www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
28.11.2018

Daha 161 şəhid hərbi qulluqçu üzrə 240 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib

Bu günədək artıq 608 şəhid hərbi qulluqçu üzrə 825 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclası keçirilib.
İclasda dövlət başçısının şəhid ailələrinə növbəti xüsusi qayğısının göstəricisi olan 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanın icrası istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Qeyd edilib ki, şəhid hərbi qulluqçuların vərəsələrindən notarial qaydada qəbul edilən sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülür. Nazirlikdəki işçi qrupu tərəfindən bu sənədlər diqqətlə təhlil edildikdən sonra müvafiq qərar verilməsi üçün Komissiyaya təqdim olunur.
İclasda işçi qrupunun təqdim olunmuş sənədlərlə bağlı məlumatı dinlənilib. Komissiya daha 161 şəhid hərbi qulluqçu üzrə 240 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib.
Beləliklə, bu günədək artıq 608 şəhid hərbi qulluqçu üzrə 825 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 473 şəhid hərbi qulluqçu üzrə 474 vərəsə də ödənişlə təmin olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.