www.mlspp.gov.az
Azərbaycanca   English 19.01.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Biləsuvar rayonunda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edib                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib

İctimaiyyətlə əlaqələr / “Sosial Həyat” jurnalı

Dekabr 2016-cı il

№ 9

     Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Həyat” jurnalı 2016-cı ilin aprel ayından nəşr olunur.
   Jurnalda ölkəmizdə aparılan sosial siyasət və onun səmərəli icrası, sosial cəhətdən həssas əhali qruplarının həyat səviyyəsinin yaxşılaşdırılması  sahəsində həyata keçirilən tədbirlər, əmək və sosial müdafiə sistemində müasir texnologiyaların, innovativ və şəffaf iş üsullarının tətbiqi yönündə aparılan islahatlar barədə müntəzəm və dolğun məlumatlar yer alır. Aktiv məşğulluq tədbirlərinin və sosial xidmətlərin təşkili, vətəndaşların əmək hüquqlarının müdafiəsi, əhali sakinliyi və demoqrafiya, sosial qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi sahələrində görülən işlər də jurnalın əhatə etdiyi mövzulardandır.
   Ayda bir dəfə nəşr edilən “Sosial Həyat” jurnalı həmçinin əmək və sosial müdafiə məsələləri ilə bağlı elmi-nəzəri və praktik məzmunlu materialların dərc edilməsi, müvafiq mövzularda təhlillərin və sosial qanunvericiliklə bağlı hüquqi maarifləndirmənin  aparılması, beynəlxalq təcrübəni əks etdirən yazıların təqdim olunması məramına xidmət edir.

«Sosial Həyat» Jurnalı 2016

 


 

Yeni Həyat 2016

Yeni Həyat 2015

Yeni Həyat 2014

Yeni Həyat 2013

Yeni Həyat 2012

Yeni Həyat 2011

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.