www.mlspp.gov.az
Azərbaycanca   English 24.09.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

Haqqında / Kollegiya

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 359                                                               

                                                                                                            QƏRAR

Bakı şəhəri, 28 avqust 2018-ci il

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 11 nəfərdən ibarət aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi

2.“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 mart tarixli 63 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 261; 2014, № 4, maddə 455; 2016, № 11, maddə 1976) 1-ci hissəsi ləğv edilsin.

 

Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.