www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
17.11.2018

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla birgə özünüməşğulluq proqramı çərçivəsində rayonda yaradılmış kiçik ailə təsərrüfatlarından bir neçəsi ilə tanış olub.
Özünüməşğulluq proqramına 2018-ci ildə Şəmkir rayonu üzrə 160 ailə cəlb olunub ki, bu da əvvəlki illə müqayisədə 8 dəfə çoxdur. Onların bir hissəsi də əlilliyi olan insanlar (o cümlədən Qarabağ müharibəsi əlilləri) və şəhid ailələridir.
Rayonda proqrama cəlb olunan ailələrdən artıq 20-yə qədər ailəyə biznes-planlarına uyğun mal və materiallar təqdim edilib. Verilmiş mal və materiallar hesabına onlar əsasən heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlarını qurublar. Digər proqram iştirakçılarının da mal və materiallarla təminatı işləri davam etdirilir.
S.Babayev proqram iştirakçıları ilə görüşərək, onların özünüməşğulluq proqramı çərçivəsində yeni qurduqları ailə təsərrüfatları ilə bağlı fikirlərini, planlarını öyrənib. Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən icra olunan bu proqram yalnız aktivlər verilməklə yekunlaşmır, onlara bu təsərrüfatları genişləndirmək üçün müvafiq məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub. Əsas məqsəd ondan ibarətdir ki, aztəminatlı ailələr özünüməşğulluq proqramının yaratdığı imkanlardan istifadə edərək öz uğurlu kiçik bizneslərini qura, gəlirlərini artıra bilsinlər, sahibkarlığa keçid imkanı əldə etsinlər.  
Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını quran insanlar aztəminatlı ailələrin  rifah halının yaxşılaşdırılması üçün göstərilən qayğıya, yaradılan imkanlara görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.