www.mlspp.gov.az
Azərbaycanca   English 31.05.2016 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Qafqaz Universitetində aktiv məşğulluq tədbiri təşkil edib                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 50 nəfər şəxsə müvafiq yardımlar göstərib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
09.02.2016

Azərbaycanda 105 497 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması işləri uğurla davam etdirilir. Belə ki, bu ilin yanvar ayında respublikamızda 105497 aztəminatlı ailə (453372 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Həmin ailələrin 29598-i və ya 28 faizi tərkibində üç və daha çox uşağı olan ailələrdir. Ünvanlı dövlət sosial yardımı alan ailələrdə ailə üzvlərinin 216529 nəfəri (47,7 faiz) yaşı 18-dək olan şəxslərdir ki, onlardan sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin sayı 4824 nəfər təşkil edir. Qeyd olunan ailələrdə 5151 nəfər 1 yaşadək uşaq vardır ki, onların hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq aylıq sosial müavinət də ödənilir. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli Fərmanına əsasən, ölkəmizdə digər sosial müavinətlər kimi, həmin müavinətin məbləği də cari il fevralın 1-dən 10 faiz artırılıb.
   Yanvar ayında ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artaraq 152 manat təşkil edib.
  Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün "Elektron hökumət" portalı üzərindən 20 dövlət qurumuna aid informasiya resurslarının inteqrasiyasını nəzərdə tutan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi yaradılıb. Ünvanlı dövlət sosial yardımlarının təyinatında məmur-vətəndaş təmaslarının aradan qaldırılmasına və  şəffaflığın təminatına yönələn bu sistemin artıq ötən aydan etibarən pilot rayonlarda sınaq işlərinə başlanılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.