www.mlspp.gov.az
Azərbaycanca   English 21.01.2018 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində ötən il 39 762 nəfərə reabilitasiya xidmətləri göstərilib                    2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  3,9 min nəfəri peşə kurslarına, 105,3 min nəfəri isə peşəyönümü tədbirlərinə cəlb edib

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 
 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanını "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, №11, maddə 996; 2012, № 9, maddə 853; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 noyabr tarixli 724 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də:
1.1. 2.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.1.5. "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təmin edir;";
1.2. 3.1.60-cı yarımbənddə "ahıllara, əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, sosial müdafiəyə ehtiyacı olanlara, habelə Nazirliyin tabeliyində olan internat evlərində, pansionatlarda yaşayan bu kateqoriyadan olan şəxslərə tibbi və sosial-məişət xidmətini" sözləri "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çətin həyat şəraitində olan şəxslərə (ailələrə) və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə (ailələrə), habelə Nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində yaşayan bu kateqoriyadan olan şəxslərə sosial xidmət göstərilməsini" sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti haqqında Əsasnamə"də:
2.1. 2.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.1.4. "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təşkil edir, tabeliyində olan sosial xidmət müəssisələrinin fəaliyyətini və inkişafını təmin edir;";
2.2. 3.1.11-ci yarımbənddə "ahıllara, əlillərə, sosial müdafiəyə xüsusi ehtiyacı olanlara, habelə xidmətin tabeliyində olan internat evlərində, pansionatlarda yaşayan bu kateqoriyadan olan şəxslərə tibbi və sosial-məişət xidmətini" sözləri "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çətin həyat şəraitində olan şəxslərə (ailələrə) və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərə (ailələrə), habelə Xidmətin tabeliyindəki sosial xidmət müəssisələrində yaşayan bu kateqoriyadan olan şəxslərə sosial xidmət göstərilməsini" sözləri ilə əvəz edilsin;
2.3. 4.1.1-ci yarımbənddə "əlillərin və sağlamlıq imkanları məhdud uşaqların" sözləri "çətin həyat şəraitində olan şəxslərin (ailələrin)" sözləri ilə əvəz edilsin;
2.4. 5.1-ci bənddə "internat evləri, pansionatlar, insan alveri qurbanları yardım mərkəzləri, penitensiar müəssisələrdən azad olunmuş şəxslər üçün sosial adaptasiya mərkəzləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri və sosial sığınacaqlar" sözləri "sosial xidmət müəssisələri" sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2013-cü il.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.