www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

Vətəndaşlar üçün / Şikayət etmə vasitələri

Şikayət etmə vasitələri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan dövlət xidmətlərinin rəsmiləşdirilməsi üzrə məsələlərlə bağlı vətəndaşlar aşağıdakı şikayət etmə vasitələri ilə nazirliyə müraciət edə bilərlər:

142 “Çağrı mərkəzi”nə zəng etməklə


Həftənin iş günləri saat 9.00-dan 18.00-dək zəng edərək;

 

Elektron qaydada


Nazirliyin rəsmi internet saytının əsas səhifəsinin “Vətəndaşlar üçün” bölməsinin “Online müraciət” alt-bölməsi (http://e-mlspp.gov.az/LETTER.aspx) vasitəsilə elektron müraciət göndərərək;

 

Məktub yazmaqla


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə poçt vasitəsilə Bakı şəhəri, S.Əsgərova küçəsi, 85 ünvanına məktub göndərərək;

 

Qəbulda olmaqla


Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin, nazir müavinlərinin, aparat rəhbərinin, şöbə müdirlərinin, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəislərinin (http://www.mlspp.gov.az/az/pages/19/54), Nazirliyin bütün struktur vahidlərinin rəhbərlərinin qəbulunda olmaqla.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.