www.mlspp.gov.az
Azərbaycanca   English 19.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
07.05.2012
Əlil arabasında rəqs üzrə Minskdə keçirilən açıq çempionatda Azərbaycan ilk üçlükdə yer alıb
     Mayın 5-6-da Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən əlil arabasında rəqs üzrə beynəlxalq səviyyəli açıq, yəni hər bir ölkənin qatıla bildiyi çempionat keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə yarışda ölkəmizi birinci qrup əlillər Kamal Məmmədov və Vüsalə Kərimova təmsil ediblər.
     Azərbaycanın əlil rabasında rəqs üzrə beynəlxalq səviyyəli yarışlarda ilk dəfə təmsil olunmasına baxmayaraq, onlar 10-dan çox ölkədən 30-a qədər əlilliyi olan şəxsin iştirak etdiyi yarışda ölkəmizin adını çempionatın qalibləri sırasına yazdırıblar. Onlar öz çıxışları ilə fərqlənərək üçüncü yerə layiq görülüb və bürünc medala sahib olublar. Kamal Məmmədov və Vüsalə Kərimova Azərbaycanı uğurla təmsil etməkdən qurur duyduqlarını və bu uğuru əlil insanların qayğıkeşi olmuş Ümummilli lider Heydər Əlievin anadan olmasının 89-cu ildönümünə hədiyyə etdiklərini vurğulayıblar.
     Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən, 2012-ci ilin «İdman ili» elan olunması ilə bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizdə əlil arabasında rəqsin geniş tətbiqi istiqamətində hazırda müvafiq işlər görülür. «2012-ci il üçün əlillərin sosial müdafiəsi tədbirlərinin maliyyələşməsi ilə bağlı Tədbirlər Planı»nda nəzərdə tutulan tədbirlər sırasında yeni reabilitasiya modellərindən biri kimi əlil arabasında rəqs üzrə tədbirlərin təşkili də yer tutur.
     Məlumat üçün bildirək ki, Belarus «Əlil İdmançılara Dəstək Fondu" İctimai Birliyi əlil arabasında rəqsin MDB-yə üzv ölkələrdə daha bir reabilitasiya modeli kimi müəyyən edilməsi və tətbiqi imkanlarına baxılması ilə bağlı müraciəti MDB-yə üzv ölkələrin idman, gənclər və səhiyyə nazirliklərinin koordinasiya şurasının toplantısında müsbət qarşılanıb. Birliyə üzv ölkələrin əmək, miqrasiya və sosial müdafiə nazirlərinin cari il may ayında keçirilən toplantısında bu reabilitasiya modelinin üzv ölkələrdə tətbiqi imkanları da müzakirə olunacaq.
     Bununla əlaqədar nazirlik tərəfindən ölkəmizdən üç nəfər əlilliyi olan şəxsin - Kamal Məmmədovun, Sevda Səfərəliyevanın və Vüsalə Kərimovanın Minsk şəhərindəki «Rəqs Sağlamlıq Mərkəzi»ndə əlil arabasında rəqs üzrə beynəlxalq dərəcəli məşqçi və mütəxəssislərin iştirakı ilə 7 günlük təlim kursu keçməsi təşkil olunub.
     Onu da bildirək ki, əlil arabasında idman rəqsi üzrə mütəmadi olaraq Avropa və dünya çempionatları keçirilir. Növbəti belə çempionat cari il sentyabrın 3-4-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək. Yarışda ölkəmizi Kamal Məmmədov və Vüsalə Kərimova təmsil edəcəklər.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.