www.mlspp.gov.az
Azərbaycanca   English 25.05.2017 - cı il
Xəbər lenti

Azərbaycanın əmək və məşğulluq sahəsində islahatlar gündəliyi Beynəlxalq Əmək Təşkilatının mənzil-qərargahında təqdim olunub                    Azərbaycanda məşğulluq və inkişaf təlimçilərinin milli şəbəkəsi yaradılıb

Haqqında / Nazir

Nazir
     Səlim Yanvar oğlu Müslümov
     iqtisad elmləri doktoru, professor

1961-ci il noyabrın 1-də  anadan olmuşdur.
1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun Uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək İqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır.
1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur.
1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası  Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır.
2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilmişdir.
17.01.2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilmişdir.
2002-ci ilin 17 dekabr tarixində  Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilmişdir.
2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilmişdir.
2006-cı ilin fevral ayında doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmişdir.
İqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir.  4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.
Rus və ingilis dillərində sərbəst danışır.
Evlidir, 3 övladı var.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.