www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
11.09.2012
Əlil arabasında rəqs üzrə qitələarası yarışda Azərbaycan layiqli şəkildə təmsil olunub
     Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən əlil arabasında rəqs üzrə beynəlxalq səviyyəli «Qitələr kuboku-2012» çempionatında ölkəmizi təmsil edən birinci qrup əlillər Kamal Məmmədov və Vüsalə Kərimova 20-dən çox ölkədən 82 nəfər əlilliyi olan şəxsin iştirak etdiyi yarışda Azərbaycanın adını çempionatın qalibləri sırasına yazdırıblar. Onlar öz çıxışları ilə fərqlənərək üçüncü yerə layiq görülüb və bürünc medala sahib olublar.
     Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən, 2012-ci ilin «İdman ili» elan olunması ilə bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizdə əlil arabasında rəqsin geniş tətbiqi istiqamətində hazırda müvafiq işlər aparılır. Həmçinin «2012-ci il üçün əlillərin sosial müdafiəsi tədbirlərinin maliyyələşməsi ilə bağlı Tədbirlər Planı»nda nəzərdə tutulan tədbirlər sırasında yeni reabilitasiya modellərindən biri kimi əlil arabasında rəqs üzrə tədbirlərin təşkili də yer tutur.
     Bununla əlaqədar nazirlik tərəfindən ölkəmizdən əlilliyi olan şəxslərin qeyd olunan rəqs növü üzrə xarici ölkələrdə təlim kursları keçmələri, müxtəlif beynəlxalq səviyyəli yarışlarda iştirak etmələri təmin olunur. Onu da bildirək ki, bundan öncə cari ilin mayın 5-6-da Belarusun paytaxtı Minsk şəhərində keçirilən əlil arabasında rəqs üzrə beynəlxalq səviyyəli çempionatda da Kamal Məmmədov və Vüsalə Kərimova üçüncü yerə layiq görülərək bürünc medala sahib olmuşdular.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.