www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
30.11.2018

Beyləqanda yeni fərdi yaşayış evləri Qarabağ müharibəsin əlillərinin istifadəsinə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beyləqan rayonunda inşa etdirilmiş fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir. Cari ildə 600-ə yaxın mənzilin qeyd olunan kateqoriyalara aid insanlara təqdim olunması planlaşdırılıb. Bu istiqamətdə ardıcıl işlər aparılmaqla yeni inşa olunmuş mənzillər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunur. Beyləqan rayonunda da bu proses uğurla davam etdirilir.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların ailə üzvləri ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar sosial cəhətdən həssas qruplara, o cümlədən Qarabağ müharibəsi əlillərinə dövlət qayğısının mütəmadi olaraq artırıldığına, yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.