropoliten İdarəsi

 

2014-2018

 

 

7.7.

Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində əhalinin sıx yaşadığı yerlərdəki sərnişin marşrutlarında qaldırıcı liftə malik iri tutumlu nəqliyyat vasitələrindən istifadənin təmin edilməsi.

Nəqliyyat Nazirliyi,

Yerli icra hakimiyyəti orqanları

 

 

2014-2018

 

7.8.

Dayaq hərəkət sistemində problemi olan, əlil arabasında hərəkət edən şəxslərin çimərliklərdən sərbəst istifadə etmələri üçün şəraitin yaradılması.

 

Fövqəladə Hallar Nazirliyi, Yerli icra hakimiyyəti

orqanları

 

2014-2015

 

7.9.

Bankomatların, telefon avtomatların, poçt terminallarının, keçid turniketlərinin, lift, tunel keçidlərinin, eskalator və digər avtomat qurğularının əlilliyi olan şəxslərə uyğunlaşdırılması.

Fövqəladə Hallar Nazirliyi,

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,

Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Nəqliyyat Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,    Dövlət şəhərsalma və arxitektura komitəsi

 

 

 

 

2014-2018

 

7.10.

İctimai binaların qarşısında  obyekt və xidmətə dair Brayl qabartma üsulu ilə və ya digər uyğun formatlarda xəritə və məlumatların yerləşdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yerli icra hakimiyyəti orqanları, Dövlət şəhərsalma və arxitektura komitəsi

 

2014-2018

7.11.

Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müdafiəsinin və təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsi.

Fövqəladə Hallar Nazirliyi

mütəmadi

 

 

8. Əlilliyin dərki, əlliyi olan şəxslərin potensialının təbliğ olunması,  mədəni həyatda iştirakının,  istirahətinin və idman tədbirlərinin təşkili

8.1.

Əlilliyi doğuran səbəblər və əlilliyin qarşısının alınmasının profilaktikası barədə metodiki vəsaitlərin hazırlanması, nəşr edilməsi və maarifləndirici video çarxların çəkilməsinin təşkili.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi

 

 

2014-2018

8.2.

Əlilliyi olan şəxslərin turizm, asudə vaxt və idman fəaliyyətləri ilə bağlı xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi.

Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi

2014-2018

8.3.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların beynəlxalq müsabiqə, seminar və simpoziumlarda iştirakını təmin etmək üçün tədbirlərin görülməsi.

Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

 

 

mütəmadi

8.4.

Yaradıcılıq fəaliyyəti ilə məşğul olan əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əsərlərindən ibarət toplu və albomların nəşr edilməsi, onların yaradıcılıq təşkilatlarının işində bərabərhüquqlu üzv kimi iştirakını təmin edən tədbirlərin görülməsi.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı

Gənclər və İdman Nazirliyi,

Mədəniyyət və Turizm Nazirliyi

 

 

mütəmadi

 

8.5.

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün kinoteatrlarda, teatrlarda, muzeylərdə və digər bu kimi kütləvi informasiyanı əhatə edən mühitlərdə təsvirlərin  proqramlar vasitəsi ilə (buraya titrlər, kadraltı yazılar, audio təsvirlər və əl işarələri daxil ola bilər) şərh edilməsi.

Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnformasiya  və Kommunikasiya Texnologiyaları Nazirliyi 

 

 

mütəmadi

8.6.

Əlilliyi olan şəxslərin potensialının cəmiyyətə təqdim olunması məqsədi ilə proqramların hazırlanması.

Bütün mərkəzi icra hakimiyyəti  orqanları,

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu,

 “Azərbaycan Televiziyası və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, ”İctimai Televiziya və Radio verilişləri Şirkəti

 

 

 

 

 

mütəmadi

 

 

8.7.

Əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq idmançıların ölkə daxilində və beynəlxalq yarışlarda iştirakının təmin edilməsi məqsədilə fiziki hazırlığın və maddi-texniki bazanın yaxşılaşdırılması.

Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2014-2018

 

8.8.

Televiziya kanallarında müxtəlif informasiya xarakterli verilişlərin eşitmə qabiliyyəti pozulmuş  əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün surdo tərcüməçinin təmin olnması, publisistik, elmi-kütləvi və mədəni-maarif yönümlü tele-radio proqramlarının onların tələbatına uyğunlaşdırılması.

Azərbaycan “Televiziyası və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyəti,

“İctimai” Televiziya və Radio verilişləri Şirkəti

 

 

mütəmadi

8.9.

Kütləvi informasiya vasitələrində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqları sahəsində məsələlərin geniş işıqlandırılması, hüquq və imkanların bərabərliyi prinsipinin təbliğ edilməsi, bu məqsədlə həmin təbəqədən olan insanların özlərini də cəlb etməklə televiziya və radio saatlarının təşkili.

Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Televiziyası və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyəti,  ”İctimai Televiziya və Radio verilişləri Şirkəti,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və aidiyyətı qeyri-hökumət təşkilatlarının iştirakı ilə

 

 

 

 

 

 

mütəmadi

8.10.

İş yerlərində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi mövzusunda  təlimlərin keçirilməsi.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

 

 

2014-2018

8.11.

Sürətli hərəkəti asanlaşdıran vasitələr, qurğular və köməkçi texnologiyalar, o cümlədən yeni texnologiyalar, habelə yardımın digər formaları, köməkçi xidmətlər və obyektlər haqqında informasiyaların  verilməsi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

2014-2018

9. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqları ilə bağlı

məlumatlıq səviyyəsinin yüksəldilməsibu sahədə elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması

 

9.1.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlilliyi olan şəxslərin  Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin yaradılması

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi

 

2015

9.2.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial-hüquqi müdafiəsi problemlərinə dair elmi tədqiqat işlərinin həyata keçirilməsi, dərs vəsaitlərinin, elmi-metodiki, normativ hüquqi və digər ədəbiyyatların nəşri.

 

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Milli Elmlər Akademiyasının İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu,

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və aidiyyətı qeyri-hökumət təşkilatlarının iştirakı ilə

 

2014-2018

9.3.

“Bərabər imkanlar hamı üçün ” prinsipi ilə Azərbaycan Respublikasının bütün regionlarını əhatə etməklə maarifləndirmə tədbirlərinin və ictimai dinləmələrin keçirilməsi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, aidiyyəti orqanlar, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və aidiyyətı qeyri-hökumət təşkilatlarının iştirakı ilə

 

 

 

 

 

2014-2018

9.4.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış kadrların  nəzəri və təcrübi baxımdan təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Milli Elmlər Akademiyasının İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu və aidiyyəti orqanlar, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və aidiyyətı qeyri-hökumət təşkilatlarının iştirakı ilə

 

 

 

 

 

mütəmadi

9.5.

Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qarşı ayrı-seçkilik kimi qəbul olunan halların meyarlarının müəyyənləşdirilməsi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və aidiyyətı qeyri-hökumət təşkilatlarının iştirakı ilə

 

 

 

 

2014

9.6.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların məlumat bankının yaradılması.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika komitəsi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi.

 

2015

9.7.

Beynəlxalq inkişaf proqramlarının əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları əhatə etməsi  məqsədi ilə informasiya, təcrübə, qabaqcıl layihələrin və qarşılıqlı  mübadilələrin aparılması və beynəlxalq təşkilatlarla əməkdaşlıq.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

 

 

mütəmadi

 

 

 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.