www.mlspp.gov.az
Azərbaycanca   English 18.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

Haqqında / Nazir müavinləri

Nazir müavini

  Mətin İmdad oğlu Kərimli 

M.Kərimli 6 iyun 1979-cu ildə anadan olub.
1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib.
2000-2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb.
2003-2004-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və hazırda ehtiyatda olan baş leytenantdır.
2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib.
2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb.
2017-2018-ci illərdə Bakı Ali Neft Məktəbinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə təşkil etdiyi proqramda iştirak edərək Layihə Menecmenti üzrə Master Sertifikatı alıb. Eyni zamanda, 2018-ci ilin yanvar ayında ABŞ-ın Layihə Menecmenti İnstitutunun “Project Management Professional” beynəlxalq sertifikasiyasından keçib. Hazırda Bakı Ali Neft Məktəbində "Təşkilati davranış" fənnini tədris edir.
1998-1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005-2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008-2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009-2011-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi, 2012-ci ilin iyun ayından 2014-cü il fevral ayınadək Azərbaycan Respublikası Vergilər Nazirliyininin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 280 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının üzvü təyin edilmişdir.
İngilis, fransız, rus və ispan dillərini bilir.
Evlidir, 3 övladı var.

Nazir müavini
   Anar Rəhim oğlu Əliyev

A.Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə fəlsəfə doktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.

Nazir müavini
   Vüsal Zakir oğlu Nəsirli

V.Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.
2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə  idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.
2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə işləyib.
2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.