www.mlspp.gov.az
Azərbaycanca   English 21.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

Haqqında / İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə
02 may 2017-ci il tarixli 17020020592 nömrəli əmrlə təsdiq olunmuşdur


 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı


1.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Məcəllə)  192,193, 198, 199, 200, 201, 202, 203, 469.2, 539, 555 və 556-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri, şöbə müdirinin müavini, sektor müdirləri, baş məsləhətçiləri, Hüquq şöbəsinin müdiri, şöbə müdirinin müavini, sektor müdirləri, baş məsləhətçiləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Daxili nəzarət və informasiya, Əmək müqaviləsi bildirişlərinin qeydiyyatına nəzarət, Əmək qanunvericiliyinə dövlət nəzarətinin planlaşdırılması, analitik təhlil və operativ nəzarət, Əməyin sosial - hüquq məsələləri üzrə nəzarət, Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi, Hüquq sektorlarının müdirləri,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi laboratoriyasının müdiri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional laboratoriyasının müdiri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin bölgələr üzrə bölmələrinin rəisləri, onların müavinləri.

2. Məcəllənin 194, 540 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Nazirliyin Aparatının Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, şöbə müdirinin müavini, sektor müdirləri, baş məsləhətçiləri və böyük məsləhətçisi, Hüquq şöbəsinin müdiri, şöbə müdirinin müavini, sektor müdirləri, baş məsləhətçiləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi, onun müavinləri, şəhər, rayon məşğulluq orqanlarının direktorları, onların müavinləri.

3.Məcəllənin 191.2, 195.2, 460(məcburi dövlət sosial sığorta haqlarına münasibətdə) və 477-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə- əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Nazirliyin Aparatının  Sosial sığorta və pensiya şöbəsinin müdiri, şöbə müdirinin müavini, sektor müdirləri, baş məsləhətçiləri, Hüquq şöbəsinin müdiri, şöbə müdirinin müavini, sektor müdirləri, baş məsləhətçisi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru, onun müavinləri, Fondun Aparatının Sosial ödənişlər şöbəsinin müdiri, müdir müavini, sektor müdirləri, baş məsləhətçiləri, böyük məsləhətçisi, Sosial sığorta şöbəsinin müdiri, müdir müavini, sektor müdirləri, Hüquq və kadr şöbəsinin müdiri, şöbə müdirinin müavini, Hüquq sektorunun müdiri, Hüquq sektorunun baş məsləhətçisi, böyük məsləhətçisi Dövlət Sosial Müdafiə Fondunun idarələrinin rəisləri, onların müavinləri, Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin  müdirləri, onların müavinləri.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.